Biz uşaq dünyaya gələndən onun sağlamlığının qayğısına qalır, onu mikroblardan, kirdən, tozdan xəstəliklərdən qoruyuruq. Ancaq körpə böyüyür, daha müstəqil olur və böyüklərin etdiyi hər şeyi etmək istəyir - buna görə də ona şəxsi gigiyenanın əsas qaydalarına riayət etməyi öyrətmək çox vacibdir. Bir uşağın hansı yaşda dişlərini fırçalaya biləcəyini və öz çarpayısını düzəldə biləcəyini necə başa düşmək olar? Niyə bəzi uşaqlar erkən uşaqlıqdan təmizkar olur, bəziləri isə səliqəsiz görünür və özlərinə baxmırlar? Uşağı özünə qulluğa, təmizliyə və nizama necə öyrətmək olar? Uşaq və yeniyetmələrin gigiyenası ilə bağlı bütün əsas suallar materiallarımızdadır.
Uşaqları profilaktik olaraq hansı tibbi müayinələrdən keçirmək lazımdır?
Hər il dərin tibbi baxışlarda mütləq bütün uşaq və yeniyetmələr terapevt, diş, göz, cərrah və b. həkimlər tərəfindən müayinə olunmalı, vərəm və qurd xəstəliklərinin olub-olmaması yoxlanılmalıdırlar. Əgər həkimlər tərəfindən patologiyalar aşkar olunarsa, onların aradan götürülməsi vaxtında mümkün ola bilər.
Uşaqları stomotoloji baxışlardan nə qədər tez-tez keçirmək lazımdır?
Əgər uşaq tərəfindən heç bir şikayət yoxdursa, uşaqların icbari dispanserizasiyası üzrə 1-8-ci siniflərdə ildə 1 dəfə stomatoloqun baxışı nəzərdə tutulub.