MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması

  • Xəstəliklər və onların profilaktikası

    Qeyri-infeksion xəstəliklər (QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir:

    1. ürək-damar xəstəlikləri, 2. onkoloji xəstəliklər, 3. xronik obstruktiv ağciyər xəstəlikləri, 4. şəkərli diabet

    Ətraflı
  • Uşaqlar və onların sağlamlıqla bağlı şikayətləri (HBSC)

    “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” (HBSC) sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və hazırda 49 ölkədə hər dörd ildən bir keçirilən araşdırmadır. HBSC şəbəkəsi 11-,13- və 15- yaşlı qız və oğlan uşaqlarının sağlamlıq və rifahı, sosial mühit və sağlamlıq davranışları haqqında məlumatları toplayır. Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2017-ci ilin aprel ayında pilot layihə olaraq Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 11, 13 və 15 yaşlı şagirdləri arasında “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair pilot sorğu keçirilmiş və əldə edilmiş məlumatlar təhlil edilərək nəticələr
    əsasında hesabat hazırlanmışdır. Hazırlanmış hesabat 19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında təqdim olunmuş və beləliklə ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçilərək HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə etmişdir. Ölkəmiz də 2017-ci ildən etibarən artıq “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinin (Health Behaviour in School-aged Children - HBSC) üzvüdür və ölkəmizin bu üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir.

    Ətraflı
  • Ürək-damar xəstəliklərinin profilaktikası

    Ürək-damar  xəstəliklərinin dəyişdirilə bilməyən risk amillərinə  xəstənin yaşı, cinsi və irsiyyəti  aid edilir. Digər əsas risk amillərini isə dəyişmək mümkündür. Bura aiddir: qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi, tütünçəkmə, qeyri-sağlam qidalanma, mütəmadi alkoqol qəbulu və stress. İşdə və ailədə gərginlik, depressiya və həyəcan bu xəstəliklərin yaranma riskini artırır. Bir qayda olaraq, 60 yaşlı qadınlarda bu xəstəliyin inkişaf riski 50 yaşlı kişilərdə olduğu kimidir.            

    Ətraflı
  • Tip 2 şəkərli diabetin profilaktikası

    Şəkərli diabet nədir? Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalanır. İnsan orqanizmi bu maddədən enerji əldə etmək üçün istifadə edilir. İnsulin adlı hormon qlükozanı orqanizmin hüceyrələrinə daşıyır. Şəkərli diabet zamanı insanlarda insulin çatışmazlığı səbəbindən şəkər hücüyrələrə daşınmır və qanda qlükozanın səviyyəsi artır. Sağlam insanın qanında ( plazmasında) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl)-6,1 mmol/l (110 mq/dl) arası olmalıdır və qida qəbulundan 2 saat sonra 7,8 mmol/-dən (140 mq/dl) artıq olmamalıdır. Şəkərli Diabet tip 1 zamanı orqanizmdə insulinin istehsalı dayanır. Hüceyrələrə şəkərin daşınmasını mümkün etmək üçün xəstə insulin preparatlarından istifadə etməlidir(iynə yolu ilə). Şəkərli diabet tip 2 zamanı orqanizmdə insulin lazimi miqdarda istehsal olumur və ya onun hüceyrələrə təsiri azalır. Belə xəstə şəkərsalıcı preparatlarla müalicə olunmalıdır. Şəkərli deiabetlə bağlı daha ətraflı səhifədə tanış ola bilərsiz.

    Ətraflı
  • Qalxanabənzər vəzi xəstəliklərinin profilaktikası

    Qalxanabənzər vəz - insan orqanizmində hormonlar ifraz edən vəzlərdən ən böyüyüdür. Qalxanabənzər vəz orqanizmin, demək olar ki, bütün funksiyalarının idarə olunmasında iştirak edir. Qalxanabənzər vəz 3 hormon ifraz edir: triyodtironin, tiroksin və kalsitonin. Bu hormonlar nəfəsalma, yuxu, qida qəbulu, hərəkət və s. proseslərə təkan verir, uşaqlarda boy artımına və psixi inkişafa bilavasitə təsir göstərir. Buna görə də qalxanabənzər vəzin hormonlarının çatışmazlığı boy artımının ləngiməsinə və psixikada ağır pozuntulara səbəb olur. Daha ətraflı məqalələrimizdə..

    Ətraflı
  • Ağciyər xəstəliklərinin profilaktikası

    2012 – ci ildə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada 3 milyondan çox insan vəfat etmişdir ki, bu da həmin ildə bütün dünyada olan ölüm hallarının 6 %-ni təşkil edir. AXOX-dan ölüm hallarının 90%-i zəif və orta inkişaf etmiş ölkələrin payına düşür, çünki bu ölkələrdə AXOX–a qarşı effektiv profilaktika və mübarizə tədbirləri ya çox zəif aparılır, ya da heç aparılmır. AXOX–un əsas səbəbi tütün tüstüsüdür (tütünçəkmə və ya onun tüstüsü ilə nəfəs alma nəticəsində yaranır). Hal–hazırda inkişaf  etmiş ölkələrdə  qadınlar arasında tütünçəkmənin və zəif inkişaf etmiş ölkələrdə qapalı yerlərdə çirklənmiş hava ilə nəfəs alma riskinin (yeməklərin hazırlanmasında və istilik məqsədilə qatı yanacaqdan istifadənin nəticəsində) artması hesabına  kişi və qadınların bu xəstəliyə tutulma göstəricisi demək olar ki, eynidir. AXOX diaqnozu qoyulmuş olunmayan xəstəlikdir, lakin müalicə ilə xəstəliyin inkişafını ləngitmək mümkündür. AXOX nədir? bu və digər ağciyər xəstəlikləri və onların profilaktikası barəsidə səhifəmizdə məlumatlar əldə edə bilərsiz.  

