UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Əvvəla hamını salamlayıram.
Çox vacib mövzuya, bu problemə toxunduğunuz üçün təşkilatçılara təşəkkür edirəm və narkomaniya ilə mübarizə aparan bütün qurumlara minnətdarlığımı bildirirəm.
Narkotiklərdən istifadə ağ ölümdür. Metamfetamin, marixuana, digər psixotrop və psixoaktiv maddələr – uçuruma aparan yoldur. Bu sadaladığım maddələr əvvəlcə insanda süni xoşbəxtlik, qorxu hissinin yox olması kimi təsirlər yaradır. Amma adam heç fərqinə də varmır ki, 2-3 dəfə istifadədən sonra necə problemlərlə üzləşəcək. O yaranmış süni özünə güvən hissi – “Sən güclüsən, istədiyin vaxt dayandıra bilərsən, tərgidərsən” kimi fikirlər formalaşdırır. Gözümüzün qabağında neçə-neçə ailələrin dağılmasını, ruhi dispanserlərə düşənləri, şikəst qalanları, həbsxanaya düşənləri və hətta doza aşımının ölümcül fəsadlarını görə-görə: “Mən onlar kimi olmayacağam, bu həddə çatmayacağam, istədiyim vaxt buna son qoyacağam” deyib, “ağ ölüm” adlanan qara həyatın onları necə sorub içinə aldığını hiss etmirlər...
İlk mərhələlərdə insana süni gümrahlıq verməyinə baxmayaraq, bir neçə dəfəlik istifadədən sonra həyata qarşı həvəsdən düşmə, həyatda hər şeyin sadəcə ağ və qara rəngdən ibarət olduğu mərhələ başlayır... insan öz məsuliyyətlərini icra edə bilmir, müxtəlif növ yalanlar, manipulasiyalar, özbaşınalıqlar, ailə və digər dəyərlərin tapdanması, idarə olunmaz hala düşüb, ailə üzvlərindən, yaxınlarında oğurluq etmək, söyüş söymək, sevdiklərinə əl qaldırmaq kimi davranış pozuntularına, faciəli uçuruma doğru gedir...
Hətta elə anlar olur ki, qulağına səs, gözünə müxtəlik qarabasmalar görünür, bu anlarda adam özünə və ətrafına ömürlük xəsarət vura və ya öz həyatına son qoya bilər...
İlk simptomlar yuxu pozğunluğu, iştahın kəsilməsi, davranış pozuntuları, kobudluq, aqressiya, hər kəsi günahlandırma, evə gec gəlmələr, telefona “odboy” vermək və ya söndürməklər, müxtəlif bəhanələr və bəraətlər....
Acı nəticələri isə böyük miqdarda borclardır ki, insanı cəmiyyətdə çox pis vəziyyətə salır, bioloji sfera dağılır, psixoloji sfera parçalanır, cəmiyyət qınağı, təkliyə çəkilmə və böyük bir mənəvi boşluq...
Ən acı fəsadı isə, heç vaxt təlafisi olmayan nəticədir: Özünün və ailənin, sevdiklərinin həyatından oğurlamış olduğun illərdir... Və o illəri heç cür geri qaytarmaq mümkün deyil!...
Beləliklə, əziz və hörmətli valideynlər,
gənc nəslin nümayəndələrini, övladlarınızı qoruyun, sevin, qayğı göstərin, dost olun, danlamayın, dinləməyə və onları duymağa çalışın.
Müxtəlif oqranlarda, fərqli zamanlarda bağça, məktəb, iş yerləri, istənilən sektor və sahədə maarifləndirmə işləri daha da gücləndirilməlidir.
Əziz oxucular,
mən özüm 21 il bu bəlanın qurbanı olmuşam, artıq 5-ci ildir ki, ayıq və təmiz yaşayıram. Bu həyatı mənə bəxş edən reabilitasiya mərkəzi oldu. Siz də yuxarıda sadalanan simptomları müşahidə edirsinizsə, gecikməyin, müraciət edin.
Rövşən Qaragözov