UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Sinif otaqlarının gigiyenası

Sinif otaqlarının gigiyenasını təmin etmək uşaqların əqli və fiziki sağlamlıqlarını qorumaq, daha səmərəli tədrisin aparılmasına şərait yaratmaq deməkdir. Sinif otaqlarında təmizliyə riayət olunması, işığın, havalandırma sisteminin, masaların doğru quraşdırılması uşaqlarda gələcəkdə yarana biləcək sağlamlıq problemlərinin qarşısını alır.

İbtidai məktəblərdə sinif otağının sahəsi 50 kvadrat metr olmalıdır. Belə ki, əgər sinifdə 40 şagird oxuyursa, bir şagirdə 1,25 kv.m. yer olmalıdır. Digər şərtlər və vəziyyətlərdən asılı olaraq 40 şagird üçün 46 kv.m-lik ərazinin olması da yol veriləndir. Sinif otaqları düzbucaqlı formada, eni (pəncərələrdən qarşı tərəfə qədər olan məsafə) 6,2 m., uzunluğu 8,1 m., hündürlüyü 3 m-dən az olmayan parta və divar sıraları olmalıdır. Göstərilən rəqəmlərdə olan sinif otağı uşaqlarda nitqin və vizual qavrayışın eşidilməsinin fizioloji normasına uyğun hesab olunur. Düzbucaqlı sinif otağında müəllim stolu ilə üzbəüz yan divarda giriş qapısının olması müəllimin şagirdlərin sərbəst giriş-çıxışına nəzarət etməsinə imkan verir.

Məktəb binasının və sahəsinin təmizliyinin vacibliyi. Bütün məktəb binaları müvafiq gigiyenik təmizlik tələb edir ki, bu da uşaqların təhsil alması üçün ən əlverişli mühiti yaratmağa kömək edir. Məktəbdə döşəmələrin düzgün təmizlənməsi təmiz havanın saxlanmasına kömək edəcək və uşaqların sağlamlığı üçün əlverişli şərait yaradacaq. Növbələrarası dövrdə və dərslərin sonunda məktəbdə sinif otaqları, dəhlizlər, pilləkənlər və tualetlər təmizlənməlidir. Təmizlik yalnız yaş üsulla və açıq pəncərələrlə aparılmalıdır. Sinif otaqlarını və dəhlizləri təmizləmək üçün eyni dəsmaldan istifadə edilməməlidir. Mebelləri silmək üçün ayrıca xüsusi bez lazımdır. Ayda ən azı bir dəfə məktəb binasında ümumi təmizlik işləri aparılır.

Masaların seçilməsi. Müəllimlər dərslər zamanı şagirdlərin oturaq vəziyətinə diqqət etməlidirlər. Bədən bir az irəli əyilməlidir. Stulda ayaqlar omba və dizə tərəf düzgün bucaq altında əyilmiş olmalı, pəncələr yerə və ya ayaq taxtasına söykənməli, qollar masaya sərbəst qoyulmalıdır. Belə bir oturuş zamanı normal tənəffüs və qan dövranı funksiyaları təmin edilir və vizual qavrayış üçün əlverişli şərait yaradılır. Bununla belə, monoton bir duruşun uzun müddət saxlanması, hətta rahatlığı da yorucu olur. Buna görə də müəllimlər dərs zamanı şagirdlərdən uzun müddət hərəkətsiz oturmalarını tələb etməməlidirlər - onlar öz duruşlarını daha tez-tez dəyişməlidirlər.

Masa arxasında işləyərkən şagirdin səhv duruşu əzələlərin sürətli yorğunluğuna səbəb olur. O, əyilir, bükülür və s. Onurğada əvvəlcə düzəldilə bilən, sonra isə davamlı (qalıcı) pozğunluq inkişaf edir və orqanizmdə fizioloji proseslərin gedişatı dəyişir. Dayaq-hərəkət aparatının ən çox rast gəlinən pozuntularına onurğanın əyriliyi - skolioz (sağ və ya sol tərəfli), torakal onurğanın kifozu və lordozu, yastı ayaqlar poroblemi daxildir. Masanın və oturacağın ölçüləri bədənin hündürlüyünə və nisbətinə uyğun gələrsə, masa arxasında oturuş düzgün və rahat olacaqdır.

Qeyd etdiyimiz poztunların əsasında isə əzələ zəifliyi dayanır. Əzələ zəifliyi düz qamətlə oturmamaqdan, ayaqqabının düzgün seçilməməsindən və bir çiynində ağır portfel daşımaqdan inkişaf edir.