MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya / MƏQALƏLƏR

Civə

Civənin 3 forması: Elementar (və ya metal), qeyri-üzvi (məsələn, civə xlorid) və üzvi (məsələn, metil- və etil civə) uşaqların sağlamlığı və inkişafı üçün müxtəlif toksiklik xüsusiyyətlərinə malikdir. Hər bir civə növü sinir sistemi üçün zəhərlidir, eyni zamanda bir sıra digər orqan sistemlərə də təsir göstərir. Dünyada civə ilə çirklənmədən ən çox risk altında olan əhali Cənub-Şərqi Asiya, Qərbi Afrika və Cənubi Amerikadır, lakin Asiya, Afrika və Avropanın digər hissələri də mədən və filiz emalı nəticəsində civə ilə çirklənməyə məruz qalır.

Ətraf mühitdə mənşəyi, dövrü sonrakı taleyi.

Civə mənbələri aşağıdakı kimi qruplaşdırılır:

  • Yer qabığından təbii olaraq yaranan civənin təbii səfərbərliyi (məsələn, vulkanik fəaliyyət və suxurların aşınması) nəticəsində təbii mənbələrdən xaric olması
  • Xammallarda (qalıq yanacaqlar: xüsusilə kömür, qaz və neft) civənin səfərbər edilməsindən yaranan hazırkı antropogen (insan fəaliyyəti ilə bağlı) xaric olmalar
  • Məhsul və proseslərdə qəsdən istifadə edilən civədən cari antropogen tullantılar (istehsal zamanı xaricolmalar, sızmalar, utilizasiya və ya işlənmiş məhsulların yandırılması)
  • Torpaqlarda, çöküntülərdə, sularda, poliqonlarda, tullantı yığınlarında əvvəllər yığılmış tarixi antropogen tullantıların yenidən mobilizasiyası

2015-ci ildə sektorlar üzrə antropogen civə emissiyaları:

* Kütləvi və kiçik miqyaslı qızıl mədən sahələri

* Kömürün stasionar yanması

* Biokütlə də daxil olmaqla digər yanacaqların stasionar yanması

* Əlvan metal istehsalı

* Sement istehsalı

* Qara metal istehsalı

* Civə əlavə edilmiş məhsul tullantıları

* Digər mənbələr

Civə ətrafımıza necə daxil ola bilər?

Kütləvi və kiçik miqyaslı qızıl mədən sahələri kimi civə emissiyalarından atmosfer civəsi bakteriyalar tərəfindən metilləşdiyi və qida zəncirində biokonsentrasiya olunduğu su hövzələrində toplanır. Balıq, qabıqlı dəniz məhsulları və dəniz məməlilərinin qida kimi istifadəsi dünya üzrə metilcivə məruz qalmasının 75%-nə təşkil edir. Bişmə zamanı su itkisi səbəbindən balıqda civənin konsentrasiyası artır. Sinir sistemi inkişafda olan döl və kiçik uşaqlar, o cümlədən uşaq doğurma yaşında olan qadınlar civəyə məruz qalma baxımından yüksək risk qrupuna aiddirlər.

Balıq yeməklə məruz qalma

  • Balıqlar əksər ölkələrdə uşaqlar üçün civə yükünün əsas mənbəyidir
  • Balıqda metilcivə ola bilər (MeHg)
  • Uşaqlar, balıq yeməklə, trransplasentar yolla, ana südü ilə qidalanma nəticəsində məruz qalırlar

Dəri ağardan məhsullarda civə

  • Civə bəzi dəri ağardıcı sabun və kremlərdə, həmçinin digər kosmetik məhsullarda istifadə olunur
  • Qeyri-üzvi civə sabun və kremlərdə, üzvi civə birləşmələri isə kosmetik konservant kimi istifadə olunur

Civə melanin əmələ gəlməsinin qarşısını alaraq daha açıq dəri tonu əmələ gəlməsi ilə nəticələnir.

Civə antimikrob və antifungal xüsusiyyətlərinə görə bəzi sabunlarda da istifadə olunur. Qeyri-üzvi civə sabun və kremlərdə, üzvi civə isə göz təmizləyicilər və tuşlarda istifadə olunur. Dərini ağardan bir çox məhsul bədən tərəfindən asanlıqla udulan yüksək konsentrasiyalarda civə ehtiva edir. Bu, böyrəklərin və dərinin zədələnməsinə, narahatlıq, depressiya, psixoz və periferik sinir pozuntularına səbəb ola bilər. Bu məhsulların tərkibindəki civə tullantı sularına qarışır, nəticədə ətraf mühitə və qida zəncirinə daxil olur.

