Vaxta nəzarət
Şagirdin həyatında gündəlik rejimə riayət etmək çox vacibdir. Rejim zamanı səmərəli bölüşdürməyə, nizam və intizama kömək edir. Rasional şəkildə təşkil edilmiş gündəlik rejim əsəbiliyin, həyəcanın qarşısını alacaq və gün ərzində uşağın iş qabiliyyətini saxlayacaqdır. Şagirdin gündəlik iş rejiminin əsas elementləri bunlardır:
* İş və istirahət vaxtının düzgün müəyyənləşdirilməsi
* Yemək saatlarına nəzarət
* Düzgün yuxu rejimi
* Səhər məşqləri və gigiyena prosedurları üçün müəyyən vaxt
* Ev tapşırığı üçün doğru zaman təyini
* Açıq havada olmaqla istirahət müddətinin təşkili..