MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR
Avstraliyanın Lafboro və Sidney universitetlərinin tədqiqatçıları həftəsonu edilən idmanın sağlamlıq üçün faydalarını araşdırıblar. Bunun üçün İngiltərə və Şotlandiyada qırx yaşdan yuxarı 64 min insan və ayrıca olaraq 18 yaşdan yuxarı şəxslər üzərində təcrübə aparılıb. Alimlər hər iki araşdırmada eyni nəticəni əldə ediblər. Əldə edilən nəticələrə görə, həftədə 150 dəqiqə yüngül hərəkətlərlə məşğul olmaq erkən ölüm riskini üçdəbirə qədər azaltmağa kifayət edir. Belə ki, aktiv həyat tərzi keçirməyənlərə nisbətən həftədə bir və ya iki dəfə idmanla məşğul olan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski 41 faiz, xərçəng xəstəliyindən isə 18 faiz azalıb. Həftədə üç dəfə və daha çox idmanla məşğul olanlarda isə ürək-damar xəstəliklərindən ölüm riskinin 41 faiz, xərçəng xəstəliyindən isə 21 faiz azaldığı müşahidə edilib.