MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya / MƏQALƏLƏR

Ev təsərrüfatında havanın çirklənməsinin sağlamlığa təsiri

Ev təsərrüfatında havanın çirklənməsi və uşaq sağlamlığına təsirləri

Ev təsərrüfatında havanın çirklənməsi ilə uşaqların sağlamlığına və doğuma müxtəlif təsirlər arasında əlaqə müəyyən edilib. Ev təsərrüfatındakı bəzi hava çirkləndiriciləri ilə aşağıdakılar arasında əlaqə müəyyən edən etibarlı elmi sübutlar mövcuddur:

1.mənfi doğum nəticələri, o cümlədən vaxtından əvvəl doğuş və doğum çəkisinin aşağı olması;

2.uşaqların tənəffüs sisteminə təsirlər, xüsusilə aşağı tənəffüs yollarının kəskin infeksiyaları.

Açıq havanın çirklənməsinə dair tədqiqatlarla müqayisədə, uşaq sağlamlığına təsirlər və ev təsərrüfatında havanın çirklənməsinə məruz qalma arasındakı əlaqə ilə bağlı əhəmiyyətli dərəcədə az tədqiqat aparılmışdır. Ev təsərrüfatlarında havanın çirklənməsi ilə uşaq sağlamlığına digər təsirlər riski arasında əlaqələrə dair yeni tədqiqatlar mövcuddur, o cümlədən:

1. Ağciyərin funksiyası və astma;

2. Neyroinkişafın pozulması;

3. Orta otit və yuxarı tənəffüs yollarının digər infeksiyaları;

4. Həyatın sonrakı mərhələlərində qeyri-infeksion xəstəliklər riskinin artması

5. Uşaqlarda xərçəngin inkişafı.

Ananın ev təsərrüfatında havanın çirklənməsinə məruz qalması bir sıra mənfi doğum nəticələri ilə əlaqələndirilib və müvafiq sübutlar artmaqda davam edir. Ananın evdə çirkləndirici yanacaqların yanmasından yaranan kiçik hissəciklərə (PM2.5) məruz qalması ilə aşağıdakı mənfi doğum nəticələri arasında əlaqəni göstərən güclü sübutlar mövcuddur:

1. Vaxtından qabaq doğuş hamiləliyin 37-ci həftəsi tamamlanmazdan əvvəl baş verən doğuş kimi müəyyən edilir və 5 yaşadək uşaqlarda ölümün əsas səbəbidir. 2019-cu ildə vaxtından əvvəl doğuş fəsadlaşmaları qlobal miqyasda 5 yaşadək uşaqlar arasında təxminən 910 000 ölümə səbəb olub. Ananın ev təsərrüfatında PM2.5-ə məruz qalması və vaxtından əvvəl doğuş riskinin artması arasında əlaqəni göstərən güclü sübutlar bazası mövcuddur. Meta-reqressiya və mövcud məlumatların təhlilinə əsasən, 2019-cu ildə dünya üzrə təqribən 3,9 milyondan çox erkən doğuş ev təsərrüfatında havanın PM2.5 ilə çirklənməsindən qaynaqlanıb. Bu, 2019-cu ildə qlobal miqyasda PM2.5-ə məruzqalma ilə əlaqələndirilən bütün erkən doğuşların təxminən üçdə ikisini təşkil edib ).

2. Ev təsərrüfatında havanın çirklənməsinin sağlam dölün böyüməsinə mümkün təsirlərini qiymətləndirmək üçün aşağı doğum çəkisindən tez-tez istifadə olunur. Ananın ev təsərrüfatında havanın çirklənməsinə məruz qalması və aşağı doğum çəkisini əlaqələndirən ardıcıl sübutlar mövcuddur. Meta-reqressiya və mövcud məlumatların təhlilinə əsasən, 2019-cu ildə dünya üzrə təqribən 1,8 milyon aşağı doğum çəkisi halı ev təsərrüfatında havanın PM2.5 ilə çirklənməsindən qaynaqlanıb. Bu, 2019-cu ildə qlobal miqyasda PM2.5-ə məruzqalma ilə əlaqələndirilən bütün aşağı doğum çəkisi hallarının təxminən üçdə ikisini təşkil edib.

