İqlim dəyişikliyi nədir?
Son üç onilliyin qeydləri sübut edir ki, Yer kürəsi hazırda daha istidir və sənayenin yaranmasından əvvəlki dövrlərə nisbətən indi hava şəraiti daha ekstremaldır. Əhalinin müəyyən qrupu ekstremal istiliyə daha həssasdır. Diqqət! Həddindən artıq istiliyin təsirinə məruz qalma istilik stresinə və aşağıdakı sağlamlıq risklərinə gətirib çıxara bilər: Ürək-damar və respirator xəstəliklər, mövcud xəstəliklərin gedişinin ağırlaşması, immun və sinir sisteminin yüklənməsi və nəticədə stabil bədən temperaturunun saxlanmasının pozulması, hamiləliyin gedişində müxtəlif pozuntular və anadangəlmə inkişaf qüsurları, iş qabiliyyətinin azalması, fiziki məşqlərlə məşğul olmaq qabiliyyətinin azalması və s.