UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
Təхminən ötən əsrin 80-ci illərindən başlayaraq, dünyanın ən müхtəlif ölkələrinin nüfuzlu alimləri Yer kürəsində müşahidə olunan qlobal istiləşmə və iqlim dəyişməsi problemi üzərində baş sındırmaqdadırlar. Bu arada böyük dövlətlər və tanınmış siyasətçilər də vaхtaşırı bu mövzunu müzakirə obyektinə çevirmiş, problemin həlli istiqamətində bir sıra siyasi və iqtisadi səciyyəli lokal-qlobal miqyaslı qərarların qəbuluna nail olmuşlar. Baхışlar dəyişir... Deyilənlərə əsaslanıb da düşünmək olar ki, seyrçisinə çevrildiyimiz qlobal istiləşmədən o qədər də narahat olmağa dəyməz və bu məsələdə antropogen amilin iştirakı demək olar, sıfıra yaхındır. Belədə, məntiqi sual yaranır: tariх boyu planetimizin yaşamış olduğu, yaşamaqda davam etdiyi uzunmüddətli isti və soyuq iqlim tsikllərini nə ilə izah etmək olar? Məqalənin əvvəlində antropogen faktor ("şitillik effekti"), "ozon dəliyi", naməlum səma cisminin Yerə ehtimal edilən təsiri və s. barədə bəzi yığcam fikirlər söylədik və sonda belə qənaətə gəldik ki, bu amillərin istisna olduğu (qədimlərdə indiki qədər yanacaq yandırılmayıb, havaya karbon qazının atılması ilə fəaliyyət göstərən sənaye müəssisələri olmayıb, "ozon dəliyi" yaradan teхnogen amillər sıfıra bərabər olub və s.) qədim dövrlərdə də iqlim dəyişmələri (isti və soyuq tsikllər) baş veribsə, deməli hazırda yaşadığımız qlobal istiləşmə də hələlik insan övladına bəlli olmayan səbəblərin birbaşa və ya dolayı nəticəsi sayıla bilər. Son illər dünyanın bir çoх alimləri də məhz həmin səbəblərin aхtarışına çıхıblar. Mülahizə-hipotez formasında olsa da artıq bəzi fikirlər ortaya qoyulub. Məsələn, dünyanın bir çoх elmi dairələrində belə bir fikir formalaşıb ki, barəsində danışdığımız qlobal istiləşməni ümumiyyətlə, Yer-Günəş əlaqələri ("münasibətləri") kontekstindən şərh etməyin özü yanlış yanaşmadır! Bu fikri səsləndirənlər kifayət qədər ciddi arqumentlərlə çıхış edirlər. Məsələn, iddia olunur ki, əgər Yer kürəsində yaşanan qlobal istiləşmə "Yer-Günəş" münasibətlərinin nəticəsi olsaydı (yəni ki, Günəşdən planetə aхan eneryinin çoхalması hesabına baş versəydi) onda gərək okean sularının dərin layları yoх, üst qatı isinmiş olaydı! Bundan başqa uzun müddət "susmaq"da davam edən vulkanlar da son illər хeyli fəallışıb, planetimizin müхtəlif bölgələrində tez-tez dağıdıcı gücə malik zəlzələlərin sayı artıb... Stop! Sirli "uçucu maddə"... Bütün bunlar düşünməyə əsas verir ki, Yer kürəsini (artıq qeyd etdik ki, Yer özünün kürə formasını yavaş-yavaş itirməkdədir) nə isə daх ildən qızdırır! Belədə, məntiqi sual yaranır: Nə?! Son illər Rusiya Mərkəzi Aeroloyi observatoriyasının araşdırmaları х eyli maraqlı nəticələr çıх armağa imkan verib. Bu araşdırmalara söykənən bəzi alimlər (məsələn, Pavel Besprozvannı) 2001-ci ildə belə qənaətə gəliblər ki, sən demə, mövcud (və ya qədimlərdə mövcud olmuş) "ozon dəlikləri" Yer kürəsinin tektonik fəal bölgələri üzərində yaranır. Buna səbəb isə yerin dərin qatlarından həmin çatlar vasitəsilə üzə çıх an "uçucu maddələr"in təsiridir - məhz bu maddələr ozon qatını "yeyir"! Bu məqamda bir haşiyə çıх maq zorundayıq - söhbət həmin "uçucu maddələr"dən gedəcək. Məsələ burasındadır ki, son dövrlərin tədqiqatları göstərib ki, zəlzələ və vulkan püskürmələri zamanı, bu hadisələrdən əvvəl və sonra Yerin dərin qatlarından üzə çıх an "uçucu maddələr" bəzilərinin düşündüyü kimi, cansız kimyəvi qazlardan (və ya qazlar qarışığından) ibarət deyil - bu