İqlim dəyişikliyi nədir?
İqlim dəyişikliyi reallıqdır. Yer kürəsi istiləşir, dəniz səviyyəsi yüksəlir, buzlar əriyir. İqlim dəyişikliyi (temperaturun yüksəlməsi, daşqın və quraqlıq dövrlərinin artması, havanın çirklənməsi) sağlamlığa birbaşa və ekosistemlər vasitəsilə təsir göstərir.
Diqqət! Əhalinin müəyyən qrupu (uşaqlar, qadınlar, açıq havada işləyənlər və s.) iqlim dəyişikliyi təsirlərininə daha həssasdır. İqlim dəyişikliyinin təsirləri barədə daha çox məlumatlı olaq və ətrafdakıları da maarifləndirək!