UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Əgər yolunuz xəstəxanaya düşməyibsə, kaş bu heç vaxt baş verməsin!
Sözümün “mustafasını” deyirəm indi...
Düzü bilmirəm, insanlar niyə pis vərdişə aludə olurlar, onun əsirinə çevrilirlər?! Sonra da hamının gözündə bir heçə dönürlər. Onlanların çoxunu xəstəxananın həyətində görə bilərsiniz. Yerdə sürünənini də, hallanıb söyüş söyənini də...
Mən sizə daha bədbəxt bir hadisədən söz açıram.
Səhər vaxtı adəti üzrə marketdən çıxıb üz qoydum xəstəxanaya. “Sabahınız xeyir” deyə-deyə ofisimə doğru hövlnak yeriyirdim. Qəfil gördüm ki, arıq, çiyinləri büzüşmüş, qol sümükləri dərisindən az qala çölə çıxan qadın bir uşaqla xəstəxananın həyət səkisində oturub. Düzdür, görmə itiliyim yaxşı deyil, amma matı-mutu qurumuş şəkildə gördüklərimi düşünə-düşünə özümdən 3 addım da irəli yeridim. Və ana ilə qızının söhbətinə qulaq şahidi oldum:
- Sənə bilirsən niyə vururam bunu?
- Yox, ana, niyə?
- Çünki sən mənim qızımsan, anan kimi olmalısan.
- Necə? Necə olmalıyam?
- Belə! Mənim kimi! - Yuxulu və kefli, - deyə qadın qızını arıq, sümükləri çıxmış sinəsinə sıxdı. Və dalıyca da qızının qolunu öpdü və uşağın qolunun yumşaq yerinə iynəni toxundurdu. Yəni pambıqla sürtmək yerinə, iynə vuracağı yerə dodağını toxundurdu. Azyaşlı qızı da anası kimi bir saatlıq rahatlıq yuxusuna qərq oldu. Damarları ilk dəfə narkozla qidalandı.
Bəli, mən bunu günün günortaçağı gördüm. Heyrətə gəldim. Nitqim tutuldu. Gözlərim qaraldı. İlk ağlıma gələn o idi ki, bu mənzərənin davamını izləməliyəm, ən əsası da bir tədbir görməliyəm.
Nahar fasiləsi idi, direktorun katibəsindən zəng gəldi:
- Sizi direktor təcili çağırır.
Niyə sualını verməyə macal tapmadım.
- Oldu, əlbəttə, gəlirəm, - dedim və masamdan ayağa dik atıldım.
Gözlərimi səhər gördüyüm yerə zillədim. Amma heç nə görmədim. Yalnız narkomanların göy ot üstünə uzanışının izindən başqa. Gözlərimi geri çəkib üz qoydum rəhbərimin yanına.
Qapını yüngülcə takkıldatdım və içəri daxil oldum.
- Salam, cənab direktor, məni çağırmısınız
- Hə. Çağırmışam, bir məsələ var, - dedi və üzümə sərt şəkildə baxdı.
- Eşidirəm, cənab direktor!
- Xəstəxananın həyətində pis vərdişlərə aludə olan şəxslər var. Təbii ki, bizə aidiyyatı yoxdu... deyəndə sözünü kəsdim:
- Cənab direktor, necə yəni bizə aidiyyatı yoxdu. Bəs kimədir aidiyyatı?
- O narkomanları bizim xəstəxanaya yaxın ərazidə müalicə edənlərədi adiyyatı.
Direktor bunu çox sərt şəkildə dedi.
- Cənab direktor, məni niyə çağırmısınız, - dedim
- Tapşır ki, xəstəxana mühafizəçiləri onları həyətdən qovsun.
- Tapşıraram. - deyib qapını cırıldadıb çıxdım.
Təəssüf ki, həmişə bədbəxt hadisələrin şahidi oluram. Daha bir iş günü qəribə xəbər aldım: deməli, qızına narkomanlığı öyrədən qadın ölüb. Azyaşlı qızı isə narkotikin əsirinə artıq çevrilib. Bu barədə xəstəxananın tibb bacısı danışdı:
- Xəstəxananın həyətində məşhurlaşan narkotik istifadəçisi qadın yolun ortasında can verdi.
- Necə yəni yolun ortasında? Təəccübümü gizlədə bilmirəm.
- Hə, özü də çılpaq. - Bütün paltarını çıxarıb od vurdu. Anadangəlmə lüt-ətcə uzanıb yerdə öldü.
- Bəs həyatını xilas etmək olmadı?
- Yox! - Necə qurtarsınlar.
Bu dialoqun ardınca tibb bacısı ağlayır: - Onun qızı sahibsiz qaldı. Həm də anası kimi. Anasının yolunu davam edəcək. Yenə oğlan uşağı olsaydı dərd yarı. O qızın başına nə oyun açacaqlar.
Bu kədərli taleyi düşünə-düşünə özümü də günahkar hiss etmiş kimi xəstəxananın ot örtüyü olan tərəfə yaxınlaşdım. Yaşıl ot örtüyünün üstündə izlər vardı. Adam izləri. Onlar narkotik istifadə edib ot örtüyünün üstünə uzananların iziydi. Hər addım başı o izləri görmək mümkündür.
Ancaq bilirsiniz, adamı küsdürən mənzərə nədir? Bu həyətdə, bu göy otun üstündə yüzlərlə insan uzanıb ölür. Bu acı tale yenilərə ötürülür... və yüzlərlə davamedici yola başlayır.
Heç ağrımadınız?
...Mən ağlayıram!
Ruzbeh Məmməd