İqlim dəyişkənliyi xüsusilə də inkişaf edən ölkələrin uşaqlarında, xəstəliklərin inkişaf riskini artırır. İqlim dəyişkənliyi ilə bağlı xəstəliklərin 85%-dən çoxu inkişaf edən ölkələrin uşaqlarının payına düşür. Uşaqlar daşqınlar və ekstremal temperatur nəticəsində zədə və ölüm, havanın çirklənməsi ilə həddən artıq yayılmış astma və respirator xəstəliklər, eləcə də iqlim dəyişkənliyi ilə bağlı diareya, malyariya və qida çatışmazlığı təhlükəsi altında qalırlar. Hər il dünyada 15 yaşadək yüz minlərlə uşaq bilmədən zəhərli maddələri qəbul edir və onlardan təxminən 35 000-i ölür.
Karbon qazının atmosferdə artması hansı təhlükələrə yol açır?
Karbon qazının atmosferdəki miqdarı “sənaye inqilabı” ndan əvvəlki səviyyədən 30%-dən çox artmışdır ki, bu da çox isti havanın atmosferin aşağı təbəqələrində saxlanılmasına gətirib çıxarır. Bunların nəticəsində baş verən iqlimin qlobal dəyişməsi sağlamlıq üçün bir sıra təhlükələr törədir-məsələn, yüksək hərarətdən ölüm, infeksion xəstəliklərin modellərinin dəyişməsi və s.
Orqanizmə civə necə ziyanlı təsir göstərir?
İnkişaf edən dölün sinir sisteminə civə toksik təsir göstərir. Dölün, yenidoğulmuşun və ya uşağın inkişafda olan sinir sistemi daha həssas olduğundan, onlar civənin təsirinə xüsusilə məruz qalırlar. Reproduktiv yaşda olan qadınların və uşaqların qida rasionuna tərkibində civə ola bilən iri yırtıcı yağsız balıqların daxil edilməsi məsləhət görülmür.
Hərarətin yüksəlməsinin təhlükələri nələrdir?
Hərarətin qlobal yüksəlməsi, astmaya səbəb olan bitki tozcuqları kimi, antropogen və təbii mənşəli bərk zərrəciklərin havada olan səviyyəsində və mövsümi yayılması modellərinə təsir göstərir. 300 milyonadək insan astmadan əziyyət çəkir, 2005-ci ildə isə 250 000 nəfər bu xəstəlikdən vəfat etmişdir. Iqlimin dəyişməsinin qarşısını almaq və nəticələrinə hazır olmaq üçün təcili tədbirlər görülməsə, gözlənilir ki, yaxın 10 ildə astmadan ölüm halları təxminən 20%-dək artacaq.