VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları

  • Yol hərəkəti təhlükəsizliyi

    Dünyada hər il 1,2 milyondan çox insan yol-nəqliyyat hadısələri zamanı həlak olur. Hər il 50 milyonadək insan yol-nəqliyyat hadısələri zamanı travma alır və ya əlil olur. 50% hallarda qəzaların qurbanları aciz əhali qruplarından olan piyadalar, velosipedçilər və motosikletçilər olur. Yol-nəqliyyat hadısələri ilə əlaqədar ölkələrin xərcləri ümumi milli gəlirlərin 4%-dək hissəsini təşkil edir. Təhlükəsizlik kəmərlərinin düzgün istifadəsi qəzalar zamanı  ölüm hallarının baş verməsini 61%-dək azaldır. Uşaqların xüsusi oturacaqlarda yerləşdirilməsi qəzalar zamanı uşaq ölümünü 35%-dək azalda bilər.       

    Ətraflı
  • İlk yardımın göstərilməsi qaydaları

    Fövqəladə hal – qəzalar, təbii fəlakətlər, təhlükəli vəziyyətlər, qəfləti və digər bədbəxt hadisələr zamanı insanların tələfatı və ya tələfatına səbəb ola biləcək, o cümlədən onların sağlamlığına və ətraf mühitə xələl gətirəcək, əhəmiyyətli dərəcədə maddi itkilərə, insanların həyat fəaliyyətinə mənfi təsir göstərən və müəyyən ərazidə yaranmış vəziyyətdir. Fövqəladə halların nəticələrinin aradan qaldırılması dedikdə fövqəladə hallar baş verdiyi zaman insanların həyatının xilas edilməsi, onların sağlamlığının qorunması, ətraf mühitə dəymiş zərərin və maddi itkilərin minimuma endirilməsi, fəlakət zonasının lokallaşdırılması və onlara xas olan amillərin aradan qaldırılması məqsədi ilə  həyata keçirilən axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər nəzərdə tutulur.

    Ətraflı
  • Travma nədir?

    Gənclər arasında xəstələnmə və ölüm səbəblərinin əsasını mərkəzi sinir sisteminin zədələnmələri təşkil edir. Bütün yаş qruplаrındа trаvmаtik bеyin zədələnməsinin riski qаdınlаrа nisbətən kişilər аrаsındа iki dəfə çохdur. Yоl-qəzа hаdisələri, təcаvüz və yıхılmа trаvmаtik bеyin zədələnməsinin əsаs səbəbləridir. Bir çох sənаyе cəhətdən inkişaf etmiş ölkələrdə оdlu silаh yаrаlаnmаlаrının təхminən 2/3 hissəsi sui-qəsdlər nəticəsində bаş vеrir. Тrаvmа-tik bеyin zədələnməsinin əsаs səbəbi yаşdаn аsılı оlаrаq dəyişir. Baş beyin və onurğa beyni ilə birlikdə sümük, həm də yumşaq toxumalar zədələnir və zədənin miqyasını təyin etmək çətin olur.     

    Ətraflı
  • Diqqət! Mina təhlükəsi

    İşğaldan azad olunmuş ərazilərdə olarkən mina təhlükəsinə qarşı DİQQƏTLİ OLUN!

    Ətraflı