MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman
-
Fiziki aktivlik (ümumi məlumat)
Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin (yəni yoluxucu olmayan xəstəliklərin) profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir. Bədəndə skelet əzələlərinin enerji sərfini tələb edən hər hansı bir hərəkət fiziki aktivlik hesab edilir. Fiziki aktivlik dedikdə təkcə qaçış və ya sürətlə qaçış, velosiped sürmək, aerobika və digər idman məşqləri deyil, həm də gündəlik fəaliyyət, məsələn, sürətli gəzinti, pilləkənlərlə qalxmaq və enmək, ev işlərinin görülməsi, rəqs etmək və digər aktiv əyləncələr nəzərdə tutulur.
Ətraflı -
Məktəb yaşlı uşaqların fiziki aktivliyi
2014-cü ildən ölkəmizdə aparılmağa başlanan uşaqların icbari dispanserizasiyasının monitorinqi və qiymətləndirilməsinin nəticələrinə görə 9-14 yaşda məktəb şagirdləri arasında ən çox yayılan və erkən yaşlarda qazanılan əsas xəstəliklər görmə qabiliyyətinin zəifləməsi və onurğa sütununun əyilməsi ilə əlaqədardır.
Ətraflı -
Gündəlik gimnastika
Fiziki fəallıq uşaq və yeniyetmələrin sümük sağlamlığını təmin edir. Son illərdə aparılan müşahidələr göstərir ki, oturaq həyat keçirən yeniyetmələrdə sümük mineral sıxlığının səviyyəsi müntəzəm fiziki fəaliyyət ilə məşğul olanlardan çox aşağıdır.
Ətraflı -
İdman növləri
Fiziki, intellektual və sosial fəaliyyət nisbətindən asılı olaraq, məşqçilər beş idman növünü ayırırlar:
- Komanda oyunları: futbol, basketbol, reqbi, golf;
- Tsiklik: qaçış və üzgüçülük;
- Kompleks koordinasiya: qılıncoynatma, bədii gimnastika, aerobika, akrobatika;
- Sürət gücü: atletika;
- İntellektual: dama, şahmat.
- Simmetrik idman növləri və asimmetrik idman növləri də var.
-
Fitnes asılılığı (Bodibildinq və anaboliklər)
Müəllimlər şagirdlərini balanslaşdırılmış qidalanma, doğru yuxu rejimi və müntəzəm məşqdən ibarət sağlam həyat tərzi keçirməyə təşviq etməlidirlər. Həmçinin müəllimlər şagirdlərinə onların dəyərinin idman qabiliyyətləri və bədən görünüşləri ilə ölçülmədiyini, əsl sağlamlıq və xöşbəxtliyin onların orqanizminə və zehnlərinə qayğı göstərməkdən ibarət olduğunu aşılmalıdırlar.
Ətraflı