VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
Uşaqlar unikal və fərqli su təhlükələrinə məruz qalırlar
Unikal və fərqli məruz qalmalar
Bətndaxili:
- Ana pəhrizi nəticəsində məruz qalmalar
Yoluxma:
- Ana südü
- Hamam, istirahət və əyləncə mərkəzlərindəki sular
- Çirkli suvarma suyu ilə çirklənmiş qidalar
- “Əl-ağız” davranışları
Dinamik inkişaf fiziologiyası
Anabolik/ Sürətlə böyümə:
- Yenidoğulmuşların bədən çəkisinin 80-90%-i sudan ibarətdir
- Uşaqlar böyüklərdən bədən çəkisi vahidinə görə daha çox su içirlər
- Uşaqlar sürətlə nəfəs alır, bədən çəkisi vahidinə görə böyüklərdən daha çox hava udurlar
- Uşaqlar daha tez-tez qidalanırlar
- Uşaqlar daha böyük səth sahəsinə malikdirlər
- Yüksək udma, dəyişkən metabolizm və xaric olma proseslərinə malikdirlər
“Həssaslıq pəncərələri”:
- Təhlükəli ətraf mühit amilləri yetişməmiş sistemlərinə geridönməz zərər vura bilər.
Uşaqlar böyüklərdən asılıdırlar:
İstirahət və əyləncə mərkəzlərindəki sular
- Sahil və şirin sular
- Üzgüçülük hovuzları
Daşqın və tufanlar
- Uşaqların çoxu üzə bilmir
- Etibarlı nəqliyyatın olmaması
Sağlamlıq problemləri
- Boğulma
- Yoluxucu xəstəliklər
- Kimyəvi maddələrə məruz qalma
Qeyri-adekvat su
- Qida və su təhlükəsizliyi
- Münaqişə
- Quraqlıq
2040-cı ilə qədər hər 4 uşaqdan 1-i su qıtlığından əziyyət cəkəcəkdir.
Qlobal su dövranı. Qlobal Yağıntı, buxarlanma və axıntı
Qrunt suları yeraltı su qaynaqlarından süzülür və bir neçə həftədən 10 000 ilə qədər mövcud ola bilir. Su mənbəyi nə qədər dərin olarsa, suyun saf və qədim olması ehtimalı bir o qədər yüksəkdir. Bu, bəzən “qalıq su” da adlanır. Qrunt suları dünyada insanların istifadəsi üçün hazır olan şirin su mənbələrinin təxminən 90%-ni təşkil edir. Səth sularına nisbətən insan fəaliyyəti ilə çirklənmə ehtimalı azdır, lakin su qaynaqlarının meydana gətirən suxurlarda mövcud olan minerallarla çirklənə bilər.
Şirin yerüstü sulara çaylarda, göllərdə və süni su anbarlarında rast gəlinir.Mövcudluq müddəti çox qısa olub bir neçə həftədən on ilə qədər çəkə bilər. O, insan fəaliyyəti nəticəsində yaranan qrunt sularından, məsələn, kənd təsərrüfatı axınları, sənaye və kanalizasiya axıdılması, suyun təmizlənmə tullantıları, ekosistemin deqradasiyasına səbəb olan qida maddələrinin həddən artıq yüklənməsi və su ilə bağlı digər təhlükələr kimi çirklənməyə daha çox həssasdır. Quraqlıq şəraitində göllərdəki sular həddindən artıq buxarlanma nəticəsində şoranlaşaraq insan istehlakı üçün yararsız hala düşə bilər. Yerüstü sular qlobal olaraq qeyri-bərabər paylanır. Əksər ərazilərdə çay axını buzlaqlardan asılıdır. İqlim dəyişikliyi buzlaqların əriməsinə və kiçilməsinə səbəb olur ki, bu da çaylardan asılı olan icmaların artan su təhlükəsizliyi ilə üzləşməsi ehtimalını artırır.
