UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
Yer səviyyəsində ozon:
- Tempratur ilə ↑
- Uşaqların həssaslığı ↑
- Astma tutmalarının tezliyi/şiddəti ↑
- Təcili yardım müraciətləri ↑
- Ağciyər funksiyası ↓
- Astma ↑
Kirli hava uşaqlar üçün xüsusilə təhlükəlidir, çünki onlar:
- böyüklərdən daha çox çöldə vaxt keçirirlər;
- fiziki cəhətdən daha aktivdirlər;
- bədən çəkisi vahidinə görə daha çox hava ilə nəfəs alırlar;
- zədələnməyə həssas olan yetişməmiş və inkişaf etməkdə olan ağciyərlərə sahibdirlər.
İqlim dəyişməyə davam etdikcə, havanın çirklənməsi ilə bağlı xəstəliklərin artacağı gözlənilir.
Yer üzərində ozonun səviyyəsi temperaturun yüksəlməsi ilə artır. Ozon iltihaba səbəb olan güclü qıcıqlandırıcıdır və bəzən “ağciyərlərin günəş yanığı” adlanır. Ozon astma həmlələrinin tezliyini və şiddətini artırır. Ozona uzunmüddətli məruz qalma yeni astma hallarının inkişafına və ağciyər funksiyasının azalmasına səbəb olur. Ozon istehsalı temperaturun yüksəlməsi ilə artır, buna görə də daha isti yerlərdə ozon çirklənməsi daha çox olacaqdır.
Qalıq yanacaq çirklənməsi yüksəlməsinin (↑) səbəbləri:
- Əhali ↑
- Tələbat ↑
PM, NOx, SO2, UÜK, O3 ↑
- Ağciyərlərin inkişafı ↓
- Respirator infeksiyalar ↑
- Astma halları ↑
- Astma tutmaları ↑
- Körpə ölümü ↑
- Düşüklər, vaxtından əvvəl doğuş və dölün az çəkili doğulması ↑
- Civə ↑
- İnkişaf pozulması ↑
Havanın çirklənməsi ilə bağlı xəstəliklər həmçinin artan əhali və enerjiyə daha çox tələbatın səbəb olduğu qalıq yanacaq çirklənməsindən irəli gəlir.
Artan enerji tələbatı daha çox qalıq yanacaqların yandırılması ilə ödənilir. Nəticədə bütün əsas hava çirkləndiriciləri artır ki, bu da aşağıdakıların səviyyəsinin artması ilə nəticələnir:
- hissəciklər (PM)
- azot oksidləri (NOx)
- kükürd dioksidi (SO2)
- uçucu üzvi karbohidrogenlər (UÜK)
- poliaromatik
Uşaqlıq dövründə bu hava çirkləndiricilərinə məruz qalmanın aşağıdakılarla əlaqəsi vardır:
- ağciyər inkişafının ləngiməsi və funksiyasının daimi azalması
- həmçinin:
-respirator infeksiyalar ↑
-astma halları və həmlələri ↑
-körpə və bütün yaşlarda ölüm ↑
-düşüklər, vaxtından əvvəl doğuş və dölün az çəkili doğulması ↑
Hava allergenləri
Uşaqlar arasında allergik rinit və allergik astma yüksək dərəcədə yayılmışdır. Elmi sübutlar göstərir ki, həm allergik rinit, həm də astmanın yayılması aşağı və orta gəlirli ölkələrdə dəyişir. İqlim dəyişikliyi bir neçə ekosistem vasitəçiliyi ilə bu problemi daha da gücləndirir.
Temperatur və atmosfer karbon dioksidi (CO2) artdıqca, hava allergenlərində də müxtəlif dəyişikliklər baş verir. Dünyanın bir çox bölgələrində çiçəkləmə mövsümləri ilk şaxtaların gecikməsi və erkən ərimələr səbəbindən uzanır. Enlikdən asılı olaraq 1995-2009-cu illər arasında ragweed (Şimali Amerikada adi alaq otu)otunun vegetasiya mövsümünün ümumi artımı qeydə alınmışdır. İnsan həssaslığı və xəstəlikləri ilə əlaqəli digər mühüm hava allergenləri üçün də oxşar qeydəalınmalar mövcuddur.
Uşaqlar arasında tənəffüs yolu allergiyası geniş yayılmışdır və iqlim dəyişikliyi səbəbindən allergik astma müxtəlif xəstəliklərə çevrilir.
Tədqiqatlar həmçinin daha yüksək CO2 mühitlərində bitkilərin nəinki daha çox tozcuq, həm də daha çox allergen zülalı istehsal etdiyini göstərmişdir. Beləliklə, həm çiçəkləmə müddətinin artması, həm də çoxlu allergen istehsalı ilə, allergik xəstəliyi olan və allergik-astma təkanı olan uşaqlar, iqlimin istiləşməsi ilə əlaqədar simptomlardan daha uzun müddət və daha intensiv əziyyət çəkirlər.