Uşaqların civəyə məruz qalması

  • Uşaqlar bir neçə səbəbdən civəyə qarşı xüsusi həssasdırlarlar
  • Uşaqlar bədən çəkisi vahidinə görə böyüklərdən daha çox qida istehlak edirlər
  • Uşaqlar maddələr mübadiləsində inkişaf fərqləri nümayiş etdirirlər

Uşaqlar böyüklərə nisbətən bədən çəkisi vahidinə görə daha çox qida qəbul edirlər. Buna görə də, qida ilə daşınan toksikantlar kiçik uşaqlarda böyüklərə nisbətən 2-4 dəfə yüksək nisbətdə olur. Uşaqlar böyüklərdən fərqli olaraq toksikantları metabolizə edirlər. Civə ürək-damar, sinir-inkişaf və immun sistemlər də daxil olmaqla, orqanizmdə bir çox inkişaf edən sistemlərə ciddi təsir göstərir. Uşaqlar, xüsusən də kiçik uşaqlar hələ də inkişaf və böyüməkdə olduqları üçün, xüsusilə civənin təsirinə məruz qalırlar. Civəyə qarşı həssaslığın ən vacib dövrü prenatal dövrdür, həssaslıq yeniyetməlik dövrünə qədər davam edir.

Peyvənddə civə

  • Tərkibində etilcivə mövcuddur
  • Bakteriya və göbələk artımının qarşısını alır
  • Qeyri-aktiv peyvəndlər
  • Çoxistifadəli flakonlar
  • 10 ildən çox müddət ərzində müşahidə altındadır
  • Sağlamlıq riskinə dair heç bir sübut yoxdur

Thiomersal etil civə birləşməsi olub metil civədən fərqli xüsusiyyətə malikdir. Vaksinlərdə istifadə üçün tiomersalın təhlükəsiz həddi təyin edilmişdir. Bədəndə toplanan metil cəvədən fərqli olaraq etil civə civənin üzvi formasıdır və qısa ömürlü olaraq bağırsaq vasitəsilə aktiv şəkildə xaric olunur.

Bəzi peyvəndlərdə, xüsusilə çoxistifadəli flakonlarda buraxılan qeyri- aktiv vaksinlərdə bakteriya və göbələk artımının qarşısını almaq (sterillik) məqdəsilə tiomersaldan istifadə olunur. Bu, təkrar istifadə zamanı flakonların çirkləndiricilərlə çirklənməsinin qarşısını alır. Bir çox ölkələrdə bu kimi qoruyucuların vaksinlərdə istifadəsi qanuni öhdəlikdir.

Civə insan sağlamlığı

  • Metilcivə neyrotoksikdir: MSS elementar civə buxarı üçün ən həssas hədəfdir
  • Civə həm periferik, həm də mərkəzi eşitmə sisteminə zərər verərək ototoksik ola bilər. Xroniki məruz qalma eşitmə qabığına geri dönməz mənfi təsir göstərə bilər.
  • Civə mutagen və genotoksik ola bilər
  • Civənin bir çox mənfi ürək-damar təsirləri ola bilər
  • Civə, xüsusilə üzvi civə, teratogendir və “Minamata” xəstəliyinə səbəb olur
  • Civə nefrotoksik ola bilər
  • Civə immunotoksik ola bilər
  • Metilcivə insanlar üçün 2B kanserogen kimi təsnif edilmişdir

Akrodiniya

"Çəhrayı xəstəlik« adlı nadir sindromdur

  • Ətraflarda ağrı
  • Çəhrayı rəngsizləşmə və deskvamasiya
  • Hipertoniya
  • Tərləmə
  • Yuxusuzluq, əsəbilik, apatiya

Metal civəyə məruz qalma

Metal civəyə məruz qalma adətən tənəffüs yolu ilə baş verir və bir neçə tipik simptoma səbəb olur:

  • Tənəffüs yolları ilə bağlı simptomları: öskürək, təngnəfəslik
  • Dəri simptomları: akrodiniya
  • MSS problemləri: tremor, ataksiya, koordinasiya problemləri, disdiadokokineziya
  • Periferik sinir sistemi (PSS) problemləri: sensasiya çətinlikləri ilə polineyropatiya, anormal reflekslər
  • Merkurial eretizm: həyəcanlılıq, yaddaş itkisi, yuxusuzluq, həddindən artıq utancaqlıq
  • Böyrək problemləri: proteinuriya

Metilcivənin sağlamlığa təsiri çox hallarda geridönməzdir!