UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları
-
Travma nədir?
Travma - müəyyən şəraitdə alınan xəsarətlər toplusudur. Təsadüfi travmalar nəticəsində hər gün dünyada 2000 ailə övlad itkisi ilə üzləşir. Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr uşaqların sağlamlığı və həyatına ciddi təhlükə törədir. Travmatizmin profilaktikası tədbirləri hər gün 1000-dən çox həyat xilas edə bilər. Hər il yaşı 18-dək olan təxminən 830 000 uşaq təsadüfi travmalar nəticəsində həlak olur. Təsadüfi travmalar 9 yaşadək uşaqlar arasında aparıcı ölüm səbəbidir. Uşaqlar arasında yol-nəqliyyat travmaları və suda batma bütün təsadüfi travmaların təxminən yarısını təşkil edir. Travma növləri, müxtəlif travmalarda ilk yardım və uşaq travmalarının profilaktikası barəsində bu səhəfə məlumatlar əldə edə bilərsiz.
Ətraflı -
İlk yardımın göstərilməsi qaydaları
İlk yardım dedikdə, təsadüfi şahid tərəfindən (və ya zərərçəkənlə) minimal tibbi ləvazimatlarla və ya onsuz (əl altında olan vasitələrlə), vəziyyəti qiymətləndirdikdən sonra göstərilən yardımı nəzərdə tutur. Müəyyən kateqoriyaya aid olan şəxslər üçün ilk yardımın göstərilməsi müvafiq qanun və qaydalara əsasən vəzifə borcu hesab olunur. Bunlar Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Yol Polisinin və s. qurumların əməkdaşları, hərbiçilər, əməyin mühafizəsi mütəxəssisləri, tibb işçiləri, hadisənin şahidləri, nəqliyyat vasitələrinin sürücüləri və sairə şəxslərdir. Hadisənin şahidi hadisə yerində nə edəcəyini bilmədikdə və ya zərərçəkənə (xəstəyə) lazımi yardım göstərmək iqtidarında olmadıqda, o, kömək çağırmalı və sonra təcili tibbi yardım xidmətini aktivləşdirməlidir. Bunun üçün təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 103 nömrəli telefon nömrəsinə və ya Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “112 məsləhət və kömək üçün müraciət etməlidir. Belə müraciət ilk yardımın tərkib hissəsidir. İlk yardımın göstərilmə texnikası və qaydaları haqqında bu səhifədə ətraflı biliklər əldə edə bilərsiz.
Ətraflı -
Yol hərəkəti təhlükəsizliyi
Dünyada hər gün 720 uşaq yol-nəqliyyatqəzalarında həyatını itirir. Dünya miqyasında yol-nəqliyyat travmaları 10-19 yaşlı insanların aparıcı ölüm səbəbidir. Yüksək və orta gəlirli ölkələrdə yol-nəqliyyat hadisələrində ölümlərin əksəriyyəti piyadalar, avtomobil və ya iki təkərli nəqliyyatın sərnişinləri arasında baş verir. Yüksək gəlirli ölkələrdə ən çox ölüm təcrübəsiz sürücülər arasında olur. Uşaqlar arasında daha çox baş verən qeyri-ölümcül zədələnmələrə baş-beyin və əl-ayaq travmaları aiddir. Yol-nəqliyyat travmaları uşaq əlilliyinin aparıcı səbəbidir.
Ətraflı -
Diqqət! Mina təhlükəsi
İşğaldan azad olunmuş ərazilərdə olarkən mina təhlükəsinə qarşı DİQQƏTLİ OLUN!
Ətraflı