Ev təsərrüfatında havanın çirklənməsi ilə digər mənfi doğum nəticələri arasında əlaqənin olduğu da irəli sürülüb. Bura ölü doğulma, anadangəlmə anomaliyalar və hestasiya yaşına görə kiçiklik daxildir. Mövcud tədqiqatların nəticələri əlavə diqqət tələb edir.

Uşaqların tənəffüs sisteminə təsirlər: Aşağı tənəffüs yollarının kəskin infeksiyası

  • Qlobal səviyyədə 5 yaşadək uşaqlar arasında ölümün əsas səbəblərindən biri: 2019-cu ildə qlobal miqyasda təqribən 740 000 ölüm
  • Ev təsərrüfatında havanın çirklənməsi 5 yaşadək uşaqlarda pnevmoniya üçün mühüm risk faktorudur.
  • 2019-cu ildə 5 yaşadək uşaqlar arasında:

* Dünya üzrə 237 000-dən çox ölüm

* Dünyada pnevmoniyadan qaynaqlanan bütün ölümlərinin 44%-nə cavabdehdir

Anadangəlmə immun sisteminin dəyişilməsi:

* Bakteriyaların tanınmasının pozulması

* Monositlərdən monositlərin kimyəvi maddələri buraxması və bakterial hüceyrə məhsullarına cavab vermə üsulunun dəyişdirilməsi;

* Hüceyrələrlə birləşmənin güclənməsi və nəticədə daha çox hüceyrələrin yoluxması

Bir patogen aşağı tənəffüs yollarını yoluxdurmaq üçün bədənin anadangəlmə immun sistemindən yayınmalıdır. Ev təsərrüfatında havanın çirklənməsi anadangəlmə immun sisteminin modulyasiyasına səbəb ola bilər ki, bu da infeksiyaya qarşı həssaslığın artmasına səbəb olur. Ev təsərrüfatındakı konkret hansı hava çirkləndiricilərinin immunomodulyasiyaya təsir etdiyi hazırda qeyri-müəyyəndir, lakin hissəciklərin (PM) həlledici rol oynadığı hesab edilir. Hissəciyin ölçüsü və kimyəvi tərkibi immunitet sisteminin reaksiyasına təsir göstərə bilər. Bundan əlavə, ölçü və kimyəvi tərkib hissəciklərin qoruyucu maneələrdən yayınma və tənəffüs sisteminə nüfuz etmə qabiliyyətini dəyişə bilər. Onların tənəffüs orqanlarının sağlamlığına təsirləri bu xüsusiyyətlərin kombinasiyasından, o cümlədən uşaqların xüsusi zəiflikləri kimi digər amillərdən asılıdır.

Ev təsərrüfatında çirklənmiş havadakı PM hissəciklər aşağıdakılar vasitəsilə anadangəlmə immun sistemini dəyişdirə bilər:

  • bakteriyaların tanınmasının pozulması;
  • monositlərdən maddələrin ayrılmasında və onların bakteriya hüceyrələrinin məhsullarına reaksiyalarında dəyişikliklər;
  • bakteriya və virusların hüceyrələrə birləşməsinin güclənməsi, nəticədə yoluxmuş hüceyrə saylarının artması.

Həddindən artıq ağciyər iltihabı immun sistemindəki dəyişikliklərlə birgə aşağıdakılara gətirib çıxara bilər:

  • ağciyərə zərər dəymə riskinin artması
  • infeksiyalara meyilliyin artması
  • ağciyərin daimi zədələnməsi.

Doğuşaqədərki dövrdə və erkən uşaqlıq dövründə ev təsərrüfatında havanın çirklənməsinə məruzqalma uşaqların aşağı tənəffüs yollarının kəskin infeksiyalarına meyilliyini artıra bilər.