    Ətraflı
  • Dayaq-hərəkət sistemi xəstəliklərinin profilaktikası

    Kalsium və fosfat duzlarının çökməsi nəticəsində minerallaşan sümük öz struktur möhkəmliyini əldə edir. Döldə sümüyün 2/3 hissəsinin minerallaşması hamiləliyin üçüncü üç aylıq dövründə bətndaxili baş verir. Doğumdan başlayaraq yetkinliyədək (orta hesabla, qızlar üçün 12.5 yaşa, oğlanlar üçün isə 14 yaşadək) sümüyün mineral tərkibi 40 dəfə artır, 18 yaşında isə sümük kütləsi təxminən 90%-ə çatır. Ardı məqalələrimizdə..          

    Ətraflı
  • Onkoloji xəstəliklərin profilaktikası

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən onkoloji xəstəliklər bütün dünyada xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindəndir. Belə ki, 2012-ci ildə xərçənglə bağlı 14 milyon yeni xəstələnmə və 8,2 milyon ölüm halı baş vermişdir. Ölüm hallarına əsasən onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra ikinci yerdə durur. 2012-ci ildə kişilərdə daha çox ağciyərlərin, prostat vəzisinin, düz bağırsağın, mədə və qaraciyər xərçəngi təyin edilmişdir. Qadınlarda isə daha çox süd vəzilərinin, düz bağırsağın, ağciyərlərin, uşaqlıq boynunun və mədə xərçəngi diaqnozu qoyulmuşdur. Xərçəng yalnız bir hüceyrədən inkişaf edir. Sağlam hüceyrənin şişə çevrilməsi çoxmərhələli prosesdir.. Bu dəyişikliklər insanın genetik faktorları və üç kateqoriya xarici amillərin qarşılıqlı təsiri nəticəsində yaranır.    

    Ətraflı
  • Sidik-cinsiyyət sistemi xəstəliklərinin profilaktikası

                 

    Ətraflı
  • Göz xəstəliklərinin profilaktikası

    Uşaqlarda ən çox yayılan göz xəstəlikləri göz tənbəlliyi, çəpgözlük , miopiya, hiperopiya, astiqmatizmdir. Tez-tez dəyişən hava şəraiti nəticəsində immun sisteminin zəiflməsi ilə gözlərdə də xəstəliklərin yaranma riski artır. Soyuq və quru hava gözlərdə qaşıntıya, sulanmaya, qızartıya səbəb olaraq konyunktivit xəstəliyi yarada bilər. İş yerləri, məktəb, kinoteatr, alış-veriş mərkəzləri, ictimai nəqliyyat kimi qapalı və insanların çox olduğu yerlərdə göz infeksiyası riski yüksəlir. Odur ki, asqırdıqda və öskürdükdə mütləq dəsmaldan istifadə etməli, əllər tez-tez yuyulmalı, otaqlar müntəzəm olaraq havalandırmalı, kondisionerlərin filtrləri vaxtlı-vaxtında dəyişdirməlidir.

    Ətraflı
  • İnfeksion xəstəliklərin profilaktikası

    Yoluxucu xəstəliklər (“infectio” – infeksiya) patogen (patogen) mikroorqanizmlərin orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupudur. Bu günə qədər elmə məlum olan yoluxucu xəstəliklərin sayı 1200-ü ötür və bu rəqəm durmadan artır. İnsan həyatı boyu saysız-hesabsız mikroorqanizmlərlə təmasda olur. Lakin mikrobların yalnız 1/30.000-i yoluxucu xəstəliklərin törədicisi olur. Bunlar patogen xüsusiyyətləri olan göbələklər, bakteriya, rikketsiya və viruslardır. Yoluxucu xəstəliklərin yayılmasının intensivliyi əsasən sosial amillərdən: iş şəraitindən, qidalanmadan, mənzil şəraitindən, əhalinin mədəni və iqtisadi səviyyəsindən asılıdır.              

    Ətraflı
  • Dəri xəstəliklərinin profilaktikası

                

    Ətraflı
  • Qrip və digər kəskin respirator virus infeksiyaların, mövsümi epidemiyaların profilaktikası

    Qrip (influenza) – qrip virusunun törətdiyi xəstəlikdir. Bu virusun müxtəlif növləri var. Qrip öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksəkdir. Ona görə də qrip sürətlə yayıla bilən bir xəstəlikdir. Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Xəstəlik adətən 2-7 gün davam edir. Qripə yoluxan insanların əksəriyyəti tamamilə yaxşılaşır. Bəzən isə, tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır. Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar ölümlə nəticələnə bilər.

    Ətraflı
  • Bağırsaq infeksiyalarının profilaktikası

                 

    Ətraflı
  • İİV/QİÇS və cinsi yolla keçən xəstəliklərin profilaktikası

               

    Ətraflı
  • Vərəmin profilaktikası

                

    Ətraflı
  • Stomatoloji xəstəliklərin profilaktikası

                

    Ətraflı