UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Kiber zorakılığın nəticələri nələrdir və insanlar niyə bunu edir?

Kiber zorakılıq, müasir  texnologiyadan istifadə edərək  başqa bir insanı incitmək və ya təhdid etməkdir. Kiber zorakılıq sosial şəbəkələrdə onlayn təhdidlər, zərərli, aqressiv,kobud mətnlər, şayiələr,yalanlar və ya müxtəlif ani messencerlər vasitəsilə mesajlar yaymaqdır. Həmçinin, şəxsi məlumatları yerləşdirməklə yanaşı başqa bir insanı incitmək və ya utandırmaq məqsədi ilə utancverici fotoşəkillər və ya videolar paylaşmaqdır.

Silinməsini istədiyiniz halda silinməyən şəkillər mesajlar səhifələr də kiber zorakılığa aid edilir.Bu, zərərsiz sataşma və ya zarafat deyil, buna ciddi yanaşmaq lazımdır.Dini, irqi, cinsi oriyentasiya və ya insanın fərqli  fiziki xüsusiyyətlərinə  yönəlmiş zorakılıq və ya nifrət dolu şərhlər ayrı-seçkilik hesab edilir və  qanunvericiliklə qadağandır. Belə olan hallarda polis işə müdaxilə edərək dələduzları cəzalandıra bilər.Anonim və izlənilməsi çətin olduğu üçün xüsusilə onlayn zorakılıq zərərli və narahat edicidir. Buna nəzarət etmək də çətindir, çünki qurbanın ona yazılan mesajların və ya yazıların neçə nəfərin (və ya yüzlərlə insanın) gördüyü barədə təsəvvürü olmur. İnsanlar  sosial şəbəgələrdən istifadə edərkən  daim bu təsirlərə məruz qalırlar.Digər tərəfdən də onlayn zorakılıq digər zorakılıq növləri ilə müqayisədə daha asan olur, çünki zorakılığın qurbanı ilə şəxsən görüşməyə ehtiyac qalmır.

Kiber zorakılığın nəticələri nələrdir? Bəzən onlayn zorakılıq, digər zorakılıq növləri kimi, ciddi və  uzunmüddətli problemlərə səbəb ola bilər. Daimi məyusluq və ya qorxudan yaranan stress əhval-ruhiyyə, yuxu və iştahla  bağlı problemlərə səbəb ola bilər.Bu, həm də insanı əsəbi, narahat və ya kədərli olmağa sövq edir. Bir şəxs artıq depressiya və ya narahatlıq vəziyyətindədirsə, kiber zorakılıq intihar düşüncələrinin yaranmasına qədər vəziyyəti  ağırlaşdıra bilər. Kiber zorakılığa məruz qalan şagirdlər məktəbdə diqqətlərini cəmləməkdə çətinlik çəkirlər və bu, onların dərsə olan davamiyyətlərinə təsir edə bilər.

İnsanlar niyə bunu edir?

Nəyə görə  kimsə kiber zorakıq edən şəxsə çevrilir? Bunu edənlərin  özləri qədər səbəbləri var.Bəzən onlayn təcavüz kimi görünən şey təsadüfi də ola bilər. Internətdə mextəlif ünsiyyət formalarının və mesaj mətninin şəxsə qarşı zarafat olub olmadığını başa düşmək çətin olur. Bununla belə, insanların çoxu nə vaxt zorakılığa məruz qaldıqlarını bilir, çünki zorakılıq təkrar-təkrar təhqir və ya təhdidləri məruz qalmaqdır. Zorakılıq edən insanlar da sərhədi keçdiklərini bilirlər. Bu, birdəfəlik zarafat və ya təhqir deyil - bu, adi şən zarafatdan və ya qəzəblə edilən iyrənc şərhdən kənara çıxan daimi davam  edən hədələrdir. Kiber zorakılığın ən böyük risklərindən biri onun anonim ola bilməsidir. Zorakılığı edən şəxs saxta profillərin və ya istifadəçi adlarının arxasında gizlənə bilər ki, bu da zorakılığı kimin etdiyini müəyyən etməyi çətinləşdirir.