 

Ağciyər funksiyası ağciyərlərin oksigeni qanla mübadilə etmək və karbon qazını çıxarmaq üçün havanı bədənin daxilinə və xaricinə nə dərəcədə effektiv hərəkət etdirməsinin ölçüsüdür. Ağciyər funksiyası insanın nə dərəcədə yaxşı nəfəs aldığını göstərir. Ağciyər funksiyasında həssaslıq səbəbilə birdəfəlik dəyişikliklərin baş verməsi imkanları uşaqlıq dövrünün müxtəlif mərhələlərində mövcudluğunu saxlayır. Alveolların inkişafı 2 yaşadək əhəmiyyətli dərəcədə tamamlansa da, ağciyərin inkişafı yeniyetməlik dövründə də davam edir və somatik inkişaf ilə paralel baş verir. Qadınlarda təxminən 18 yaşa, kişilərdə isə 20-23 yaşa qədər tamamlandığı hesab edilir. Uşaqların sistemləri tam inkişaf edənə qədər (yetkinlik dövrü səviyyəsində), havanın çirklənməsinə məruzqalma ağciyərlərin inkişafını və fəaliyyətini geridönməz şəkildə dəyişə bilər.

Astma uşaqlarda tez-tez rast gəlinən xroniki, qeyri-yoluxucu xəstəlikdir. O, ağciyərin diffuz, obstruktiv xəstəliyi olub, tənəffüs yollarının müxtəlif stimullara hiperreaktivliyi ilə, eləcə də obstruktiv prosesin yüksək dərəcədə geridönmə (öz-özünə və ya müalicə ilə) ilə səciyyələnir. Simptomlar davamlı və ya fasiləli ola bilər və zamanla dəyişə bilər. Çoxlu fenotipləri var və fərdlərdə astmanın səbəbləri bir çox amillərlə bağlıdır. Bura genetik meyillilik, xüsusilə həyatın erkən dövründə gen mühitindəki qarşılıqlı əlaqələr, infeksiyalar, allergenlərə məruz qalma, müxtəlif ətraf mühit amilləri və tətikləyici faktorlar daxildir. Qlobal Astma Təşəbbüsü (GINA) astmaya aşağıdakı kimi tərif verir:

  • “heterogen xəstəlikdir, adətən tənəffüs yollarının xroniki iltihabı ilə səciyyələndirilir. O, fitverici tənəffüs, təngnəfəslik, döş qəfəsində sıxılma və öskürək kimi tənəffüs simptomlarının qeyd edilməsi ilə xarakterizə olunur. Bu simptomlar həm tezliyinə, həm də şiddətinə görə dəyişir və nəfəsvermə zamanı dəyişkən havanın xaric olmasının dəyişkən dərəcədə məhdudlaşması ilə müşayiət olunur.

Astma xəstəliyinin qlobal yükü əhəmiyyətli dərəcədədir. 2019-cu ildə təqribən 262 milyon insan astma xəstəliyindən təsirlənib və bu, dünyada təqribən 455 000 ölüm və 21,7 milyon HƏİİ (həyatın əlilliyə görə itirilmiş illəri) ilə nəticələnib. Astma simptomlarının kəskinləşməsi ilə əlaqəli çoxsaylı ətraf amillər və təmaslar mövcuddur. Bura aşağıdakılar daxildir:

  • qida rasionu;
  • urbanizasiya və sənayeləşmə;
  • yoxsulluq və sağlamlığın digər sosial faktorları;
  • açıq və qapalı havanın çirklənməsi, mikroblara məruz qalma, tozcuqlar və heyvan allergenləri kimi ətraf risklər.

