VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
Problemin miqyası
- e-Tullantılar ən sürətlə böyüyən bərk tullantı axıntı hesab edilir
- 2019-cu ildə qlobal miqyasda 53,6 milyon ton e-Tullantılar əmələ gəlmişdir
- 2019-cu ildə yalnız 17,4% rəsmi təkrar emal edilmişdir
- e-Tullantıların düzgün olmayan təkrar emalı iqlim dəyişikliyinə mənfi təsir edir – 2019-cu ildə 98 milyon ton CO2 atmosferə xaric olmuşdur
e-Tullantılar kimyəvi maddələrin mənbəyi kimi:
- e-Tullantılarda 1000-dən çox kimyəvi maddə müəyyən edilmişdir
- Ağır metallar, o cümlədən kadmium, qurğuşun, civə
- Davamlı üzvi çirkləndiricilər
- Polisiklik aromatik karbohidrogenlər
- Bəzi məlum və şübhəli endokrin pozucu kimyəvi maddələr
- Elektrikli nəqliyyat vasitələri və elektron siqaretlər yeni zəhərli təhlükələr ehtiva edir
Zərərsiz e-Tullantı fəaliyyətlərindən ayrılan ümumi toksikantlar:
İstifadəçilərin əşyalar işləyərkən bu zəhərli maddələrdən hər hansı biri ilə təmasda olma ehtimalı azdır, lakin elektrik və elektron əşyalar tullantıya çevrildikdə, bu zəhərli maddələr düzgün olmayan şəkildə idarə olunarsa, ətraf mühitə xaric ola bilər. Məsələn:
- mobil telefonlarda gümüş, platin, mis, qızıl və kadmium və digər toksik maddələr
- kompüterlərdə qurğuşun, civə, nikel və bromlu alov keçirici maddələr və digər zəhərli maddələr mövcuddur
Tullantıların toplanması ümumiyyətlə qiymətli parçaların bərpası üçün elektron tullantıların yığınları arasından toplanma fəaliyyətinə aiddir.
Qeyri-rəsmi sektorda təkrar emal oluna bilməyən materiallar tullanmaya məruz qala bilər. Bəzi ərazilərdə (çay sahillərinə, əkin sahələrinə və ya su hövzələrinə) böyük miqdarda e-Tullantılar (hətta istifadəyə yararsız və ya lazımsız əşyalar) atılır. Turşu vannalarında və ya yuyulmada istifadə olunan kimyəvi maddələr də tez-tez suya və ya quruya atılır. e-Tullantılar tez-tez adi tullantılarla birlikdə, bəzən (məsəslən təhlükəli tullantılar üçün təyin edilmiş ərazinin olmadığı hallarda) təsadüfən digər tullantılarla birlikdə atıldığı zaman və digər vaxtlarda məqsədli şəkildə zibilliyə atılır.
Plastik örtükləri çıxarmaq və misi bərpa etmək üçün açıq yandırma və ya qızdırma tətbiq olunur. Bəzən digər əşyalar, məsələn, avtomobil şinləri, plastik örtükləri yandırmaq üçün yüksək temperaturdan istifadə olunur. Kabelin yandırılması ən çox yayılmış elektron tullantıların təkrar emalı fəaliyyətlərindən biridir və onun yaratdığı zəhərli tüstülərə görə çox vaxt ən təhlükəli işlərdən biri hesab olunur. Yüksək qiymətli materialları bərpa etmək üçün turşu vannaları və ya turşu ilə yuyulma qızıl və palladium istifadə olunur. Yuyulma prosesində bəzi avadanlıqlar siyanid duzları, azot turşusu və ya civə də daxil ola bilən turşuda isladılır.
Elementar/ibtidai alətlərdən istifadə etməklə naqillərdən və digər komponentlərdən plastik örtüklərin soyulması və parçalanması həyata keçirilir. Avadanlığın əl ilə sökülməsi əşyaları təmir etmək mümkün olmadıqda baş verir. Mis və qızıl kimi qiymətli materiallar, bu materialları ehtiva edən əşyaları əl ilə ayırmaqla bərpa olunur və sonra satılır. Açıq yandırma və ya qızdırma, turşu vannaları və ya turşu ilə yuyulma sürətli və minimum avadanlıq tələb etdiyindən ən çox yayılmış e-Tullantıların təkrar email fəaliyyətlərindəndir. Bu fəaliyyətlər ətraf mühitə zəhərli çirkləndiricilər buraxdığına, təkrar emal sahələrində və qonşu icmalarda havanı, torpağı, tozu və suyu çirkləndirdiyinə görə ətraf mühit və insan sağlamlığı üçün ən təhlükəli hesab olunur.
