VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida

  • Sağlam qidalanmaq nədir?

    Hər bir valideyn uşağına sağlamlıq üçün faydalı olan qidaları seçməyi öyrətməli və onlarda sağlam qidalanmağa həvəs və maraq oyatmalıdırlar. Uşaqların qidalanması böyüklərin qidalanmasından bir qədər fərqlidir. Əgər uşağın qidalanma sistemi düzgün qurulubsa, o zaman uşaq həm fiziki, həm də əqli cəhətdən normal inkişaf edəcək. Çalışın ki, uşağınızın gündəlik düzgün qidalanma rejijmi ailənizin həyat tərzinə çevrilsin. Uşağınızla aktiv şəkildə ünsiyyət qurmaqla, nümunə göstərməklə uşaqda yaxşı yemək vərdişlərini aşılaya bilərsiz.

    Ətraflı
  • Məktəbyaşlı uşaqların qidalanması

    Uşağın qidalanması uşağın orqanizmi tərəfindən yaxşı mənimsənilən, yəni həzm sisteminin yaşına, inkişaf səviyyəsinə uyğun olan məhsullarla təmin edilməlidir. Bu səbəbdən uşaqlara hisə verilmiş, qızardılmış, ədviyyatlı, çox isti və ya soyuq yeməklər, yarımfabrikatlar yemək, spirt və nikotin qəbul etmək tövsiyə edilmir. Uşağın müxtəlif növ çeşidli yeməklər yeməsi vacibdir. Uşaqlara hər gün tərəvəz, meyvə, ət, süd və süd məhsulları, yağ və bitki yağları yemək çox əhəmiyyətlidir. Hər 2-3 gündə  uşağa yumurta, pendir, kəsmik, balıq verilməlidir. Daha ətraflı məqalələrdə..

                  

    Ətraflı
  • Qidalanma rejimi

    Uşaq məktəbə getməyə başlayandan onun sağlam qidalanmasına olan tələblər daha da artır, çünki məktəblilər yüksək psixoloji və zehni  yükləmələr keçirirlər. Fəal şəkildə böyüməyə davam edən bədənin qidalanmasına kifayət qədər diqqət yetirilməlidir. Bu bölmədə 7 yaşdan yuxarı uşaqların əqli və fiziki inkişafı üçün hansı qidalara ehtiyacı olduğunu, bir şagirdin gündəlik nə qədər qida qəbul etməli olduğunu, qidalanma menyusunu necə ən yaxşı şəkildə qurmağı öyrənəcəksiniz.

    Ətraflı
  • Zərərli qidalar

    Müasir dövrdə görünüşü və ətri ilə cəlbedici görünən yeməklərin heç də hamısı  orqanizm üçün faydalı deyil. Əksinə, sizin çox sevdiyiniz, xüsusi görünüşü və dadı ilə diqqətinizi cəlb edən qidalar çox vaxt ən zərərlisidir. Onların orqanizmə göstərdiyi ziyanı barədə, xüsusi ilə də sağlamlığınızı zədələyən, müxtəlif xəstəliklər yaradan fast-fud və tez hazır olan yeməklər barədə vacib məlumatları diqqətinizə çatdırmaq istəyirik.              

    Ətraflı