Hər gün dünyada yol-nəqliyyat qəzalarında 1000-dən çox uşaq və gənc (25 yaşadək) həlak olur. Aşağı və orta gəlirli ölkələrdə yol qəzalarında həlak olan və ya travma alan gənclərin əksəriyyəti piyada, velosipedçi, motosikletçi, ya da ictimai nəqliyyat sərnişinləri olur. Yüksək gəlirli ölkələrdə isə yol-nəqliyyat qəzalarının qurbanları əsasən nəqliyyat vasitələrini yeni idarə etməyə başlayan sürücülərdir. Yolların çəkilməsi və yol hərəkəti təhlükəsizliyinin planlaşdırılması zaamnı uşaqların acizliyi, onların nisbi təcrübəsizliyi, fərqli inkişafı, eləcə də oynamaq və təhlükəsiz hərəkət etmək tələbatları nəzərə alınmalıdır. Hər üç yol-nəqliyyat qəzasından biri sürətin artırılması səbəbindən baş verir. Bu da gənc kişi sürücülər tərəfindən yol hərəkəti qaydalarının ən çox yayılmış pozuntusudur.