UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Son layla

İş saa­tı çox­dan qur­tar­mış­dı. Gü­la­yə isə hə­lə evə get­mə­yə tə­ləs­mir­di. Son gün­lər oğ­lu­nun ev­də­ki dö­zül­məz hə­rə­kət­lə­ri o­nu çox üzür­dü. Xa­la­tı­nı so­yu­nub, şkaf­dan as­dı. Ağır ad­dım­lar­la xəs­tə­xa­na­dan çı­xar­kən, dəh­liz­də ge­cə növ­bə­sin­də ça­lı­şan Adil­ hə­kim­lə qar­şı­laş­dı. Hə­kim onun­la sa­lam­la­şan­da Gü­la­yə­nin rən­gi­nin ava­zı­ma­sın­dan ha­lı­nın yax­şı ol­ma­dı­ğı­nı yə­qin et­di. Axır vaxt­lar onun fi­kir­li, qay­ğı­lı hər­lən­mə­si iş yol­daş­la­rı­nın diq­qə­tin­dən ya­yın­mır­dı. Gü­la­yə­dən nə baş ver­di­yi­ni so­ruş­sa­lar da, o, - heç nə ol­ma­yıb, - de­yə­rək, hə­qi­qə­ti giz­lə­dir, son­ra bir xəl­və­tə çə­ki­lib için-için ağ­la­yır­dı. Axı, on­la­ra nə de­­yəy­­di­­?

Oğ­lu Fa­mil əs­gə­ri xid­mət­dən qa­yıt­dıq­dan son­ra bir müd­dət iş­siz qal­sa da, axır ki, dül­gər ya­nın­da işə baş­la­mış­dı. O, iş­dən gə­lən ki­mi ye­mə­yi­ni ye­yib, dər­hal da bir bə­ha­nə ilə ev­dən çı­xır­dı. Son gün­lər oğ­lu çox qa­ra­din­məz ol­muş­du. Ana­sı ilə bə­zən heç kəl­mə be­lə kəs­mir­di. Ya­zıq Gü­la­yə onun bu hə­rə­kə­ti­ni yor­ğun­luq­la əla­qə­lən­di­rir­di. Hət­ta ürə­yin­də dül­gə­rin qa­ra­sın­ca de­yi­nir­di də, - “Za­lım oğ­lu, yə­qin ba­la­mı çox iş­lə­dir, uşa­ğın heç he­yi ­ol­mur da­nış­ma­ğa.”

Fa­mil evə ge­cə­ya­rı sər­xoş hal­da gə­lir, ana­sı du­yuq düş­mə­sin de­yə sa­kit­cə ya­ta­ğı­na uza­nır, bir­tə­hər yu­xu­ya get­mə­yə ça­lı­şır­dı.

Bir gün Gü­la­yə iş­dən qa­yı­dan­da ev­lə­ri­nin qa­pı­sı­nın ağ­zın­da qon­şu­su Xa­li­də ilə qar­şı­laş­dı. Xa­li­də nə­sə söz­lü ada­ma ox­şa­yır­dı. Ayaq  sax­la­yıb onun­la  hal-əh­val  tut­du.

- Xa­lı­də, no­lu­b? – de­yə su­al do­lu nə­zər­lə­ri­ni qon­şu­su­nun üzü­nə dik­di.

Xa­li­də­nin əri Qə­dir ya­xın­lıq­da­kı ye­mək­xa­na­da ça­lı­şır­dı. Ax­şam ar­va­dı­na qon­şu­su  Gü­la­yə­nin oğ­lu haq­qın­da qə­ri­bə şey­lər da­nış­mış­dı. Fa­mi­lin aşa­ğı mə­həl­lə­də ya­şa­yan, iki də­fə həbs­xa­na­da ya­tan, ha­mı­nın nar­ko­man Gü­lə­li de­yə ça­ğır­dı­ğı ki­şi ilə ya­xın­lıq et­mə­si onun na­ra­hat­lı­ğı­na sə­bəb ol­muş­du. De­di­yi­nə gö­rə, on­lar bir­lik­də hər ax­şam ye­mək­xa­na­ya gə­lir, ora­da içib sər­xoş olur, bə­zən ət­raf­da­kı­lar­la da­va-da­laş sa­lır, çox vaxt bir­lik­də göz­dən itir­di­lər. Bü­tün bun­la­rı seyr edən Qə­di­rin Gü­la­yə­yə ya­zı­ğı gə­lir­di. Qon­şu­lar əri ölən­dən son­ra Gü­la­yə­nin Fa­mi­li ne­cə əziy­yət­lə bo­ya-ba­şa çat­dır­ma­sı­nı yax­şı bi­lir­di­lər. Xəs­tə­xa­na­da tibb ba­cı­sı iş­lə­yən ana oğ­lu­na ata­sız­lı­ğı­nı hiss et­dir­mə­mək üçün əlin­dən gə­lə­ni et­miş, ge­cə-gün­düz ça­lış­mış­dı.

