VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR
Valideynlərə məsləhətlər
Uşağınıza necə kömək edə bilərsiniz?
Bütün valideynlər uşaqlarının sağlam böyüməsini istəyirlər. Aktiv həyat tərzi burada həlledici əhəmiyyət kəsb edir, lakin yaxınlardan dəstək olduqda bunu etmək çox asandır.
Şəxsən Siz nə edə bilərsiniz?
- Birgə işləri və istirahəti fiziki fəallıq elementlərinin olması ilə planlaşdıra (məsələn, velosipedlə gəzinti, diyircəkli konki ilə hərəkət və ya top ilə oynamaq);
- Yaxşı nümunə göstərə (məsələn, çörək almaq üçün mağazaya velosipedlə getmək);
- Hərəkətdən zövq və sevinc yaşamağınızı vurğulamya və nəticələrə nail olmağın yeganə məqsəd olmadığını başa sala;
- Uşağın idman klubunda və ya fiziki fəallıqla bağlı digər məkdəbdənkənar məşğələlərdə iştirakını dəstəkləyə, maraqlı olduğunuzu nümayiş etdirə və imkan daxilində tədbirlərin planlaşdırılması və keçirilməsində köməklik göstərə;
- Uşağı məcbur etmədən və artıq nəzarət olmadan fiziki fəallığa motivasiya edə;
- Hərəkətsizliyə alternativin olmasını göstərə (məsələn, şənbə gecəsini televizor qarşısında yox, birgə oyunlarla keçirmək olar).