VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Qan təzyiqi nədir?

Ürəyiniz qanı damarlara ötürdükdə qan, damarların divarını itələyir. Bu qan təzyiqini yaradır. Qanın bədənin bütün yerlərinə çatdırılması və oksigen və qidalandırıcı maddələrlə təmin edilməsi üçün qan təzyiqi olmalıdır.

Arteriyalar oksigenlə zəngin olan qanın ürəkdən bədənin bütün yerlərinə ötürən damarlarıdır. Sağlam arteriyalar elastikdir. Bu o deməkdir ki, onlar daha çox qanın ötürülməsini təmin etmək üçün dartıla bilir. Onların dartılma dərəcəsi qanın damarın divarını itələmə gücündən asılıdır. Arteriyalarınızın sağlam qalması üçün qan təzyiqinizi normada saxlamaq vacibdir.

Yüksək qan təzyiqi mənim bədənimə necə təsir göstərir?

Yüksək qan təzyiqi sağlamlığınıza zədələyici təsir göstərə bilər. İlk növbədə ürək və damarların işini artıraraq, vaxt keçdikcə qan dövranı sistemini pozur.

Müalicə edilməzsə, yüksək qan təzyiqi ürək-damar xəstəliyi, ürək çatmamazlığı, infarkt, insulta və digər ciddi vəziyyətlərə səbəb ola bilər.

Qan təzyiqinin idarə edilməsi belə riskləri azaltmağa kömək edə bilər ki, bu zaman Siz daha sağlam və uzun ömür yaşaya biləsiniz.

Qan təzyiqinizi necə öyrənə bilərsiniz?

Tibb işçisi qan təzyiqin ölçülməsi üçün təzyiq ölçən aparatlardan istifadə edir. Çox güman ki, Siz həkim qəbulunda olarkan o qan təzyiqinizi də ölçüb. Qan təzyiqiniz iki rəqəmlə müəyyən edilir: Sistolik və diastolik təzyiq.

Sistolik təzyiq “yüxarı” rəqəmdir və ürəyiniz qanı damarlara ötürərkən qanın damarın divarını itələmə gücünü əks etdirir.

Diastolik təzyiq “aşağı” olan rəqəmdir və ürəyin vurğular arası istirahət etdiyi vaxt qanın damarların divarını itələmə gücünü əks etdirir.

Buna görə həkimlər qan təzyiqiniz ölçərkən iki rəqəm səsləndirib deyirlər ki təzyiqiniz, məsələn yüz iyirmi səksənədir.

Qan təzyiqi civə sütununun millimetrlə ölçülən (Hg) hündürlüyü ilə ölçülür. Məsələn, qan təzyiqi ola bilər 120/80 mmHg

Əgər Sizdə yüksək qan təzyiqi müəyyən edilibsə, tibb işçisi ilə birgə Sizə uyğun olan  müalicə planının tərtib olunması vacibdir. Müalicə planınız aşağıdakıları əhatə edəcək:

  • sağlam qidalanma və duzun məhdudlaşdırmasını;
  • fiziki aktivliyin artırmasını;
  • sağlam bədən çəkisinin saxlanılmasını (dieta və fiziki aktivliyin səbəbinə);
  • stressin azaldılmasını;
  • spirtli işkilərin azaldılmasını;
  • tütünçəkmənin dayandırılmasını;
  • həkimin təyin etdiyi dərmanların vaxtında və təyin olunduğu dozada qəbul edlməsini.

Müalicə planınızın yerinə yetrilməsi üçün hədəfləri müəyyənləşdirib onlara çatmasını, eləcə də qan təzyiqinizi izləmək lazımdır. “Mənim ürək təlimatçım”dan istifadə etsəniz planınızı yerinə yetirmək daha asan olar.

Sağlam – duzu az olan yeməkləri yemək

Qan təzyiqi yüksək olan insanlar üçün sağlam qidalanmaq lazımdır. Müxtəlif sağlam pəhriz planları mövcuddur, lakin yüksək qan təzyiqi olanlar üçün ən əsas duzun qəbulunu məhdudlaşdırmaq və cürbəcür qidalandırıcı yeməklərdən istifadə etməkdir.

Belə hipertenziyanın qarşısının alınması üçün özünü doğrudan planlardan biri DASH planı adlanır. Bu plana çoxlu meyvə və tərəvəz, yağı az olan zülal mənbələri, yağlılığı azaldılmış süd məmulatları, tam dənlər daxildir. Eləcə də şəkər və qırmızı ətin istifadəsini azaltmaq nəzərdə tutulur.

Natriuma gəldikdə, Siz onun istifadəsini gündə 1500mq-dan çox olmamaq şərtilə azaltmalısınız. Bu, qan təzyiqini azaltmaq üçün ən yaxşı yoldur. Qida məmulatlarının üzərlərindəki etiketləri diqqətlə oxusanız, qəbul etdiyiniz natriumun miqdarını özünüz hesablaya bilərsiniz.

Spirtli içkilərin qəbulunun azaldılması

Spirtli içkilərin həddən artıq qəbulu qan təzyiqinizin artmasına və digər sağlamlığı ciddi şəkildə pozan halların riskinin artmasına səbəb olur. Əgər spirtli içkilərdən istifadə edirsinizsə, kişilərə iki porsiya, qadınlara isə bir porsiyadan artıq içməmək tövsiyə edilir. Porsiya dedikdə 360 ml pivə və ya 114 ml şərab, və ya 40ml 800-li spirt nəzərdə tutulur.