Ev təsərrüfatında havanın çirklənməsi zamanı dəm qazına məruzqalmanın ən mühüm mənbələri aşağıdakılardır:

  • zəif havalandırılan otaqlarda səmərəsiz texnologiyalardan istifadə etməklə odun, ağac kömürü və biokütlənin yandırılması;
  • ventilyasiyasız kerosin cihazları;
  • Yemək bişirmə, isitmə və işıqlandırma üçün istifadə olunan qüsurlu və düzgün quraşdırılmamış, lazımi texniki qulluqla təmin olunmayan və ya zəif havalandırma şəraitində, yanacaqla işləyən cihazlar. Bura qaz, propan və ya maye qaz (LPG) kimi sağlamlıq üçün təmiz hesab edilən yanacaqlar da daxil ola bilər;
  • tıxanmış bacalar, odun yandırılan kaminlər, qaz qızdırıcıları, sobalar və su qızdırıcıları nasazdırsa və ya zəif havalandırılırsa, qapalı mühitlərdə yüksək miqdarda dəm qazının əmələ gəlməsi ilə nəticələnə bilər.
  •  

Zaman keçdikcə, qapalı mühitlərdə yuxarıda sadalanan mənbələrdən emissiyalar yüksək dəm qazı səviyyələrinə səbəb ola bilər - xüsusilə, aşağıdakı kimi ev mühitlərində:

  • kiçik
  • qapalı
  • zəif havalandırılan

Dəm qazı insanın duyğu orqanları vasitəsilə hiss edilə bilmədiyindən, onunla bağlı sağlamlıq problemlərinin diaqnozu faktiki olduğundan az qoyulur. O, bir sıra qeyri-spesifik simptomlara səbəb ola bilir ki, su simptomlarda adi virus mənşəli xəstəliklərin simptomları ilə qarışdırıla bilər. Dəm qazı ilə yüngül zəhərlənmənin kliniki mənzərəsi virus mənşəli simptomlarla qarışdırıla bilər. Məsələn:

  • başgicəllənmə və baş ağrısı;
  • ürəkbulanma və qusma;
  • əzginlik, letargiya, yuxululuq və zəiflik;
  • çaşqınlıq və qıcıqlanma.
  •  

Baş ağrısı, ürəkbulanma və qusma uşaqlarda ən çox rast gəlinən simptomlardır. Körpələrdə ən çox rast gəlinən simptom isə huşun aydınlığının pozulmasıdır. Bundan əlavə, dəm qazına uzun müddət və kəskin məruzqalma huşun itməsi və ölümlə nəticələnə bilər. Dəm qazı zəhərlənməsindən sağ qalanlar isə geridönməz nevroloji qalıq əlamətlərlə üzləşə bilər. Dəm qazına xroniki şəkildə və aşağı səviyyədə məruz qalmanın uzunmüddətli perspektivdə təsirlərinə ürək-damar xəstəlikləri kimi müəyyən xroniki xəstəliklərin riskinin artması və hamilə qadınlarda körpənin doğum çəkisinin aşağı olması daxildir.

Döl, hamilə qadınlar və körpələr dəm qazı zəhərlənməsinə xüsusilə həssasdırlar, çünki onların metabolik tələbatı artmışdır və azyaşlı uşaqlar zəhərlənmə əlamətlərini ifadə etməyi bacarmaya bilər. Yenidoğulmuş körpələr dəm qazına yüksək birləşmə qabiliyyəti olan fetal hemoqlobinin davamlı mövcudluğu səbəbindən dəm qazı zəhərlənməsinə xüsusilə həssasdırlar.

“Qlobal Xəstəlik Yükü” araşdırması müəyyən edib ki, qlobal səviyyədə dəm qazı ilə zəhərlənmə halları zaman keçdikcə sabit qalsa da, dəm qazı zəhərlənməsinə görə ölüm halları azalıb. 1990-2017-ci illər arasında qlobal miqyasda dəm qazı zəhərlənməsi səbəbindən ölüm səviyyəsində ən böyük azalma 5 yaşadək uşaqlar arasında olub.

Dəm qazı insanın duyğu orqanları tərəfindən hiss edilə bilmədiyindən, slaydda sadalanan səbəbi izah edilə bilməyən simptomlar uşaqda olduqda, tibb işçiləri dəm qazı zəhərlənməsindən yüksək dərəcədə şübhələnməlidir.

