Məktəb yaşlı uşaqların fiziki aktivliyi
İnkişafda olan cavan orqanizmə oturaq həyat tərzi hiss olunacaq dərəcədə mənfi təsir göstərir. Məktəb yaşlı uşaqların oyaq vaxtının 50-70%-ini oturaq vəziyyətdə keçirməsi bu problemi daha da dərinləşdirir. Oturaq həyat tərzi keçirən uşaqlarda qan dövranı ləngiyir, nəticədə daxili orqan və sistemlərin qidalanması pozulur. Bədənin sağlamlığını qorumaq üçün daima fiziki aktivliklə məşğul olmaq lazımdır.