Kiber zorakılığa qarşı nə edə bilərəm?

Bəzən insanlar qorxurlar və ya təhqir olunub-olunmadıqlarından əmin olmurlar.. Ona görə də heç bir tədbir görmürlər. Əgər sizi incidən şəkildə təhqir olunur, təqib edilir və ya lağ edilirsinizsə, ya da zorakılığa məruz qalan birini tanıyırsınızsa səssizcə əziyyət çəkməyinizə ehtiyac yoxdur. Əslində, hər hansı təhqiredici mətnləri, mesajları, yazıları və ya e-poçtları mütləq bildirməlisiniz.

Kiməsə deyin. Əksər ekspertlər razılaşır ki, ediləcək ilk şey, bu haqda etibar etdiyiniz böyüklərə danışmaqdır.  Çox vaxt bunu demək etməkdən daha asandır.Kiber zorakılığa məruz qalan insanlar özlərini narahat hiss edə və ya zorakılıq barədə məlumat vermək istəməyə bilərlər. Bəziləri tərəddüd edə bilər, çünki zorakılığı kimin etdiyindən 100% əmin deyillər.Ancaq zorakılıq daha da pisləşə bilər, ona görə də sizə kömək edə biləcək birini tapana qədər danışmağa davam edin. Bəzən polis anonim bir internet üzərindən zorakılıq edən şəxsin izinə düşə bilər, ona görə də bu haqda ona məlumat verin.Əksər valideynlər uşaqlarını qorumaq üçün, bəzən zorakılığa son qoymaq məqsədilə, ciddi tədbirlər görmədən  telefon və ya kompüteri əlindən alırlar.Əgər siz zorakılığa məruz qalırsınızsa, telefon və ya kompüterinizdən istifadə  imkanınızı itirməkdən qorxursunuzsa, narahatlığınızı valideynlərinizə izah edin. Onlara əlaqə saxlamağın vacibliyini bildirin və birlikdə sizdə cəzalandırılmış  və ya zorakılığa məruz qalmış hissi qoymayacaq həll yolu tapmağa çalışın. Telefon və ya kompüterinizdən təhlükəsiz istifadə ilə bağlı məlumatlar öyrənməyə ehtiyacınız ola bilər və əsas odur ki, zorakılığı nəzarət altında saxlayasınız.Siz həmçinin məktəb psixoloqunuz, etibarlı müəlliminiz və ya ailə üzvünüzlə danışa bilərsiniz. Əgər zorakılığın sizi həqiqətən ümidsizliyə apardığını hiss edirsinizsə (məsələn, yuxunuza və ya konsentrasiyanıza təsir edirsə), psixoterapiya sizə  kömək edə bilər. Buna hələ  hazır deyilsinizsə, yenə də etibarlı bir yetkin şəxsin dəstəyini ala bilərsiniz.

Çıx get. zorakılıq edən şəxsdən necə uzaqlaşmaq haqqında eşitdikləriniz virtual aləmdə də eynidir. Ona məhəl qoymamaq gücünü əlindən almağın ən yaxşı yoludur, real heyatda olduğu kimi internetdə də(onlayn) bunu etmək həmişə asan olmur. Əgər sizi narahat  edən bir şey görsəniz, bir müddət kompüterinizdən uzaqlaşmağa çalışın və ya telefonunuzu söndürün. Mesaja cavab verməyin və heç vaxt başqasına ötürməyin. Sizi baş verənlərdən yayındıracaq bir fəaliyyət  tapın. Gitara çalmaq, gəzintiyə çıxmaq, kitab oxumaq və ya filmə baxmaq kimi sevdiyiniz bir işlə məşğul olun. Siz həmçinin valideynləriniz, bacı-qardaşınızla söhbət edə və ya ev heyvanınızla oynaya bilərsiniz.Bu fasilələr həyatınızdakı yaxşı şeylərə diqqət ayırmağınıza imkan verəcək. Bu, həmçinin vəziyyəti necə idarə etmək istədiyinizi anlamaq üçün sizə vaxt qazandıracaq.

