UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
İçkini azaltmaq və ya dayandırmaq insanın öz iradəsindən asılıdır. Lakin bu çətin ola bilər və bunun üçün aşağıdakı tövsiyələr kömək edə bilər
Problemi qəbul etmək
Bəzi insanlar onlarda belə problemin olduğunu inkar edirlər. Lakin onlar "Mən spirtli içkilərin qəbulunu hər zaman dayandıra bilərəm", "Mən yalnız yoldaşlarımın qəbul etdiyi içkiləri qəbul edirəm", "Mən bu problemin öhdəsindən gələrəm" və. s kimi fikirlər səsləndirirlər.
Özündə belə problemin olması və lazımi yerdən kömək almaq alkoqol asılılığını azalda və onun dayandırılması üçün vacib addım hesab edilir.
Özünə kömək göstərmək.
Bəzi insanlara kitab, internet saytlar, bukletlər və s. kimi vasitələr içkini atmaqda onlara kömək edir. Hesab olunur ki, alkoqol ilə problemi olan 3 adamdan 1-i hər hansı bir professional köməyi olmadan spirtli içki qəbulunu dayandırmağı bacarır.
Müalicə almaq
Bəzi insanlara bu məsələdə tibb işçilərinin məsləhətləri kömək edir. (Xüsusi təlim keçmiş məsləhətçiyə müraciət edilməsi tövsiyə olunur). Onlar bu məsələni daha ərtaflı izah etməklə yanaşı spirtli içki qəbulunun öhdəsindən gəlmək üçün plan hazırlamağan kömək edə bilərlər. Bəzi hallarda, idrak-davranış terapiyası (İDT), həvəsləndirici müsahibə və ya motivasiyanı (həvəsi) yüksəldən terapiya kimi müalicə üsulları uyğun ola bilər. Məsələn, İDT alkoqol qəbulu ilə bağlı düşüncə tərzi, hissi və davranışı dəyişməkdə kömək edə bilər. Bu cür müalicə 10 və 17 yaş arasında və spirtli içki qəbulu ilə əlaqədar problemləri olan uşaqlar üçün xüsusilə faydalıdır.
Ailə terapiyası da tətbiq oluna bilər, uşaqların ailə üzvləri də müalicə kursunda iştirak edə bilər.