Sağlamlığa digər təsirlər: Yanıqlar, zəhərlənmələr və digər bədbəxt hadisələrdən qaynaqlanan xəsarətlər

Sonuncusu, uşaqlarda yanıqlar, soyulmalar, qəsdli şəkildə baş verməyən zəhərlənmələr və digər xəsarətlər evdə yemək bişirmə, istilik və işıqlandırma ehtiyacları üçün çirkləndirici yanacaqlardan və səmərəsiz texnologiyalardan istifadə ilə əlaqələndirilir. Bu yanacaq və texnologiyalardan istifadə uşaqlar üçün mühüm risk faktorudur:

  • Soyulmalar: isti maddələr, məsələn, qida, su və ya buxarla təmasdan yaranır. ÜST-nin “Yanıqlar üzrə Qlobal Reyestr”inin (2018-2021) hesablamalarına görə, uşaqlarda soyulmaların 85%-i yemək bişirmə ilə bağlı hadisələrdən qaynaqlanır;
  • Yanıqlar: ocaq və ya isti səthlərlə birbaşa təmas və ya bədbəxt hadisələr (məsələn, partlayış) nəticəsində yaranır. ÜST-nin “Yanıqlar üzrə Qlobal Reyestr”inin (2018-2021) hesablamalarına görə, uşaqlarda yanıqların üçdə-birə yaxını yemək bişirmə hadisələri ilə bağlıdır; Dünyada uşaqlara aid yanıqların ən çox rast gəlinən səbəblərindən biri kerosin lampalarıdır. ÜST-nin “Yanıqlar üzrə Qlobal Reyestri”nin (2018-2021) məlumatları oğlanlar arasında yanıqların daha çox qeydə alındığını, qızlar arasında isə ölümcül yanıqlara daha çox rast gəlindiyini göstərir. Yanıqların ağırlıq dərəcəsinə görə qızların üstünlük təşkil etməsi onların ənənəvi yemək bişirmə vəzifələri və nəticədə oğlanlara nisbətən təhlükəli od və qaynar mayelərlə birbaşa təmasda daha çox vaxt keçirmələri ilə bağlı ola bilər. Yanıqlardan ən çox 2 yaşadək uşaqlar təsirlənib ;
  • Qəsdsiz zəhərlənmələr: xüsusilə də kerosinin bilmədən qəbulu nəticəsində. Kerosin çox vaxt köhnə sərinləşdirici içki və ya su butulkalarında satılır və uşaqlar bilməyərəkdən onu qəbul edə bilər, bu da zəhərlənməyə səbəb ola bilər. Kerosinin qəbulu dünyada uşaqların zəhərlənməsinin ən çox yayılmış səbəbidir və böyük ehtimalla rəsmi olaraq, faktiki olduğundan az qeydə alınır və hesablanır.

Bundan əlavə, başlarında, kürəklərində və ya qollarında odun kimi yanacaqların yığılması və daşınması ilə məşğul olan uşaqlar bir sıra digər xəsarətlərə məruz qalma riski altındadır:

  • sümük-əzələ sisteminin zədələnməsi, o cümlədən onurğa zədələri və əzələ dartılmaları;
  • baş ağrıları;
  • sümüklərdə sınıqlar.

Uşaqlıq dövründə baş verən yanıqlar, soyulmalar, ehtiyatsızlıqdan zəhərlənmələr və digər xəsarətlər ömürlük fiziki, psixososial və sosial-iqtisadi fəsadlar doğura bilər.

 Müdaxilələr həll yolları

  • Ev təsərrüfatında havanın çirklənməsi, onun əsas mənbələri və onun uşaq sağlamlığına təsirləri barədə məlumatlı olmaq;
  • Ev təsərrüfatında havanın çirklənməsinə məruz qalma riski yüksəkdirsə bu problemi aradan qaldırmaq üçün mümkün tədbirlər görmək;
  • Təsirə məruz qalmış insanları həkim müayinəsindən keçirmək;
  • Tez-tez təmiz havada olmaq;
  • Evin havalandırma sistemini təmin etmək;
  • Sağlam qidalanmaq;