MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq
-
Məişət zorakılığı
Məişət zorakılığının cəmiyyət üçün ən ağır fəsadlarından biri də psixoloji travma almış uşaqlardır. Uşaqlarda yatmaq və yemək rejimində problemlər, çığırmaq və ağlamaq vərdişləri, utancaqlıq, ünsiyyətdən çəkinmə, zorakılığın baş verməsində özlərini günahlandırma, əsəb tutmaları, ürəkkeçmələr kimi fiziki əlamətlər müşahidə olunur.
Ətraflı -
Uşaq zorakılığı
Uşaqları və yeniyetmələri, xüsusilə də qızları zorakılığa qarşı müdafiəsiz vəziyyətə salan (oğlan uşaqlarının və kişilərin bu zorakılığı törətmək ehtimalını artıran) əsas faktor həm qızların qurbana çevrilməsinin, həm də oğlanlar və kişilərin bu işi törətməsinin sosial tolerantlığı ilə bağlıdır. Adətən bu sui- istifadə və ya istismar normal və kollektivlərin nəzarətindən kənar qəbul edilir; eyni zamanda, utanc hissi, qorxu və heç kəsin kömək etməyəcəyi inancı səlahiyyətli orqanlara bu əməllər barədə daha az məlumat verilməsi ilə nəticələnir. Bundan əlavə, qurbanlar adətən məruz qaldıqları zorakılıq üçün qınanılırlar. Ümumilikdə götürüldükdə, zorakılığın bu ümumi tolerantlığı, ayrılıqda isə intim partnyor və cinsi zorakılıq halları bir çox cəmiyyətlərdə qadınların və uşaqların aşağı statusu və gender və kişilik aspektlərini əhatə edən mədəni normalardan irəli gəlir.
Ətraflı -
Məktəbdaxili zorakılıq
Zorakılıq həm kütlənin, həm də təcavüzkarın fərdi xüsusiyyətlərindən, eləcə də iştirak edən digər şəxslərin reaksiyasından və hərəkətlərindən təsirlənən çox ölçülü bir hadisədir. Zorakılığa həm itələmək, təpikləmək kimi bir-başa həm də sosial manipulyasiya kimi yəni, məsələn, qrupdan kənarlaşdırılıb izolyasiya etmə və ya şayiələr yaymaq kimi dolayı yol ilə olunan növləri vardır. Məktəbdəki zorakılıq həm fiziki, həm də zehni zorakılığa paralel ola bilər ki, bu da tez-tez məktəbin fəaliyyətinə təsir edir və məktəbdən yayınma hallarına gətirib çıxarır.
Ətraflı -
Kiberbulinq
Kiber zorakılıq onlayn şəkildə baş verən və buna məruz qalan üçün ciddi nəticələrə səbəb olan zorakılığın bir formasıdır. Kiber zorakılığın qarşısının alınması üçün məktəbdə müəllimlərin məktəb psixoloqları ilə birlikdə edə biləcəkləri bəzi üsullar bunlardır:
Ətraflı