MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yol nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili

Qəza zamanı xilasetmə əməliyyatlarının planlaşdırılması və təşkili aşağıdakı qaydalara əsaslanır:

  1. Yol- nəqliyyat qəzasının (YNQ) nəticələrinin aradan qaldırılması işinin idarə olunmasında yeganəlik:
  • Yol nəqliyyat hadisəsinin nəticələrinin aradan qaldırılması işini idarə etmək səlahiyyətini qəza yerinə ilk gəlmiş Azərbaycan Daxili İşlər Nazirliyinin yol polisi bölməsinin, Azərbaycan Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidmətinin,və yaxud Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin rəhbəri öz üzərinə götürür.

Qəza nəticələrin aradan qaldırılmasını öz üzərinə götürən şəxsin qərarları hər kəs üçün məcburidir.  

  1. Qəza sonrası müxtəlif qurumların xidmətlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi və görüləcək işlərin bölüşdürülməsi:
  2. Qəza-xilasetmə qrupunda qəza qurbanlarının qurtarılması üçün görüləcək işlərin öncədən bölüşdurulməsi.

Qəza nəticəsininin aradan qaldırılması üçünbir neçə insandan ibarət  xilasetmə qrupları cəlb olunur. Məsələn, 5-6 nəfərdən ibarət olan bir qrup aşağıdakı tərkibə malikdir:

- qrup komandiri – qəza-xilasetmə işlərinə rəhbərlik edir və digər əlaqəli qurumlar ilə əlaqə yaradır;

- sürücü - nəqliyyat vasitəsini idarə edir, qəza-xilasetmə qurğusunun hidravlik nasos stansiyalarının və digər güc vasitələrinin işləməsini və qəza sahəsinin işıqlandırılmasını təmin edir;

- 1-2 xilas edən - zədələnmiş nəqliyyat vasitələrindən yaralıları çıxarır;

- xilas edən – qəza-xilasetmə işində təkrar ziyan faktorlarınının qarşısını almaq (yəni yanacaq sızıntısını yoxlama, yanğın mənbələrini lokallaşdırma və söndürmə, şüşə parçaları və digər kəskin əşyaların ) lokallaşdırma və aradan qaldırması işlərini görür, həmçinin xilasetmə yerini hasarlayır;

- Tibb işçisi –  zədələnmiş maşından zərərçəkənləri çıxartmağa kömək edir və onlara  ilk tibbi yardım göstərir.

  1. Qəza-xilasetmə əməliyyatı yerinin 3 zonaya bölünməsi.
  • İlk zonada (5 metr radiusunda) yalnız qurbanlara kömək edən xilasedicilər yerləşir.
  • İkinci zonada (10 metr radiusunda) xilasetmə avadanlığının istifadəyə hazır olmasını təmin edən qəza-xilasetmə qrupunun qalan üzvləri yerləşir.
  • Üçüncü zonada (10 metrdən çox radiusda) qəza sahəsinə xilasedicilərin çatdırılması vasitələri yerləşir və qəzalı nəqliyyat vasitəsinin hissəsinin işıqlandırılması və çəpərlənməsi işləri görülür.
  1. Xilas edicilərə və zərərçəkənlərə təkrar ziyan vuran amillərin təsirlərinin (yanğının istilik təsirləri, kimyəvi zərər və s.) təsirlərinin azaldılması və ya aradan qaldırılması işinin prioritetliyi və təkrar ziyan mənbələrinə gətirib çıxara biləcək tədbirlərin aradan qaldırılması təmin etmək (məsələn yanacağı tökmə zamanı elektrik alətlərdən Istifadə).
  2. Ağır yaralanmaları olan qurbanlara çıxışı təmin etmə işinin prioritetliyi.

Ağır yaralanmalarda tibbi müdafiəsi olmayan zərərçəkənlərin ömrü minimaldır, buna görə mümkün qədər ilk yardımların başlanmasını sürətləndirmək lazımdır.

  1. Yaralılara ilk yardım görsətmək üçün zədələnmiş avtomobilə tibbi işçilərinin dərhal gəlməsini cəld şəkildə təmin etmək.

Bunu etmək üçün zədələnmiş nəqliyyat vasitəsinə daxil olmaq üçün ən sadə üsullar seçilir: ön şüşəni sökərək, qapıların kənarından açaraq və s.

  1. Yaralıların ətrafında olan Zədələnmiş maşın nə qədər çox sökülsə o qədər yaralıların maşından çıxaran zaman təkrar zədə və yaralanmasının qarşısını almış olunar ( xüsusilə də çanaq sümüyünün,döş qəfəsi və boyun fəqərələrinin travması zamanı).
  2. Aşağıdakı hallarda qəzada xəsarət alan şəxsi nəqliyyat vasitəsindən dərhal çıxarmaq lazımdır: xəsarət alan və xilasedicilərə təkrar xəsarətin dəyməsi, xəsarət alanın zədələnmiş maşında halının pisləşməsi zamanı.
  3. Xəsarət alanı dərhal çıxarmaq qərarı tibbi heyətin rəyi əsasında qəza-xilasetmə birləşmələri rəhbəri tərəfindən qəbul edilir.