Xa­li­də əri­nin söy­lə­dik­lə­ri­ni bir­cə-bir­cə, ya­na-ya­na ona çat­dır­dı. Eşit­dik­lə­rin­dən dəh­şə­tə gə­lən Gü­la­yə­nin ürə­yi az qa­lır­dı ki, si­nə­sin­dən çıx­sın. Qon­şu qa­dın xa­hiş et­di ki, bu mə­lu­mat­la­rın kim tə­rə­fin­dən de­yil­di­yi­ni Fa­mil bil­mə­sin. Qor­xur­du ki, Gü­lə­li Qə­di­rin iş ye­rin­də qal­ma­qal sa­lar, qan­qa­ra­çı­lıq ya­ra­dar.

Gü­la­yə sar­sıl­mış və­ziy­yət­də sa­ğol­la­şıb hə­yə­tə keç­di. Əl­lə­ri əs­di­yin­dən qa­pı­nı çə­tin­lik­lə aça bil­di. Zor­la özü­nü ota­ğa sal­dı. Hə­rə­kət­siz hal­da di­va­na çök­dü. Xey­li dü­şün­dü, da­ğı ara­na, ara­nı da­ğa da­şı­dı. Ney­lə­sə də, fi­kir­lə­ri­ni cəm­ləş­di­rə bil­mir­di. Özü­nü bir tə­hə­r ə­lə alıb aya­ğa qalx­dı. Əy­ni­ni də­yiş­di, mət­bə­xə keç­di, çay qay­nat­dı. Fa­mi­lin son bir ne­çə ay­da mü­əm­ma­lı dav­ra­nı­şı, ko­bud­lu­ğu­nu bir-bir xa­tır­la­dı. Göz­lə­ri dol­du. Üz­gün hal­da pən­cə­rə­dən gö­rü­nən uca çi­nar ağa­cı­na bax­dı. San­ki çi­nar da onun kə­də­ri­nə şə­rik olur­muş ki­mi, gü­mü­şü yar­paq­la­rı­nı as­ta­ca tər­pət­di. Özü­nü çox bəd­bəxt, kim­sə­siz sa­nan Gü­la­yə hön­kü­rüb­  ya­nıq­lı-ya­nıq­lı ağ­la­ma­ğa ba­şl­adı.

Fa­mil do­ğu­lan­da ne­cə də se­vin­miş, özü­nü dün­ya­nın bəx­tə­və­ri san­mış­dı. Oğ­lu kör­pə­lik­də çox mə­sum, şıl­ta­q i­di. Gü­la­yə bü­tün gü­nü onu naz­lan­dı­rır, şi­rin lay­la­lar de­mək­dən usan­mır­dı. Oğ­lu­na ne­cə də gü­və­nir­di. Əri Fər­had av­to­mo­bil qə­za­sın­da hə­lak olan­da, heç be­lə sın­ma­mış, oğ­lu ilə tə­səl­li tap­mış­dı. Ya­dın­da­dı Fa­mil ba­la­ca ikən Gü­la­yə­yə bir şeir də yaz­mış­dı. Ya­dı­na sal­ma­ğa ça­lış­dı. "Şe­ir" gə­rək  ki, be­lə  idi:

Ana­can, sən mə­nə hər şey alır­san,

Sə­nə heç kim heç nə al­mır.

Bö­yü­yən­də mən də sə­ni se­vin­di­rə­cəm, ana­can...

