VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq
-
Reproduktiv sağlamlıq nədir?
Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki, psixoloji, sosial rifahının məcmusudur. Reproduktiv sağlamlıq cinsi tərbiyəni və bu istiqamətdə sağlamlığın qayğısına qalmağı, xəstəliklərdən qorunmaq üçün biliklərə yiyələnməni özündə ehtiva edir. Ümumi sağlamlığın ən vacib hissə olan reproduktiv sağlamlığın qorunması gələcəkdə xəstəliklərdən uzaq, sağlam ailəyə və övladlara sahib olmaq deməkdir.
Ətraflı -
Cinsi tərbiyə
Cinsi tərbiyə öz bədənini tanımaq, sağlamlığının qayğısına qalmaq, cinsi yolla yoluxan infeksiyalardan xəbardar olmaq və onlardan qorunmaq üçün tədbirlər görmək, gələcəkdə xəstəliklərdən uzaq ailə və övladlara sahib olmaq üçün bir sıra qaydalardan məlumatlı olmaq deməkdir. Bu səhifədə insanın cinsi kontaktlar zamanı yoluxa biləcəyi xəstəliklər, qohum evliliyinin fəsadları, sağlam ailə təməli, cinsi yetişkənlikdə önəmli olan məqamlar və digər mövzular barəsində məlumatlar əldə edə bilərsiz.
Ətraflı -
Erkən nikah
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə Azərbaycanda nikaha yalnız 18 yaşdan yuxarı şəxslər daxil ola bilər. Yaşı 18-dən az olan uşaq və ya yeniyetmələrin nikaha daxil olması erkən nikah sayılır. Erkən nikah nə üçün qadağandır? hansı pisixoloji, sosial və sağlamlıq problemlərinə yol açır? Bunlar barədə daha ətraflı səhifədə öyrənə bilərsiz.
Ətraflı