UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
“Fast-food” kateqoriyasından olan bütün qida növlərindən uşaqları uzaq tutaraq, onları gözlənilməz və təhlükəli xəstəliklərdən sığortalamaq olar. Çünki “Fast-food” qidalarının tərkibində xüsusi rəngləndirici maddələrin qatqı kimi istifadə edilməsi, duz və ya şəkərin miqdarının normadan dəfələrlə artıq olması, yüksək kalori tərkibli bu qidaların küçələrdə gigiyenik tələbata uyğun olmayan şəraitdə hazırlanması onlardan bol-bol istifadə edən uşaq orqanizmini bir sıra problemlərlə üz-üzə qoya bilir. Məsələn, bu növ qidaların hazırlanması zamanı istifadə olunan doymuş yağlar ürək-damar xəstəliklərinin səbəbi olan "pis" xolesterolun səviyyəsini qanda artırır. Həmçinin duru yağların təkrar istifadəsi onkoloji problemlərin yaranmasına səbəb ola bilər.
- Uşaqlara məsləhət görülməyən qidalar siyahısı:
qızardılmış bütün qida növləri - üzərinə bol tomat sousu və ya mayonez çəkilmiş xəmirli (un)
məmulatlar - çox şirin olan sərinləşdirici bütün qazlı sular
- tərkibində yüksək kalorili yağ olan şirniyyatlar
- saflaşdırılmış şəkər - artıq kalori mənbəyidir
- hidrogenizə olunmuş yağlar və piylər
- çox ədviyyatlı, stimulyatorlu qida
- kimyəvi əlavəli qida (konservantlar, dad və rəng stabilizatorları, şirinliyi artıran maddələr)