MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı

  • Gigiyena nədir?

    Gigiyena bir elm kimi insan həyatının demək olar ki, bütün sahələrini əhatə edən çox geniş anlayışdır. "Gigiyena" sözü yunan dilindən "sağlam" mənasını verən hygienosdan gəlir. Gigiyena haqqında çoxlu təriflər var, lakin, bəlkə də, hamısı bir şeyi ifadə edir: gigiyena insan sağlamlığının yaxşılaşdırılması və qorunması elmidir.

    Şəxsi gigiyena insanın evdə, məktəbdə və işdə davranış qaydaları toplusudur. Dar mənada gigiyena bədənin, geyimin və məişət əşyalarının təmziliyinin saxlanmasıdır. Şəxsi gigiyena tələblərinin pozulması həm bir insanın, həm də çox böyük insan qruplarının (müəssisə qrupları, ailələr, müxtəlif icmaların üzvləri və hətta bütün bölgələrin sakinləri) sağlamlığına təsir göstərə bilər.

    Ətraflı
  • Qızların şəxsi gigiyenası

    Yeniyetmələrə göstərilən tərbiyə valideynlərin/qəyyumların və məktəb müəllimlərinin birgə məsuliyyəti olmalıdır. Lakin, qeyd etmək lazımdır ki, məktəbdə müəllimlər şagirdlərə bilik vermələrindən əlavə onlara özlərini rahat hiss etmələri, yetkinlik dövrünün təcrübələrini bölüşmələri, utanmadan özünü ifadə etmələri və eyni zamanda öz yaşıdları arasında münasibət və dəyərlərə hörmət edilən təhlükəsiz mühit yaratmaq üçün xüsusi məsuliyyət daşıyırlar.

    Ətraflı
  • Oğlanların şəxsi gigiyenası

    Yeniyetməlik hər  bir oğlanın həyatında ən önəmli keçid dövrüdür. O, artıq uşaq deyil, lakin hələ yetkin də deyil. Oğlanlar üçün yeniyetməlik dövrü 13-16 yaş hesab olunur. Bu, orqanizmin yetkinləşməsi, orqan və sistemlərin funksional vəziyyətində dəyişikliklərin baş verməsi deməkdir. Eyni zamanda bu yaş mərhələsi cinsi yetkinliklə bağlı kəskin endokrin dəyişikliklərlə xarakterizə olunan çox mürəkkəb bir mərhələdir.Yeniyetmə böyümə mərhələsində hansı dəyişikliklərdən keçir, sağlam və güclü gənc kimi böyüməsi üçün hansı addımları atmalıdır? Bu istiqamətdə yeniyetməyə kömək etmək üçün məqalələrimizi sizə təqdim edirik.

    Ətraflı
  • Sinif otaqlarının gigiyenası

    Hər bir şagird boyuna, görmə və eşitmə qabiliyyətinə uyğun olaraq, masa və ya parta arxasında rahat yerlə təmin olunmalıdır. Şagirdlərin boyuna uyğun olan mebelin seçimi üçün onun rənglə nişanlanması həyata keçirilir. Kürsü əvəzinə kətillər və ya skamyalar istifadə edilmir. Tədris otaqlarında partalar (masalar) nömrələrə uyğun yerləşdirilir (aşağı nömrəlilər yazı taxtasına yaxın, yuxarı nömrəlilər isə yazı taxtasından uzaq qoyulur). Nömrəsindən asılı olmayaraq, görmə və eşitmə qabiliyyəti pozulmuş uşaqların partaları pəncərənin yaxınlığındakı ön cərgədə yerləşdirilir. Tez-tez kəskin respirator xəstəliklərə, angina və soyuqdəyməyə məruz qalan uşaqlar çöl divarlarından kənarda yerləşdirilirlər. “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında əlavə məlumatlar səhifədən əldə edə bilərsiz. 

    Ətraflı