Qa­dın­lar bay­ra­mın­da ona hə­diy­yə et­miş­di bu şei­ri. Fa­mil­ bö­yü­dük­cə o da qol-qa­nad açıb pər­vaz­la­nır­dı. Oğ­lu heç vaxt heç kim­lə sa­vaş­maz­dı. Onun mər­hə­mət­li, köv­rək ba­la­sı bu cür ol­ma­ma­lıy­dı! Fa­mi­lin iş­lə­yə­rək, ona yar­dım edə­cə­yi­ni, pul yı­ğıb ailə qu­ra­ca­ğı­nı, çək­di­yi əzab-əziy­yət­lə­ri ana­sı­na unut­du­ra­ca­ğı­nı san­mış­dı. Nə qə­dər ya­nıl­mış­dı! Ha is­tə­sə də sa­kit­lə­şə bil­mir­di ki, bil­mir­di. San­ki qəl­bin­də­ki bu­la­ğın tu­tul­muş gö­zü açıl­mış­dı. Axır ki, bir tə­hər özü­nü ələ al­dı, dü­şün­dü ki, şər vax­tı ağ­la­maq bəd­lik gə­ti­rər. Bəl­kə də, bu de­yi­lən­lər bir şai­yə­dir. Du­rub əl-üzü­nü yu­du, ax­şa­ma ye­mək ha­zır­la­ma­ğa baş­la­dı. Ye­nə də ümi­di­ni itir­mə­miş­di. Oğ­lu evə gə­lən­də hər şe­yi açıq da­nı­şıb, ay­dın­laş­dır­ma­ğı  qə­rar­laş­dır­dı..

 Nə­ha­yət ki, Fa­mil iş­dən gəl­di. Hə­mi­şə­ki ki­mi qaş­qa­baq­lı və hirs­li gö­rü­nür­dü. Ana­sı ilə ağı­zu­cu sa­lam­laş­dı. Gü­la­yə ­heç nə hiss et­dirm­ədən ona ye­mək çək­di, çay gə­tir­di... Adə­ti üz­rə Fa­mil qal­xıb get­mək is­tə­yən­də, Gü­la­yə onun  ha­ra get­di­yi­ni so­ruş­du.- Uşaq­lar­la söh­bət et­mə­yə .

-  Anan­la ni­yə söh­bət et­mir­sə­n? De, gö­rüm, iş­lə­rin ne­cə ge­dir, us­ta ya­nın­da bir şey öy­rə­nə bi­­lir­­sən­­mi­­?

- Pis de­yil, ni­yə so­ru­şur­sa­n?

- Ne­cə yə­ni, niyə? Bir ana ki­mi bu­na haq­qım ça­tır. Şü­kür Al­la­ha, da­ha bö­yü­mü­sən. Mən evi tək do­lan­dı­ra bil­mi­rəm. İş­lə, əl-ələ ve­rək evi­mi­zi tə­mir elət­di­rək. Evin tə­mi­ri rəh­mət­lik  atan­dan qa­lan­dır. Əyin-ba­şı­mı­zı tə­zə­lə­yək, gü­za­ra­nı­mı­zı yax­şı­lı­aş­dı­raq. El adə­ti ilə evi­mi­zə gə­lin gə­ti­rək...

- Da­rix­ma, ay ana, dü­zə­lər, - de­yə Fa­mil onun sö­zü­nü axı­ra qə­dər din­lə­mə­yib, tə­lə­sik otaq­dan çıx­dı.

Gü­la­yə pərt hal­da o­nun da­lın­ca ba­xa-ba­xa qal­dı. Bir müd­dət nə edə­cə­yi­ni bil­mə­di. “Yox, bu işi be­lə qoy­maq ol­maz"– de­yə fi­kir­ləş­di. Oğ­lu uçu­ru­ma yu­var­la­nır­dı. Onu bu yol­dan qay­tar­maq la­zım idi. Nə qə­dər ki, gec de­yil, oğ­lu­na kö­mək et­mə­liy­di.

Ax­şam­dan yat­ma­ğa adət et­sə də, bu ge­cə yat­ma­ma­ğı qə­ra­ra alıb, Fa­mi­lin ­yo­lu­nu göz­lə­di. Gün­düz­dən­ ya­rım­çıq qa­lan söh­bə­ti da­vam et­di­rə­cək, onun kim­lər­lə dost­luq et­di­yin­dən xə­bə­ri ol­du­ğu­nu oğ­lu­na bil­di­rə­cək­di.

Qa­pı səs­siz­cə açıl­dı. Fa­mil idi. Gü­la­yə ya­taq ota­ğı­nın az­ca ara­lı qa­lan qa­pı­sın­dan oğ­lu­nu iz­lə­mə­yə baş­la­dı. Fa­mi­lin­  ye­ri­şin­dən  sər­xoş  ol­du­ğu  bi­li­nir­di.