Qisas almaq və ya cavab vermək istəyinə qarşı durun.Onlayn zorakılıqla qarşılaşsanız, kənara çəkilin və ya fasilə verin ki, zorakılıq edənlərlə mübahisə etmək və ya onlara cavab verməkdən uzaq olasınız. Əsəbləşdiyiniz zaman reaksiya vermək hər şeyi daha da pisləşdirə bilər. (Bəzən zorakılığı edən şəxsə qarşı çıxmaq təsirli ola bilər, lakin onun təhqirlərinə cavab olaraq təhrik etmək vəziyyəti gərginləşdirə bilər.) Fasilə sizin gücünüzü geri qaytarır!

Zorakılıq edənə  cavab vermək yaxşı fikir olmasa da, zorakılığa dair sübutları qorumaq yaxşı bir fikirdir. Bu, lazım gələrsə, iddianızı sübut etməyə kömək edəcəkdir. Məktubları, mətnləri və təhqirlər olan digər mesajları daim gördüyünüz yerdə saxlamaq lazım deyil - ekran görüntüsünü çəkə, valideynlərinizdən surətini çıxarmağı və ya yaddaş kartında saxlamağı xahiş edə bilərsiniz.

Zorakılıq hadisələrini bildirin. Sosial media zorakı və ya kobud mesajlar göndərən və ya saxta hesablar yaradan insanlara ciddi yanaşır. İstifadəçilər sui-istifadə barədə məlumat verərsə, sayt administratoru gələcəkdə həmin şəxsin saytdan istifadəsinin qarşısını ala bilər. Əgər kimsə sizə və ya e-poçt ünvanınıza kobud mesajlar göndərirsə, mütləq telefon və ya e-poçt xidmət təminatçılarınıza (məsələn, Google, Facebook, Whatsap və s.) məlumat verin.

Zorakılıq edən şəxsi bloklayın. Əksər cihazlarda sui-istifadə edən və ya sui-istifadə edənlərin mesaj göndərməsini elektron şəkildə bloklamağa imkan verən parametrlər var. Bunu necə edəcəyinizi bilmirsinizsə, bunu bilən bir dostunuzdan və ya böyüklərdən soruşun.

Onlayn şəbəkədə təhlükəsizliyi qoruyun. Smartfonunuzu və İnternet saytlarınızı parolla qoruyun və parollarınızı tez-tez dəyişdirin. Parollarınızı yalnız valideynləriniz və ya qəyyumlarınızla paylaşdığınızdan əmin olun. Bütün dünyanın görməsini istəmədiyiniz şəxsi məlumatlarınızı və ya fotoşəkilləri/videoları paylaşmazdan əvvəl iki dəfə düşünün. Foto və ya mesaj yerləşdirildikdən sonra onu silmək çətin və ya qeyri-mümkün ola bilər. Buna görə də, fotoşəkilləri yerləşdirərkən və ya kiminsə təhqiredici mesajına cavab verərkən diqqətli olmağı unutmayın.

Əgər dostunuz zorakıdırsaƏgər özünü kiber zorakılıq edən bir şəxs kimi göstərən dostunuz varsa, onu kənara çəkin və bu barədə danışın. Dostunuzu alçaltmadan özünüz üçün bunu edin. Çalışın  zorakı başa düşsün ki, bu normal deyil.Dostunuza izah edin ki, zorakılıq ona, zorakılığa məruz qalanlara,hətta siz və dostlarınız kimi ətrafdakılara ciddi problemlər yarada bilər.