VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman
-
Fiziki aktivlik (ümumi məlumat)
Fiziki aktivlik - enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi hərəkətlər qeyri-infeksion xəstəliklərin yaranma riskini azaldır. Fiziki aktivlik oynaqlar, əzələ və sümükləri möhkəm və güclü edir. Böyüyən orqanizmin fiziki aktivliyə xüsusən daha çox ehtiyacı olur. Valideynlər uşaqlarına dərs saatlarından sonra asudə vaxtlarını səmərələri keçirmələri üçün şərait yaratmalıdırlar. Uşaqların fiziki fəaliyyətdə olmaları daima diqqət mərkəzində olmalıdır. Çünki uzun müddət oturaq və hərəkətsiz həyat tərzi uşağın gələcəkdə sağlamlıq problemlərindən (piylənmə, skolioz, kifoz, şəkərli diabet, ürək-damra xəstəlikləri, əzələ zəifliyi və sairə) əziyyət çəkməsinə səbəb ola bilər.
Ətraflı -
Məktəb yaşlı uşaqların fiziki aktivliyi
İnkişafda olan cavan orqanizmə oturaq həyat tərzi hiss olunacaq dərəcədə mənfi təsir göstərir. Məktəb yaşlı uşaqların oyaq vaxtının 50-70%-ini oturaq vəziyyətdə keçirməsi bu problemi daha da dərinləşdirir. Oturaq həyat tərzi keçirən uşaqlarda qan dövranı ləngiyir, nəticədə daxili orqan və sistemlərin qidalanması pozulur. Bədənin sağlamlığını qorumaq üçün daima fiziki aktivliklə məşğul olmaq lazımdır.
Ətraflı -
Gündəlik gimnastika
Gündəlik fiziki fəaliyyətlə məşğul olmaq və məşq etmək bədənin gücünü artırmağa, daha dözümlü olmağa, sağlam və xəstəliklərdən uzaq həyat yaşamağa kömək edir.
Ətraflı -
İdman növləri
Uşaqlar üçün çoxlu idman bölmələri var, lakin onlardan birini seçmək olduqca çətindir. Ancaq seçim etmək vacibdir, çünki bədən tərbiyəsinin erkən və mütəmadi vərdişi həyat boyu sağlam bədənə sahib olmağı təmin edir. Bu səhifədə biz uşaqların yaşından, bədən quruluşundan və sağlamlıq vəziyyətindən asılı olaraq idman növlərindən danışacayıq.
Ətraflı -
Fitnes asılılığı (Bodibildinq və anaboliklər)
Məktəblilərin valideynləri üçün fitnes asılılığı, bodibildinq və anabolik steroid istifadəsi ilə əlaqəli potensial riskləri və nəticələri anlamaq vacibdir. Burada yadda saxlamalı bəzi əsas məqamlar var. Daha ətrfalı məqalələrdə...
Ətraflı