UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
İqlim krizisi - uşaqların sağlamlıq krizisidir
İqlim dəyişikliyi aşağıdakılara səbəb olur:
- Qlobal istiləşmə
- İstilik dalğalarının tezliyinin, intensivliyinin və davam etmə müddətinin artması
Qlobal istiləşmənin nəticələri:
- Qasırğalar
- Sellər
- Ekstremal istilik dalğaları
İstiliklə bağlı xəstəliklərin meydana çıxmasına təsir edən faktorlar:
- İstiliyin təsir gücü və müddəti
- Fərdi həssaslıq (yaş, hamiləlik statusu və yanaşı gedən xəstəliklər)
- Sosial-mədəni faktorlar (ekoloji irqçilik, kasıbçılıq, tibbi xidmətin əlçatan olmaması,
iş yerlərində istidən müdafiənin qənaətbəxş olmaması)
İstiliyin təsirindən qorunmanın fizioloji mexanizmləri:
- Dəridən şualanma
- Tər ifrazı
Həddindən artıq istiliyin təsirinə məruz qalma istilik stresinə və aşağıdakı sağlamlıq risklərinə gətirib çıxara bilər:
- Ürək-damar və respirator xəstəliklər
- Mövcud xəstəliklərin gedişinin ağırlaşması
- İmmun və sinir sisteminin yüklənməsi və nəticədə stabil bədən temperaturunun saxlanmasının pozulması
- Hamiləliyin gedişində müxtəlif pozuntular və anadangəlmə inkişaf qüsurları
- İş qabiliyətinin azalması
- Fiziki məşqlərlə məşğul olmaq qabiliyyətinin azalması
- Sağlamlıq vəziyyəti
2019-cu ildə Yer kürəsində yüksək temperaturun təsirindən 308 000 insan ölümü baş vermişdir. İqlim riskləri ən çox aşağı və orta gəlirli ölkələrdə, xüsusən uşaqlar arasında özünü göstərir (Sağlamlığın Göstəriciləri və Qiymətləndirilməsi institutu (IHME) 2020-ci ildə dünyada uşaqların 24%-i yüksək tezlikli istilik dalğalarının təsirinə məruz qaldığı halda, 2050-ci ildə 2,2 milyard uşaq, demək olar ki hər bir uşaq, bu təsirə məruz qalacaqdır. Təxminən 559 milyon uşaq artıq yüksək istilik dalğalarının təsirinə məruz qalmışdır. 624 milyon uşaq güclü istiliyin uzun müddət davam etməsi, yüksək istilik dalğası və ya ekstremal yüksək temperatur kimi yüksək temperaturla əlaqədar 3 təsirdən birinə məruz qalır (UNICEF-in “Qalan Ömürlərinin Ən Soyuq İli: Uşaqları İsti Dalğaların Artan Təsirlərindən Qoruma” hesabatı). 2000-ci ildən 2021-ci ilə qədər planetin əhalisi yay aylarında istiliyin təsirinə dünya üzrə orta göstəricilərə nisbətən iki dəfə məruz qalmışdır. Eyni dövrdə bir yaşa qədər uşaqlar 1986-2005-ci illərlə müqayisədə ümumilikdə 600 milyon insan-gün daha çox (məsələn, 100 nəfərin hər biri beş gün məruz qalsa, 500 insan-gün olacaqdır) istilik dalğalarının təsirinə məruz qalmışdır.
2020-ci ildə dünyada təxminən 740 milyon uşaq (3 uşaqdan 1-i) il ərzində 83 və daha çox gün temperaturun 35C°/95°F -dən daha çox olduğu ölkələrdə yaşamışdır. Uşaqların həddindən artıq yüksək temperaturlara məruz qalması hazırda Afrika və Asiyada ən yüksək səviyyədə müşahidə olunur. Afrikadakı uşaqların hazırda 10 %-i yüksək tezlikli istilik dalğalarının təsirinə məruz qalır. 2050-ci ilə qədər bu göstərici tullantıların aşağı və yüksək emissiyası şəraitində kəskin olaraq 100 %-ə qədər yüksələcəkdir. 2020-ci ildə Azərbaycanda 18 yaşadək 160 000 uşaq (6%) istilik dalğalarının yüksək tezliyinə, 2,8 mln uşaq (100%) istilik dalğalarının uzanmasının təsirinə məruz qalmışdır. 2050-ci ilə qədər aşağı emissiya şəraitində, təxminən 1,7C° istiləşmə ehtimalı ilə Azərbaycanda 2,1 mln 18 yaşadək uşaq (100%) istilik dalğalarının yüksək tezliyinin təsirinə məruz qalacaqdır.
Yüksək temperatur göstəriciləri
* Ekstremal yüksək temperatur: ildə orta hesabla 83.54 və daha çox gün temperatur 35°C -dən yüksək olur
* İstilik dalğalarının yüksək tezliyi: ildə orta hesabla 4.5 və ya daha çox istilik dalğası olur
* İstilik dalğalarının uzanması: bu dövr 4.7 gün və daha çox davam edir
* İstilik dalğalarının yüksək dərəcəsi: istilik dalğaları 15 günlük orta göstəricidən 2°C və daha çox olur
Yetkin insanlarla müqayisədə körpələr və uşaqların istilik stresindən daha çox təsirlənməsinin səbəbləri:
* Daha yüksək istilik istehsalı
* Daha böyük bədən sahəsi
* Tər ifrazının daha aşağı səviyyəsi
* Maye itkisinin qeyri-qənaətbəxş bərpası
* İmmun sistemin zəif olması
* Hava dəyişikliklərinə adaptasiyanın çətin olması
* Hamiləlik zamanı ananın istilik stresinə məruz qalması
Yenidoğulanlarda və körpələrdə istiliyin təsirinə məruz qalmanın mənfi təsirləri:
* Az çəki ilə doğulma
* Fetal taxikardiya, anadangəlmə inkişaf qüsurları, fetal distress, sarılıq, nevroloji disfunksiya
* Susuzlaşma
* Körpələrin qəfil ölüm sindromu (SIDS) riskinin artması
* Anadangəlmə ürək qüsurları (xüsusilə erkən hamiləlik dövrünün yaz aylarına təsadüf etməsi zamanı)
* 3 il ərzində imtahandan əvvəl otaq temperaturunun 26,7 °C-dən yuxarı olması nəticəsində şagirdlərin yüksək ballarınınstandart ortalamadan 0,18 %-ə qədər aşağı düşməsi müşahidə olunmuşdur (58 ölkə üzrə qiymətləndirməyə əsasən)
* Məktəb illərində temperaturun hər 1°F (və ya 0,56 °C) artması həmin il öyrənilən biliklərin həcmini 1% azaldır