Qızların şəxsi gigiyenası

Gigiyena sağlamlığın qorunmasını təmin edən əməli tədbirlər, hərəkətlər, fəaliyyətlər məcmusudur. Gigiyenik bacarıqlar öz-özünə yaranmır. Uşağı kiçik yaşlarından gigiyena qaydalarına alışdırmaq lazımdır. Bunları qıza öyrətmək xüsusilə vacibdir. Onun şəxsi gigiyenası ilk növbədə bədənin, paltarın, ayaqqabının, evin təmizliyindən ibarətdir. Buraya həm də daxildir: zamanın səmərəli bölüşdürülməsi, zehni və fiziki əməyin düzgün təşkili, istirahət, bədən tərbiyəsi, müntəzəm yemək, yaxşı yuxu və s...