VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq

  • Məişət zorakılığı

    Ümumdünya Səhiyyə Təşkilatı “zorakılıq” anlayışına aşağıdakı kimi tərif verir: “Özünə, diger şəxsə, qrup insanlara və ya icmaya qarşı yönəlmiş cismani zədələr, ölüm, psixoloji travma, inkişafın pozulması və ya müxtəlif növ zərərlərlə nəticələnən (yaxud son dərəcə yüksək ehtimalının olması) gerçəklənmiş və ya hədə-qorxu şəklində bilərəkdən fiziki qüvvə və ya hökmün tətbiq edilməsi”.

    BMT-nin Uşaq hüququları haqqında Konversiyası “kobud rəftar” anlayışına  Konversiyanın 19-cu Maddəsinə uyğun olaraq “fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual  sui-istifadənin hər cür forması” kimi tərif verir.

    Ətraflı
  • Uşaq zorakılığı

    96 ölkədə uşaqlara qarşı zorakılıq hallarının yayılmasına dair milli səviyyədə aparılan reprezentativ araşdırma məlumatlarının təhlilindən aydın olur ki, qlobal səviyyədə 1 milyard uşaq - onların yarısından çoxu 2-17 yaş arasındadır - son ildə emosional, fiziki və ya cinsi zorakılığa məruz qalmışdır. Cəmiyyətimizin ən müdafiəsiz üzvlərinə - uşaqlara və yeniyetmələrə - qarşı zorakılıq fəlakətli təsirə malikdir və bir sıra səhiyyə və sosial problemlərə gətirib çıxarır. Lakin, onların bir çoxu səbəblərə və risk faktorlarına ünvanlanan proqramlar vasitəsilə proqnozlaşdırıla və qarşısı alına bilər. Ətraflı məqalələrdə.               

    Ətraflı
  • Məktəbdaxili zorakılıq

    Bütün uşaqlar bəzən bir-biri ilə mübahisə edir. Bəzən kiməsə hirslənmək və narazılıq göstərmək normaldır. Lakin mütəmadi lağa qoyulma adi münaqişələrdən kənara çıxır. Bu dəfələrlə və məqsədyönlü şəkildə baş verən ciddi mənfi davranışdır. Bu davranışlar fiziki, şifahi və sosial ola bilər. Uşaqlar müxtəlif səbəblərdən başqalarını təhqir edir, lağa qoyurlar.  Bəzən bunu başqalarında olan bir şeyi əldə etmək istədikləri üçün edirlər - digər uşaqlardan cib pulu almağın klassik nümunəsi kimi. Bəzən özlərini daha güclü hiss etmək üçün başqalarına sataşırlar. Belə sataşmalar onlardan fərqli görünən və ya hərəkət edən uşaqları hədəfə ala bilər. Çox zaman sataşmaların qurbanı özlərini müdafiə edə bilməyən uşaqlar olur. Hətta qurbanın sataşma və təhqirlərə laiq olduğunu düşünürlər və bundan qürur hissi keçirilər. Bu cür zorakılıq xüsusilə təhlükəlidir.  Zorbalığın hansı növləri var və uşaqda hansı psixoloji və sosial travmalara yol aça bilər? Bu və digər mövzular barədə daha ətraflı məqalələrimizdə

    Ətraflı
  • Kiberbulinq

    Kiber zorakılıq necə baş verir? Kiber zorakılıq və ya onlayn zorakılıq adi zorakılıq halında olduğu kimi baş verir.  Təcavüzkar qurbanı təhqir etməklə öz təsirini və ya gücünü yaymaq üçün bir vasitə kimi seçir (xüsusilə qurban açıq-aşkar zəifdirsə və cavab verə bilmirsə), bununla da öz sosial statusunu artırır. Çox vaxt kiberhücumçular uydurma adın arxasında gizlənərək təhqirlərini anonim şəkildə dərc edirlər, lakin qurban açıq-aşkar zəifdirsə və təcavüzkar üçün təhlükə yaratmırsa onlar öz adları ilə də hərəkət edə bilərlər. Əksər kiberbullinqlər yalnız onlayn baş verir, real həyatda qurbanın qarşısında təhqiramiz ifadələr işlətməyə, qorxudan və ya alçaldan kimi sözlər söyləməyə cəsarətləri olmur.  

    Ətraflı