Çirkləndiricilərin təsnifatı
- Bakteriya
- Viruslar
- Parazitlər
- Toksinlər
Kimyəvi
- Qeyri-üzvi
- Üzvi
- Dezinfeksiya əlavə/ yan məhsulları
- Əczaçılıq
Radioloji
- Hissəciklər
- Radioizotoplar
Bioloji çirkləndiricilərinin mənbələri
Patogenlər
- Mal-qara və ev heyvanları
- Vəhşi heyvanlar
- Təmizlənməmiş kanalizasiyalar
- Həşəratlar və heyvan xəstəliklərinin daşıyıcıları
Texnologiyanın uğursuzluğu
- Qeyri-adekvat və ya həddindən artıq su təmizləyici qurğular
- Qeyri-adekvat paylanma, saxlama, rəftar
- Zəif qorunan quyular
Bioloji çirkləndiricilər: su ilə yoluxan infeksiyalar:
Su ilə yoluxan xəstəliklər:
- İshal xəstəlikləri
- Vəba
- Bağırsaq qızdırmaları: tif
- Dairəvi qurd
- Qamçı qurdu
- Poliomielit
- Hepatit A
- Kriptosporidium
- Gardia
Su əsaslı xəstəliklər
- Şistosomiaz
- Drakunkuloz (qvineya qurdu)
Su ilə yuyulan xəstəliklər
- Qotur
- Tif
- Traxoma
- Bit infeksiyası
Su ilə əlaqəli daşıyıcılar tərəfindən ötürülən xəstəliklər
- Malyariya
- Onxoserkoz
- Afrika tripanosomiazı
- Leyşmanioz
- Sarı qızdırma
- Denq xəstəliyi
- Filariaz
Bioloji çirklənmənin təsiri
2016-cı ildə aşağı və orta gəlirli ölkələrdə
- Diareyadan ölənlərin 35%-i keyfiyyətsiz içməli su ilə əlaqədar olmuşdur;
- Ölümlərin 31%-i sanitar şəraitin olmaması və
- 12%-i əllərin yuyulmaması səbəbindən baş vermişdir;
- Kəskin respirator infeksiyalardan yaranan xəstəlik yükünün 13%-i əllərin qeyri-adekvat yuyulması ilə bağlı olmuşdur;
- Traxoma yükünün 100%-i qeyri-adekvat su, sanitariya və gigiyena ilə bağlı oluşdur.
Kimyəvi çirklənmə mənbələri
- Təbiətdə yaranan elementlər və minerallar
- İnsan fəaliyyəti
* Kənd təsərrüfatı axını
* Şəhər axını
* Sənaye atqıları
* Havanın çirklənməsi
* Çirkab suların təmizlənməsi və axıdılması
* Suyun təmizlənməsi prosesləri
* Poliqonlardan və zibilliklərdən sızma
* Hidravlik parçalanma
* Okean nəqliyyatı
* Okean tullantıları
Qeyri-üzvi kimyəvi maddələr
Dərmanlar
Su mənbələrində ortaya çıxan digər problem ilkin olaraq insan və ya heyvan istifadəsi üçün nəzərdə tutulmuş əczaçılıq və kimyəvi məhsulların yığılmasıdır.
Fərdi qulluq məhsullarında istifadə olunan əczaçılıq və kimyəvi maddələr və onların metabolitləri həm yerüstü, həm də yeraltı sularda olur. Əczaçılıq məhsulları və onların metabolitləri, pestisidlərin axması ilə eyni şəkildə içməli suya düşə bilər. Onlar həmçinin insanların sidik və nəcislə ifrazı və ya əczaçılıq məhsullarının düzgün olmayan şəkildə kanalizasiya sisteminə atılması yolu ilə insanların çirkab su sistemləri vasitəsilə içməli su mənbələrini çirkləndirə bilər. Dərman məhsullarının içməli suda aşağı dozada, dəyişkən konsentrasiyalarda olması uşaqlar üçün xüsusi narahatlıq doğurur. Bu, əczaçılıq məhsullarının əlçatanlığının çox olduğu, lakin çirkab suların və tullantıların idarə olunma infrastrukturunun və suyun təmizlənməsi texnologiyalarının qeyri-adekvat olduğu aşağı və orta gəlirli ölkələr üçün xüsusi problemdir. Çünki bu, dərman məhsullarının sudakı təhlükəli konsentrasiyalarını aşkar etmək və aradan qaldırmağının qarşısını alır.