Bu gün mobil telefonlar həyatın bütün sahələrində insanların davranış və düşüncələrinə nəzarət edir. Bəzi insanlar isə telefondan ehtiyacı olduğu üçün deyil, adətkar olduğu üçün istifadə edirlər. Mobil telefonsuz və smartfonsuz qalma artıq psixi pozuntuya, xəstəliyə çevrilib. Mobil telefondan məhrum qalmaq qorxusu, xüsusilə də sosial şəbəkələrə daxil ola bilməmək təhlükəsi gənclərdə ciddi təlaş, pərişanlıq və təşviş yaradır. Mütəxəssislər ağıllı telefonların əvvəlki telefonlara nisbətən daha çox radiasiya daşıdığını, bunun, əsasən, telefon çaldığında və zəng edərkən qulağa dayama zamanı baş verdiyini söyləyirlər. Hətta mobil telefondan çox istifadə göz problemləri, miqren, piylənmə, əsəb pozuntusu, beyin-qan dövranı pozuntuları, onurğa problemləri və digər xəstəliklər yarada biləcəyi bildirilir. Nevropotoloqlar unutqanlıq xəstəliyinin getdikcə artdığını, istifadəsi getdikcə artan ağıllı telefonların da bu artıma səbəb olduğunu göstərirlər. Səhifədə kompüter/internet asılılığının insana vurduğu ziyanlı təsirləri barəsində, bu asılılığın fəsadları haqqında məlumatlı olacaqsız.
Kompyuter arxasında oturarkən arada neçə dəqiqə istirahət faydalıdır?
Displey ekranından istifadə edərkən 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etmək üçün uşaqlar, yeniyetmələr fasilə edərək idmanla məşğul olmalıdırlar. İdman kompleksi hər ayda bir dəfə dəyişdirilməlidir.
Kompüter və ya mobil tolefondan çox istifadə sağlamlıqda hansı problemlərə yol açır?
Mütəxəssislər ağıllı telefonların əvvəlki telefonlara nisbətən daha çox radiasiya daşıdığı, bunun, əsasən, telefon çaldığında və zəng edərkən qulağa dayama zamanı olduğunu söyləyirlər. Hətta mobil telefondan çox istifadə göz problemləri, miqren, piylənmə, əsəb pozuntusu, beyin-qan dövranı pozuntuları, onurğa problemləri və digər xəstəliklər yarada biləcəyi bildirilir. Nevropotoloqlar unutqanlıq xəstəliyinin getdikcə artdığını, istifadəsi getdikcə artan ağıllı telefonların da bu artıma səbəb olduğu göstərirlər.