Ota­ğı­na ye­ni­cə keç­miş­di ki, Gü­la­yə­  as­ta­ca onun ya­nı­na gəl­di. Fa­mil ana­sı­nı gö­rüb dik atıl­dı.

- Sən sər­xoş­sa­n? De­mə­li, de­yi­lən­lər doğ­ru­dur. Mən sə­ni bu­nun üçün­mü bö­yüt­mü­şə­m? Gör, nə gü­nə düş­mü­sən, kim­lə­rə  qo­şul­mu­sa­n?

- Eh, ayy ana­aa, ra­hat  bu­rax mə­ni, - de­yə o, əli­ni yel­lə­di.

Gü­la­yə bərk əsə­bi­ləş­di. Oğ­lu­nun bu cür hə­rə­kə­ti ona ya­man yer elə­di. Ya­xın­la­şıb Fa­mi­lə bir şil­lə çək­di.

Heç göz­lə­mə­di­yi hal­da Fa­mil də qə­fil­dən sağ əli ilə onu möh­kəm itə­lə­di. Gü­la­yə bu zər­bə­dən da­lı-da­lı ge­dib sto­la dəy­di. Sto­lun üs­tün­də­ki gül­dan di­yir­lə­nə­rək, ye­rə düş­dü, çi­lik­lən­di. Gü­la­yə­nin hey­rət­dən göz­lə­ri bö­yü­dü. Ye­rin­dən qal­xan Fa­mil bü­tün bu olan­la­ra ani bir nə­zər sa­lıb, otaq­dan gül­lə ki­mi çıx­dı. Fa­mi­lin ağ­zın­dan gə­lən kə­sif qo­xu ana­nın ürə­yi­ni bu­lan­dır­dı.

Ge­cə ilan vu­ran yat­dı, Gü­la­yə yat­ma­dı. Fa­mil sə­hə­rə ya­xın qa­yıt­dı. O gün­dən ana-ba­la  ara­sın­da pər­də gö­tü­rül­dü.

Fa­mil get­dik­cə hə­ya­sız­la­şır­dı. İş­dən də qo­vul­muş­du. Ana­sın­dan hər gün pul tə­ləb edir, ver­mə­yən­də zor­la alır­dı

Gü­la­yə xə­ca­lə­tin­dən qo­num-qon­şu­nun üzü­nə ba­xa bil­mir, dər­di­ni heç kəs­lə bö­lüş­mür­dü.

Bir gün o iş­dən qa­yı­dan­da evin qa­pı­sı­nı açıq gör­dü. Ürə­yi­nə qa­ra şüb­hə­lər dol­du. Tə­lə­sik içə­ri yü­yür­dü. Do­lab­da­kı pal­tar­lar ye­rə tö­kül­müş­dü. “Qı­zıl­la­rım" - de­yə­ do­la­bı alt-üst et­di. Zi­nət əş­ya­la­rı­nı par­ça­ya bü­küb do­la­bın or­ta rə­fin­də, pal­tar­la­rın ara­sın­da giz­lət­miş­di. Zi­nət­lə­ri­ni göz bə­bə­yi ki­mi qo­ru­yur­du ki, gə­li­ni­nə ver­sin. Ən çə­tin an­la­rın­da be­lə on­la­rı sat­ma­ğa əli gəl­mə­miş­di. Ça­şıb qal­mış­dı. Də­li ki­mi gah o ota­ğa, gah bu ota­ğa ke­çir, bir qə­ra­ra gə­lə bil­mir­di. İs­tə­di ki, po­li­sə xə­bər ver­sin. Tə­rəd­düd elə­di. Qon­şu­su Xa­li­də ya­dı­na düş­dü, onun­la məs­lə­hət­ləş­mək is­tə­di. Cəld qa­pı­nı ör­tüb, qon­şu­ya tə­ləs­di.

Xa­li­də ev­də idi. O, qa­pı­nın ağ­zın­da rən­gi ağap­paq ağar­mış , bə­də­ni tir-tir əsən Gü­la­yə­ni gö­rün­cə an­la­dı ki, nə­sə baş ve­rib.

- Ay ba­cı, içə­ri­  gəl. Nə olu­b? Ni­yə be­lə hə­yə­can­lı­sa­n?

