Travma nədir?
Təsadüfi travmalar nəticəsində hər gün dünyada 2000 ailə övlad itkisi ilə üzləşir. Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr uşaqların sağlamlığı və həyatına ciddi təhlükə törədir. Travmatizmin profilaktikası tədbirləri hər gün 1000-dən çox həyat xilas edə bilər. Bu tədbirlərin çoxu müvafiq qanunvericilik və onun icra olunması, eləcə də səhiyyə sistemi vasitəsilə dövlət tərəfindən tətbiq olunur. Lakin elə tədbirlər var ki, biz onları bir valideyn, baba-nənə, müəllim və ya cəmiyyətin bir üzvü kimi uşaqları qorumaq üçün edə bilərik. Burada əks olunan məlumatlar uşaqları travmalardan qorumaq üçün nə edə biləcəyimiz barədə sadə tədbirləri təsvir edir.