VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblinin psixi sağlamlığı

  • Yeniyetmə psixologiyası

    Yeniyetməlik 12-15 (11-17) yaşlar hesab olunur və bu zaman uşaqlar yeni xüsusiyyətlərə, özünəməxsus fərqli psixologiyaya malik olurlar. Siz artıq yeniyetmələrlə böyük kimi danışa, müxtəlif mövzuları müzakirə edə bilərsiz. Lakin onlara hələ də uşaqlar kimi bir tapşırığı dəfələrlə təkrarlamaq lazım olur. Yeniyetməlik çətin bir yaş dövrüdür və burada valideynlərin uşaqları ilə əlaqəni itirməsi və qeyri-məhsuldar münasibətlərin qurulması münaqişələrə səbəb ola bilər. Digər tərəfdən, valideyn tələbkarlığının olmaması, söz kəsərinin azlığı da gələcəkdə problemlərə yol aça bilər. Yeniyetmələrin ünsiyyət tərzi valideynlər üçün qəbuledilməz olsa belə, onlarla danışmaq lazımdır. Valideynlər olaraq qəbuledilməz hesab etdiyimiz şeylərə “yox” demək üçün gücümüz və cəsarətimiz olmalıdır. Yeniyetmələr impulsiv qərarlara meyllidirlər - valideynlər buna möhkəm bir maneə qoymalı, eyni zamanda öz qərarlarında tarazlıq nümayiş etdirməli və öz niyyətlərini yeniyetmələrlə rahat müzakirə etməyə hazır olmalıdırlar. Sizə, yeniyetmələrin psixologiyasını anlamağa və onlarla qarşılıqlı münasibətdə ünsiyyət yollarını tapmağa  məqalələrimiz yardımçı ola bilər.

    Ətraflı
  • Stress və onun tənzimlənməsi

    Yeniyetmələrin narahatlıq və həyacan keçirmələri üçün bir çox səbəbləri ola bilər: imtahanlara hazırlaşmaq, universitetə ​​daxil olmaq, həmyaşıdları ilə münasibətlər, sosial imic, ilk sevgi. Yeniyetmə ilə baş verən təlatümlü fiziki və emosional dəyişikliklər uşağın özünə inamsız olmasına və özünə şübhə etməsinə səbəb olur. Münasibətlər və ailədəki vəziyyət də yeniyetməyə böyük təsir göstərir - valideynlər arasında fikir ayrılıqları, qardaş və ya bacılarla mübahisələr, maddi çətinliklər, yaşayış yerinin dəyişdirilməsi - bütün bunlar emosional stressi artırır. Dəyişikliklərin öhdəsindən necə gəlmək və ya valideynlərin və ya müəllimlərin gözləntilərini necə qarşılamaq barədə heç bir anlayış yoxdursa, həyat davamlı stressə çevrilir. Yeniyetmələr cəmiyyətdə baş verən hadisələrə çox yaxındırlar. Yeniyetmə psixikası üçün ciddi pozuntulara qəzalar, xəstəlik, sevilən birinin ölümü, yeniyetmənin özünə və ya digər insanlara qarşı törədilən fiziki və ya emosional zorakılıqlar səbəb ola bilər. Əgər yeniyetmənin həyatında belə hadisələr baş veribsə, onun emosional vəziyyətinə və davranışına diqqət yetirmək lazımdır...

    Ətraflı