Gü­la­yə ­dil-do­da­ğı əsə-əsə gör­dük­lə­ri­ni Xa­li­də­yə da­nış­dı. Xa­li­də  bu  iş­də  Fa­mi­lin əli ol­du­ğu­nu ­bil­dir­di;

- Dü­nən ərim onun Gü­lə­li ilə söh­bə­ti­ni eşi­dib. Qı­zıl-qı­zıl de­yir­miş. Yə­qin sə­nin qı­zıl­la­rı­nı nə­zər­də tu­tur­muş. Çox gü­man nar­ko­tik mad­də al­maq üçün bu oğur­lu­ğu edib. Gü­lə­li onun axı­rı­na çı­xa­caq. Nar­ko­man adam­dan heç ki­mə fay­da ol­ma­yıb. Ya­dın­da­dır­mı, Gü­lə­li o vaxt ar­va­dı­nı öz nar­ko­man yol­da­şı­na o zəh­ri­ma­ra qal­mı­şa gö­rə sat­mış­dı. Həbs­xa­na da onu ağıl­lan­dı­ra bil­mə­di. Ba­cı, bəl­kə, Fa­mi­li zor­la xəs­tə­xa­na­ya yer­ləş­di­rə­sə­n? Bax,ərim də bir ne­çə də­fə ona öyüd-nə­si­hət ve­rib, dan­la­yıb, am­maəvə­zin­də Fa­mil ona da­ha sa­lam ver­mir. Onu həbs et­sə­lər, və­ziy­yə­ti bun­dan da be­tər ola­caq.

Gü­la­yə əl­lə­ri yer­dən-göy­dən üzül­müş hal­da evə dön­dü. Ge­cə ye­nə on­lar­dan səs-küy, hıç­qı­rıq səs­lə­ri gə­lir­di. Ar­tıq Fa­mil ana­sı­na əl qal­dır­maq­dan be­lə çə­kin­mir, ev­də iy­nə­lə­nir­di. Gü­la­yə ge­cə-gün­düz  na­lə çə­kir­di, fi­kir, dərd onu çox qo­calt­mış­dı. Fa­mi­lin səh­hə­ti də get­dik­cə pis­ləş­mə­yə baş­la­mış­dı. Arıq­la­yıb bir də­ri, bir sü­mük qal­mış­dı. Rən­gi sap­sa­rı sa­ral­mış, iş­tah­dan kə­sil­miş­di. Bu azıy­mış ki­mi, son gün­lər aya­ğı­nın bi­ri də ax­sa­ma­ğa baş­la­mış­dı. Gü­la­yə bil­di ki, oğ­lu iy­nə­ni bud ve­na­sı­na vu­ran­da da­ma­rı­nı zə­də­lə­yib.

O, bir ne­çə bül­lur qa­bı gənc­lik xa­ti­rə­si ki­mi əziz­lə­yir­di. Bir gün bu qab­lar da yo­xa çıx­dı. Hə­yat get­dik­cə Gü­la­yə üçün öz mə­na­sı­nı ya­vaş- ya­vaş iti­rir­di. Ya­şa­maq dö­zül­məz ol­muş­du ona. Sa­at­lar­la əl­lə­ri qoy­nun­da pən­cə­rə önün­də hey­kəl ki­mi da­ya­nır, bat­maq­da olan gü­nə­şi qəm­li-qəm­li seyr edir­di. Ca­vab­sız sul­lar onu mən­gə­nə ki­mi sı­xır­dı.

Ge­cə­ya­rı za­rıl­tı sə­si­nə oyan­dı. Səs oğ­lu­nun ota­ğın­dan gə­lir­di. Döz­mə­yib aya­ğa qalx­dı. Xa­la­tı­nı əy­ni­nə ke­çi­rib, Fa­mil ya­tan ota­ğın  ­qa­pı­sı­nı aç­dı. İla­hi, bu nə idi! Ana gör­dü­yü mən­zə­rə­dən dəh­şə­tə gəl­miş­di. Oğ­lu bir əlin­də şpris ye­rə uzan­mış­dı. Sağ bu­dun­dan qan axır­dı. Al-qır­mı­zı qan onun ət­ra­fın­da göl­lən­miş­di. Ar­te­ri­ya­sı­nı zə­də­lə­miş­di.

Gü­la­yə­ hey­rə­tin­dən üzü­nü cır­dı. Fa­mil ba­şı­nı qal­dı­rıb xə­ca­lət­li, yal­va­rış do­lu ba­xış­lar­la ana­sı­na bax­dı. Si­fə­tin­də qan qal­ma­mış­dı, ka­ğız ki­mi ava­zı­mış­dı. Göz­lə­ri yu­mu­lur, can ve­rir­di.

Nazilə Gültac