MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Ətraflarda böyük (əsas) arteriyadan arterial qanaxma halında, qanaxma nöqtələrinə barmaqlarla basaraq yara sahəsindən yuxarı hissədə bazu və ya bud nahiyəsinə jqut sarınmalı, jqut qanaxma dayanan həddə kimi sıxılmalı və fiksə edilməli, jqutun sarınma vaxtı qeydə alınmalı və yaranın üzəri steril salfetlə örtülərək steril bintlə sarğı qoyulmalıdır;
Şiddətli qanaxmaların vaxt itirmədən dayandırılması və qısa zamanda yaralının xəstəxanaya çatdırılması çox vacibdir. Yaradan qan axmasının qarşısını almaq üçün qanayan yeri möhkəmcə basmaq lazımdır.
Qanın axması dayandıqda isə yaranın üzəri sarğı bezi ilə bir neçə dəfə sarılmalıdır. Sarğını açıb qanlı bezi və pambığı dəyişdirmək qanın laxtalanmasını və qanamanın dayanmasını gecikdirir.
Yaralı olduğu halda
Steril salfet və bintdən istifadə edilməklə yaranın üzəri sıx sarınmalıdır.
Qanaxma olmadıqda və sıx sarğının tətbiqi alınmadıqda yaranın üzərinə steril salfet qoyularaq leykoplastrla yapışdırılmalıdır.
Mikrotravmaların üzərinə bakterisid leykoplastr yapışdırılmalıdır.
Yanıqlar olduqda
Yanıq yerinə sıx olmayan steril sarğı qoy
Bədənin yanmış yerinə yapışan heç nəyə toxunma.
Yanığı soyutmaq üçün buzdan istifadə etmə.
Plastrdan istifadə etmə.
İlk tibbi yardım həkimləri gələndə onlara etdikləriniz haqqında məlumat verin!
Qəza anında zəng edin:
103 - ilk zəng ediləcək telefon nömrəsi olmalıdır.
Bu nömrəyə Azərbaycanın istənilən bölgələrində mobil və ev telefonlarından pulsuz zəng edə bilərsiniz.
112 – nömrəli telefona maşında sıxılıb qalmış şəxs olduqda zəng edilməlidir.