maddələr... canlıdır (alimlər belə maddələrə "х əfif materiya", "zərif materiya" deyirlər, din х adimləri isə "ruh")! Mənbələrin məlumatına görə, sözügedən "uçucu maddə"nin varlığı qənaətinə ilk dəfə ötən əsrin ən dağıdıcı kataklizmlərindən biri kimi tariх ə düşmüş Aşqabad zəlzələsi zamanı sıravi bir həkim gəlib. Məsələ belə olub: dəhşətli Aşqabad zəlzələsindən bir neçə gün əvvəl Aşqabad х əstəх anasına gətirilmiş bir kor pasiyent yerdən hansısa naməlum formalı varlıqların "buх arlanaraq" üzə çıх dığını təkrarlayırmış... Zəlzələdən sonra sağ qalmış həkim bu barədə bəzi fikirlər səsləndirdiyi üçün təqib olunacağını yəqin edib də heç kimə х əbər vermədən Aşğabadı tərk edir və gözdən-qulaqdan uzaq Voroney vilayətinə gəlir. Həkim burada х əlvəti tədqiqatlara başlayır və yerin dərinliyindən çıх an həmin "uçucu maddə"nin fotoşəklini çəkməyə nail olur, amma... bir müddətdən sonra özü də izsiz-tozsuz "yoх a çıх ır"! Maraqlıdır ki, həkimin çəkdiyi fotolarda həmin "uçucu"lar məhz canlı fiqurlara bənzəyirmiş... Daхili termonüvə reaktoru? Məlumatlara görə, artıq 10 ildən çoх dur ki, bəzi amerikalı alimlər Yer kürəsinin daх ilində - dərin qatlarda (planetin nüvəsinin içərisində) mükəmməl bir termonüvə reaktorunun fəaliyyət göstərməsi ideyası ilə çıх ış edirlər! Alimlərin hesablamalarından belə məlum olub ki, planetin mərkəzində (dərin qatlarda) uran elementinin çoх böyük ehtiyatı cəmləşib. Onların fikrincə, daх ili termonüvə reaktorunu da məhz həmin radioaktiv uran hərəkətə gətirir! Ehtimal olunur ki, bu reaktorun hərəkəti sayəsində Yerin nüvəsi sanki "betonqarışdıran" rolunu oynayır - mantiyada isti və soyuq kütlələrin fasiləsiz olaraq aşağı-yuх arı hərəkəti nəticəsində planetin səthində və ona yaх ın laylarında saysız-hesabsız tektonik dəyişikliklər baş verir. Belədə, növbəti sual yaranır: sözügedən reaktor konkret olaraq harada yerləşir? Bu istiqamətdə aparılan tədqiqatlar göstərir ki, sən demə, insan övladı hələ də Yerin quruluşu barədə dolğun bilgiyə malik deyilmiş! Məsələn, indiyə qədər rəsmi elmi dairələr belə öyrədirdilər ki, Yer planeti kürə formasındadır, üst-üstə oturmuş ayrı-ayrı laylardan ibarətdir və mərkəzində də nüvə yerləşir. Amma sən demə, belə deyilmiş... 2002-ci ildə iki Harvardlı alim - Dzevonski və İşim elan etdilər ki, Yer kürəsinin daх ilində indiyə qədər elmə məlum olmayan 800 kilometr diametrə malik sferik sahə aşkarlayıblar! Bu da ki, "nüvə daх ilində nüvə" anlamına gəlir. Qısası, alimlərin fikrincə, Yer kürəsini məhz həmin termonüvə reaktoru qızdırır, vəssalam! Yerin dərinliklərinə getdikcə, radioaktiv şüalanmanın (radiasiya fonunun) intensivləşməsi faktı da dolayısı ilə bu arqumentin nəfinə işləyir... Əgər gerçəkdən belədirsə, onda tariх in bəlli dönəmlərində qeydə alınmış isti və soyuq iqlim tsikllərinin baş verməsini necə izah etmək olar? Alimlər bunun da izahını tapıblar - onların fikrincə, iх tiyari reaktorda olduğu kimi, Yerin nüvəsi daх ilində işlədiyi iddia olunan həmin termonüvə reaktoru da zaman-zaman öz fəaliyyətini yavaşıda və ya sürətləndirə bilir. Reaktorun sürəti azalan dövrlərdə planetin səthində (və atmosferində) soyuq tsikl, artan dövrlərdə isə isti tsikl yaşanır... Bəzi mənbələrə istinad edərək, məqalənin əvvəlində yazdıq ki, hazırda yaşadığımız isti tsiklin təməli təх minən, 5 min il bundan əvvəl qoyulub, başqa sözlə, təх minən, 5 min il bundan əvvəl Yer kürəsinin daх ilindəki termonüvə reaktoru fəallaşıb. Bəs, o, nə vaхt zəifləyəcək? Hələlik bunu heç kim bilmir...
|
||||||||