UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Kompüter oyunlarının faydalı və zərərli tərəfləri

Məlumatlı olun və düzgün seçim edin!

Kompüter oyunlarının faydaları

Kompüter oyunlarıyalnız əyləncə vasitəsi deyil!

Kompüter oyunlarını sevənlərin, maraqla oynayanların sayı gündən-günə çoxalır. Etiraf etmək lazımdır ki, müasir dövrümüzdə kompüter oyunları ədəbiyyat, rəsm və ya teatr kimi bəşər mədəniyyətinin bir hissəsinə çevrilib. Kompüter oyunlarının vaxt itkisi və tamamilə zərərli bir fəaliyyət olması fikri insanlar arasında geniş yayılsa da, bu, doğru yanaşma deyil. Kompüter oyunlarının faydalı tərəfləri kifayət qədərdir.

  1. İdrak bacarıqlarının inkişafı (oyunlar beyni “məşq” etdirir!)
  • Kompüter oyunları diqqəti, müəyyən vəziyyətə sürətli reaksiyanı və tez qərar qəbul etməkbacarığını inkişaf etdirə bilər. Tapşırıqların strateji planlanmasını və həllini tələb edən oyunlar məntiqi təfəkkürün inkişafına və hadisələri təhlil etmək qabiliyyətinə kömək edir.Bəzi oyunlar yaddaşı məşq etdirir və yaradıcılıq qabiliyyətini formalaşdırır.
  1. Sosial bacarıqlar
  • Bir çox oyunlar komanda işi və digər oyunçularla qarşılıqlı əlaqəni, o cümlədən liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirir.
  1. Təhsil imkanları
  • Real tarixi hadisələrə əsaslanan oyunlar tədris prosesini interaktiv və əyləncəli edərək müxtəlif dövrlər, mədəniyyətlər və dillərlətanış edə bilər. Bu, uşaqlarda və yeniyetmələrdə motivasiyanı inkişaf etdirmək baxımından xüsusilə vacibdir.Məntiqi, strategiyalıoyunlar (pazl oyunları) əsasən kart və plastikdən hazırlanılan tapmacalardır.Proqramlaşdırmanı, yaradıcılığı, məntiqi inkişaf etdirən bu oyunlar riyaziyyat, fizika və mühəndisliyin əsaslarını öyrədə bilər.
  1. Sağlamlıq və istirahət
  • Oyunlar insanları başqa dünyaya səyahət etmək imkanı yaratmaqla stressi azaltmağavə  problemlərdən uzaqlaşmağa kömək edə bilər. Rəqs, idman və ya virtual reallıq elementləri olan oyunlar fiziki aktivlik üçün motivasiya ola bilər.
  1. Peşəkar bacarıqların inkişafı
  • Məhdudimkanşəraitindəoyunlarstratejiplanlaşdırma, proqnozlaşdırmavəqərarqəbuletməbacarıqlarınıninkişafınaköməkedəbilər.

Oyunlar mürəkkəb problemlərin həllinə qeyri-standart yanaşmanı öyrədir və analitik təfəkkürü inkişaf etdirir.

Kompüter oyunlarının zərərləri

Kompüter oyunları zərərli ola bilər!

Oyun asılılığı ciddi xəstəlik və problemdir. Kompüter oyunlarından asılı vəziyyətə düşməmək üçün ondan sağlam şəkildə istifadəni bilmək, oyun müddətini doğru müəyyən etməyi bacarmaq olduqca vacibdir. Çünki oyunlar faydalı olduğu qədər, mənfi nəticələrə də səbəb ola bilər.

  1. Sağlamlığa təsiri
  • Uzun müddət kompüter arxasında oturmaq az hərəkətli həyat tərzinə gətirib çıxarır vəürəyin, qan damarlarının, dayaq-hərəkət sisteminin işinə mənfi təsir göstərir.
  • Monitora çox baxmaq gözlərdə yorğunluğa, quruluğa, qıcıqlanmaya, yaxından görmənin zəifləməsinə səbəb ola bilər.
  • Ekranın yanıb-sönən işığı və “mavi” filtrləri yuxu rejimini poza, yuxusuzluğa səbəb ola və gündüzlər yuxulu olmaqla nəticələnə bilər.
  • Uzun müddət eyni vəziyyətdə qalmaq və gözləri yormaq baş ağrısına və başgicəllənməyə səbəb ola bilər.
  • Oyun asılılığısağlamlığa mənfi təsir edir: nizamsız və qeyri-sağlam qidalanmaya səbəb olaraq, çəki artımı və piylənmə ilə nəticələnə bilər.
  1. Psixi vəziyyətə təsiri
  • Oyunlara hədsiz ehtiras oyun asılılığına səbəb olur. Bu, digər asılılıq növlərinə (alkoqol, narkotik) bənzəyir.
  • Oyunlar təhsilə mənfi təsir göstərərək diqqəti dərsdən yayındıra, konsentrasiyanı azalda, yaddaşı poza bilər.
  1. Sosial mühitə təsiri
  • Virtual aləmdə ünsiyyət real ünsiyyəti əvəz etmir. İnsanlarla ünsiyyətin olmaması sosial çətinliklərə, cəmiyyətdən təcrid olunmağa və özünə inamsızlığa gətirib çıxara bilər.
  • Oyunlara həddindən artıq həvəs dostlar və ailə ilə münaqişələrə, ailə münasibətlərinin pisləşməsinə səbəb ola bilər.
  1. Maliyyə problemləri
  • Bəzi oyunlarda pul köçürmələrinin olması, xüsusilə uşaqlar arasında nəzarətsiz xərclərə səbəb ola bilər. Onlayn oyunlar oyunçuların pul itirə biləcəyi bir fırıldaq platformasına çevrilə bilər. 

Diqqət!

Tövsiyələr

  • Kompüter oyunları real həyatı əvəz etməməlidir. Vaxta nəzarət edin, oyunlara gündə 1 saatdan artıq vaxt ayırmayın, oyunarası fasilələr verin, yaşınıza və maraqlarınıza uyğun oyunlar seçin. Yatmazdan bir-iki saat əvvəl kompüterdə oynamayın.
  • Valideynlər diqqətli olmalı, uşaqların kompüterdə nə qədər vaxt keçirdiyinə və hansı oyunları oynadıqlarına nəzarət etməlidirlər.

27.03.2024