Fitnes asılılığı (Bodibildinq və anaboliklər)

Fiziki cəhətdən aktiv olmaq və sağlam həyat tərzi sürmək gözəl bədənə və uzun ömürlülüyə sahib olmaq üçün əsas qaydalardan biridir. Fiziki aktivlik və idman orqanizmi gücləndirməklə yanaşı, sağlamlığa yalnız fayda gətirməlidir. Ona görə bədən və əzələ kütləsini artırmaq istəyən hər bir şagird fitnes asılılığı, bodibildinq və anabolik steroidlərlə əlaqəli potensial risklərdən xəbərdar olmalıdır. Bəzi idmançılar qısa müddətdə təsirli nəticələr əldə etmək  üçün qeyri-qanuni anabolik maddələrə müraciət edirlər. Zamanla qazanılan əzələ kütləsini itirməmək üçün bodibildinqlə məşğul olanlar kimyəvi qatqılara və steroidlərə aludə olurlar. Bu maddələrin əzələ kütləsini artırmağa kömək etməsinə baxmaraq, orqanizmin umumi sağlamlıq vəziyətinə ciddi ziyan vurması da qaçınılmazdır. Ürək, mədə-bağırsaq sistemi, qaraciyər problemləri yaradan kimyəvi qatıqlar, əsəb-stress və gərginlik hallarına da yol açır. Ona görə həkim təyinatı və məsləhəti olmadan anabolik və digər sintetik dərmanların qəbulu məsləhət görülmür. Fitnes asılılığı (Bodibildinq və anaboliklər) barəsində daha ətraflı  səhifəmizdə oxuya bilərsiz.

MƏQALƏLƏR
TEZ-TEZ VERİLƏN SUALLAR

Bodibildinqin ziyanı nələrdir?

  • Zədələr: Həddindən artıq məşq və ya düzgün olmayan qaldırma texnikası əzələ gərginliyinə, oynaq ağrılarına və hətta ciddi zədələrə səbəb ola bilər.
  • Disbalans: Müəyyən əzələ qruplarına çox diqqət yetirmək ümumi bədən gücündə və duruşda balansın pozulmasına səbəb ola bilər.
  • Psixoloji problemlər: Görünüş vəsvəsəsi mənfi mənlik imicinə və hətta yemək pozğunluğuna səbəb ola bilər.

Anaboliklər nə deməkdir?

Anabolik steroidlər, əzələ böyüməsi və inkişafında mühüm rol oynayan bir hormon olan testosteronun hərəkətini təqlid edən sintetik maddələrdir.