Uşaq əməyindən istifadə

Uşaq əməyindən istifadə uşaqları həm fiziki, əqli, həm də  sosial və mənəvi cəhətdən təhlükəliyə atır. Uşaq əməyi  uşaqları təkcə ağır fiziki əməyə cəlb etmək deyil, eyni zamanda travmatik təsirlərə də səbəb olan, sağlamlıq üçün təhlükə yaradan işlərə məcbur edilməkdir. Uşaq əməyinə cəlb edilən uşaqlar uşaqlığını yaşamır, təhsildən geri qalır, məktəb davamiyyətini yerinə yetirə bilmədiyinə görə məktəbi tərk etməli olur.