MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida
-
Sağlam qidalanmaq nədir?
Yeniyetmələrin yediklərinin yarısı meyvə və tərəvəz olmalıdır. Təzə, konservləşdirilmiş və qurudulmuş meyvələr mümkün qədər tez-tez qəbul edilməlidir. Tərəvəzlər həm çiy, həm də bişmiş halda gündə bir neçə dəfə qəbul edilməlidir. Daha çox tünd yaşıl yarpaqlı, qırmızı və narıncı tərəvəzlərdən istifadə edilməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlərə brokkoli, ispanaq, kahı və kələm də daxildir. Narıncı və qırmızı tərəvəzlərə misal kimi yerkökünü, balqabağı və qırmızı bibəri göstərmək olar. Yaxşı olar ki, qəbul edilən karbohidratların heç olmasa yarısı bütöv dənli məhsullar olsun. Süd məmulatları kalsiumun əsas mənbəyi olaraq hər gün qəbul edilməlidir.
Ətraflı -
Məktəbyaşlı uşaqların qidalanması
Uşaq və yeniyetməlik dövrü intensiv böyümə və inkişaf prosesləri ilə səciyyələnir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı üçün ən vacib şərtlərdən biri də qidalanmadır. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti, intellekti və aktiv hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri zənginləşir, mühit amillərinin qeyri-əlverişli təsirlərinə qarşı çox tez cavab reaksiyaları yaranır. Bu mənada uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişafını təmin edir. Qidalanma beyinin, uşaq idrakının, mərkəzi sinir sisteminin funksional vəziyyətinə birbaşa təsir göstərir.
Ətraflı -
Qidalanma rejimi
Uşaq məktəbə getməyə başlayanda onun qidalanmasına olan tələblər dəyişir, çünki məktəblilər kifayət qədər psixoloji və zehni gərginlik və yüklənmə keçirirlər. Bundan əlavə, bir çox uşaqlar idman dərnəklərinə də gedir. Fəal şəkildə böyüməyə davam edən bədənin qidalanma rasionuna və rejiminə həmişə kifayət qədər diqqət yetirilməlidir. Məqalələrimizdə 7 yaşdan yuxarı uşaqların qidasında hansı məhsullara və gündəlik nə qədər ölçüdə ehtiyacı olduğunu, bir məktəbli uşaq üçün doğru menyunu necə qurmaq lazım olduğunu öyrənəcəksiniz.
Ətraflı -
Zərərli qidalar
Qeyri-sağlam qidalanma bütün dünyada vaxtından əvvəl ölümün əsas səbəbidir. Qlobal xəstəliklər üzrə aparıcı orqanlar tərəfindən aparılan araşdırmalara görə, qırmızı ət və şirin içkilərin istehlakı dünya üzrə ölümlərin təxminən 21%-nə səbəb olur. Hər il təxminən 11 milyon ölüm qeyri-sağlam qidalanma ilə bağlıdır.
Ətraflı