Uşaqların unikal zəiflikləri:
- Müxtəlif və unikal məruz qalmalar
* Bətndaxili
* Ana südü ilə qidalandırma
* Boy və tənəffüs
* Açıq havada oynama və davranışlar
- Dinamik inkişaf fiziologiyası
- Daha uzun ömür gözləntisi
- Böyüklərdən asılılıq
e-Tullantıların təkrar emalı fəaliyyətləri, məsələn, qurğuşun, kadmium və poliklorlu bifenillər kimi plasentadan keçə bilən zəhərli kimyəvi maddələr buraxır. Civə kimi bəzi zəhərli maddələr yerə yaxın yerlərdə ən yüksək konsentrasiyasiyaya malikdir. Digər kimyəvi maddələr torpaqdan xaric ola bilər.
Uşaqlarda məruz qalma mənbələri və parametrləri
Ətraf mühitin çirklənməsi
- Hava, torpaq, toz, qida və səth sularının çirklənməsi
- e-Tullantıların təkrar emalı sahələrinə yaxın olan məktəblər, idman, icma əraziləri, evlər
- Tullantı sahələrində oynama
- Çirkləndiricilər ətraf mühit vasitəsilə əhəmiyyətli məsafələr qət edə bilər
DNT zədələnməsi xərçəngin inkişafında rol oynayır. e-Tullantı yerlərində tapılan üzvi kimyəvi maddələr və ağır metallar gen dəyişməsinə səbəb ola bilər. e-Tullantılara məruz qalma kişilərdə spermatozoidlərdə dəyişikliklərlə əlaqələndirilə bilər.
Oksidləşdirici stress sərbəst radikalların və antioksidant müdafiənin balanssızlığı olduqda baş verir. Oksidləşdirici stress həyatın sonrakı dövrlərində xroniki xəstəliklərlə və bəzi uşaqlıq xəstəliklərinin inkişafı ilə əlaqələndirilə bilər.
Neonatal patologiyalar
Hamiləlik dövründə e-Tullantıların zəhərli maddələrinə məruz qalma aşağıdakılar ilə laqələndirilə bilər:
- Ölü doğum
- Vaxtından əvvəl doğum
- Qısaldılmış hamiləlik müddəti
- Aşağı doğum çəkisi
- Doğum dövrünün azalması
- Bədən kütləsi indeksinin azalması
- Aşağı APGAR balları
Elektron tullantılarda qurğuşun da daxil olmaqla bir sıra tanınmış neyrotoksikantlar mövcuddur. e-Tullantılar təkrar emalı sahələrində havanın çirklənməsinə məruz qalma 5-9 yaşlı uşaqlarda 1 saniyədə məcburi tənəffüs həcminin azalması ilə əlaqələndirilmişdir. Elmi tədqiqatlar e-Tullantılardakı xromla öskürək arasında əlaqənin olduğunu sübut etmişdir. e-Tullantılardakı manqan məktəbəqədər yaşlı uşaqlarda xırıltını artıra bilər. e-Tullantıların təkrar emalı sahələrində uşaqlarda qanda qurğuşun səviyyəsinin yüksəlməsi (desilitrdə 5 mikroqramdan çox) astma riskinin artması ilə əlaqələndirilə bilər. e-Tullantıların təkrar emalı nəticəsində PM2.5-ə məruz qalma məktəbəqədər yaşlı uşaqlarda tənəffüs yollarının antimikrob fəaliyyətini zəiflədə və nəticədə tənəffüs yolu infeksiyalarına qarşı həssaslığı artıra bilər. e-Tullantıların təkrar emalı fəaliyyətlərindən əldə edilən manqan, nikel, qurğuşun və poliaromatik karbohidrogenlər böyümənin azalması ilə əlaqələndirilə bilər, xrom məruz qalması isə boy və çəki artımını gerilədir. e-Tullantı yerlərində havanın çirklənməsi məktəbəqədər yaşlı uşaqlarda ürək vurğularının sürətinin və norepinefrin səviyyəsinin artması ilə əlaqələndirilmişdir. e-Tullantılardan xaric olan və poliaromatik karbohidrogenlər və qurğuşun məruz qalması da uşaqlarda damar endotelinin iltihabında və qan təzyiqində dəyişikliklərlə əlaqələndirilmişdir.
e-Tullantıların təkrar emalı ilə əlaqədar fəaliyyətlərlə bağlı sağlamlıq və xəstəlikləri anlamaq və onlardan xəbərdar olmaq uşaqlar üçün təhlükəsiz və sağlam məkanlar yaratmağa imkan verəcək. İlkin səhiyyə işçiləri hər dəfə xəstə ziyarətlərində ətraf mühit haqqında anamnez toplaya, diferensial diaqnozlara ətraf mühit amillərini daxil edə və profilaktik məsləhətlə ətraf mühit mülahizələri əlavə edə bilərlər. Bununla yanaşlı"idiopatik" diaqnoz qoymaq əvəzinə xəstəliyin və əlilliyin ətraf mühitlə bağlı səbəblərini araşdıra bilərlər.
