VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər
-
Tütünçəkmə
Hər kəsə məlumdur ki, bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha yaxşıdır. Bu anlayışı yeniyetmələr arasında siqaret probleminə də aid etmək olar. Uşağı nikotini dadmağa sövq edən birinci hal maraq, ikinci hal isə bu marağın həyata keçməsinə şərait yaradan siqaretin olmasıdır. Bəlkə də, təəccüblənəcəksiz, amma qeyri-rəsmi statistikaya görə, ilk siqaret çəkmə təcrübəsi daha çox dostlardan deyil evdə, valideynlərin siqaret çəkməsi nəticəsində uşaqlarda siqaretə marağı və həvəsi artıraraq sövq edir.Beləliklə, özləri bu pisliyə meylli olan valideynlərin uşağın siqaret çəkməsinə qarşı mübarizə aparması, hətta daha çox bu asılılığın yaranmasının qarşısını almaq praktiki olaraq mümkün deyil. Beləliklə, uşağı pis vərdişlərdən uzaq saxlamağın yarı yolu valideynlərinin özlərinin pis vərdişlərdən uzaq olmasına bağlıdır.
Ətraflı -
Narkomaniya
Əziz valideynlər! Şübhəsiz ki, Siz övladınıza ən yaxın və dəyərli insansınız. Siz övladınız üçün yaxşı valideyn olmağa çalışırsınız. Eyni zamanda Siz onun gələcəyi üçün həyəcan və məsuliyyət hisləri keçirirsiniz. Bu normal haldır - həmin hislər Sizə övladınızla bağlı narahatedici vəziyyətlərə vaxtında aydınlıq gətirməyə və qərar qəbul etməyə imkan verir. Etiraf edək ki, müasir dövrdə psixoaktiv maddələr yeniyetmələr üçün daha əlçatan olub. Təəssüf ki, bəzi hallarda uşaqlara müxtəlif psixoaktiv maddələr təhsil müəssisələrində, əyləncə mərkəzlərində, digər ictimai yerlərdə təklif edilə bilər. Məktəblilərin müəyyən bir hissəsi bildirir ki, onlara yaşıdları tərəfindən spirtli içkilər, tütün məmulatları və psixoaktiv maddələrdən istifadə etməyə təzyiq göstərilir. Buna görə də Siz “Mənim övladımda bu hal baş verə bilməz” kimi fikirlərlə özünüzü arxayın salmayın. Məqalələr yeniyetmənin psixoloji xüsusiyyətlərini öyrənməkdə, psixoaktiv maddələrdən asılılığının yaranma
Ətraflı
mexanizmlərini bilməkdə və bununla da yeniyetmədə həmin asılılığı vaxtında aşkarlayıb baş verəcək fəlakətin qarşısını almaqda Sizə kömək edəcək. Sənəddə həmçinin psixoaktiv maddələrdən istifadənin əlamət və nəticələri, onların yeniyetmə orqanizminə zərərli təsiri təsvir olunur. Yadda saxlayın! Siz xoşagəlməz halları nə qədər tez aşkarlasanız, fəlakətin öhdəsindən bir o qədər asan gələ bilərsiniz. -
Spirtli içkilərin qəbulu
Spirtli içkilər yeniyetmələrin orqanizminə mənfi təsir edir. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Alkoqol beyni kütləşdirir, daxili orqanlarda dəyişikliklərə səbəb olur, mədə-bağırsaq traktında pozulmalar yaradır, immun sisteminə mənfi təsir göstərir.
Ətraflı -
Kompüter/mobil telefon asılılığı
Bu gün mobil telefonlar həyatın bütün sahələrində insanların davranış və düşüncələrinə nəzarət edir. Bəzi insanlar isə telefondan ehtiyacı olduğu üçün deyil, adətkar olduğu üçün istifadə edirlər. Mobil telefonsuz və smartfonsuz qalma artıq psixi pozuntuya, xəstəliyə çevrilib. Mobil telefondan məhrum qalmaq qorxusu, xüsusilə də sosial şəbəkələrə daxil ola bilməmək təhlükəsi gənclərdə ciddi təlaş, pərişanlıq və təşviş yaradır. Mütəxəssislər ağıllı telefonların əvvəlki telefonlara nisbətən daha çox radiasiya daşıdığını, bunun, əsasən, telefon çaldığında və zəng edərkən qulağa dayama zamanı baş verdiyini söyləyirlər. Hətta mobil telefondan çox istifadə göz problemləri, miqren, piylənmə, əsəb pozuntusu, beyin-qan dövranı pozuntuları, onurğa problemləri və digər xəstəliklər yarada biləcəyi bildirilir. Nevropotoloqlar unutqanlıq xəstəliyinin getdikcə artdığını, istifadəsi getdikcə artan ağıllı telefonların da bu artıma səbəb olduğunu göstərirlər. Səhifədə kompüter/internet asılılığının insana vurduğu ziyanlı təsirləri barəsində, bu asılılığın fəsadları haqqında məlumatlı olacaqsız.
Ətraflı