Oğlanların şəxsi gigiyenası
Yeniyetməlik hər bir oğlanın həyatında ən önəmli keçid dövrüdür. O, artıq uşaq deyil, lakin hələ yetkin də deyil. Oğlanlar üçün yeniyetməlik dövrü 13-16 yaş hesab olunur. Bu, orqanizmin yetkinləşməsi, orqan və sistemlərin funksional vəziyyətində dəyişikliklərin baş verməsi deməkdir. Eyni zamanda bu yaş mərhələsi cinsi yetkinliklə bağlı kəskin endokrin dəyişikliklərlə xarakterizə olunan çox mürəkkəb bir mərhələdir.Yeniyetmə böyümə mərhələsində hansı dəyişikliklərdən keçir, sağlam və güclü gənc kimi böyüməsi üçün hansı addımları atmalıdır? Bu istiqamətdə yeniyetməyə kömək etmək üçün məqalələrimizi sizə təqdim edirik.