Həmkarlar və peşəkar tələbələrlə bölüşmək üçün rəsmi təqdimatlar apara, təhsil proqramlarını davam etdirə, ətraf mühit amilləri ilə bağlı sağlamlığa həsr olunmuş elektron təhsili tamamlaya və uşaqların sağlamlığı və elektron tullantılara dair kliniki araşdırmaları dərc edə bilərlər.
Səhiyyə mütəxəssisləri və klinikalar elektron tullantılara məruz qalmaları azaltmaq üçün aşağıdakıları tətbiq edə bilərlər:
- klinikalarda istifadə olunan elektron və elektrik avadanlıqlarının (məsələn, kompüter və telefonlar) istifadə müddəti başa çatdıqdan sonra müvafiq qaydada təkrar emal edilməsini təmin etmək
- tullantıları azaltmaq və personalın, ictimaiyyətin və ətraf mühitin zərərli məruz qalma riskini minimuma endirmək üçün istifadəyə yayarlı olmayan elektron tibbi cihazların düzgün idarə edilməsi üçün təlimatların və vasitələrin mövcud olmasını təmin etmək
- mümkün olan hər yerdə yeni əşyalar almaq əvəzinə avadanlıqları təmiri etmək
- tibbi e-Tullantıların cari və yerli zərərsizləşdirilməsi mexanizmləri üzrə kadrları maarifləndirmək və onlara təlim keçmək
- səhiyyə müəssisələrinin e-Tullantı reyestrlərini hazırlanmaq.
Məsləhətlər:
- Evə girməzdən əvvəl iş paltarlarını və ayaqqabılarını çıxarmaq
- e-Tullantıların təkrar emalı üçün istifadə edilmiş paltarları digər paltarlardan və digər ev təsərrüfatlarının paltarlarından ayrı yumaq
- Qapalı yerlərdə çalışdıqda, pəncərələri və qapıları açmaqla otağı yaxşı havalandırmaq
- e-Tullantılar və təkrar emal qalıqları ilə təmasda olan bədən hissələrini sabun və su ilə yumaq
- e-Tullantıları evdə təkrar emal etməmək
- Uşaqları tullantıların təkrar emalı fəaliyyətlərindən uzaq tutmaq
İdarəetmə və qarşısının alınması: yerli
İcmalar yerli e-Tullantılara məruz qalmanın idarə edilməsinə və qarşısının alınmasına kömək etmək üçün birlikdə işləyə bilər
- Bu fəaliyyətlər üçün ayrılmış əraziləri yaratmaq
- e-Tullantıların təhlükələri və məruz qalmanın azaldılması yolları ilə bağlı ictimaiyyət üçün maarifləndirmə sessiyaları təşkil etmək
- Təyin olunmuş e-Tullantıların toplanması günlərini təşkil etmək
- e-Tullantıların təmiri haqqında maarifləndirici seminarlar təşkil etmək və - Azaltmaq, Yenidən İstifadə etmək, Təmir etmək - “AYT” -nı təşviq etmək
- e-Tullantıların toplanma məntəqələrini yaratmaq və daha təhlükəsiz təkrar emal fəaliyyətlərini asanlaşdırmaq üçün yerli hökumətlə tərəfdaşlıq etmək.
Uşaqları və yeniyetmələri cəlb etmək
E-Tullantıların icma çempionu olmaq:
- yerli e-Tullantıların təkrar emalı şəbəkəsinin yaradılması və toplama günləri
- icmanın iştiraka dəvəti
- e-Tullantıların təhlükələri haqqında öyrənmək üçün maarifləndirici sessiyaları
- təyin edilmiş e-Tullantıların toplanması üçün yerli hökumətə müraciət
- e-Tullantıların təmir sexlərinin təşkili
- məktəblərdə e-Tullantıların təhlükələri və onun qarşısının alınması yolları mövzusunda sessiyaların keçirilməsi.