Fiziki aktivlik (ümumi məlumat)
Fiziki aktivlik - enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi hərəkətlər qeyri-infeksion xəstəliklərin yaranma riskini azaldır. Fiziki aktivlik oynaqlar, əzələ və sümükləri möhkəm və güclü edir. Böyüyən orqanizmin fiziki aktivliyə xüsusən daha çox ehtiyacı olur. Valideynlər uşaqlarına dərs saatlarından sonra asudə vaxtlarını səmərələri keçirmələri üçün şərait yaratmalıdırlar. Uşaqların fiziki fəaliyyətdə olmaları daima diqqət mərkəzində olmalıdır. Çünki uzun müddət oturaq və hərəkətsiz həyat tərzi uşağın gələcəkdə sağlamlıq problemlərindən (piylənmə, skolioz, kifoz, şəkərli diabet, ürək-damra xəstəlikləri, əzələ zəifliyi və sairə) əziyyət çəkməsinə səbəb ola bilər.
MƏQALƏLƏR
ÇAP MATERİALLARI