MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
İstiliklə bağlı ölüm və xəstələnmənin əsas faktorları
Quraqlıq və yanğın
- Ölüm və yaralanma
- Köçmə/miqrasiya
- Keyfiyyətsiz hava
Fırtına və daşqın
- Ölüm və yaralanma
- Köçmə/miqrasiya
- İnfrastrukturun pozulması
- Psixoloji nəticələr
Ekstremal yağış
- Ölüm və yaralanma
- Su ilə yoluxan xəstəliklər
Birbaşa təsirlərin ikinci kateqoriyası quraqlıq və yanğın, tufan və daşqınlar v yağıntılar kimi ekstremal hava hadisələrinin artması ilə əlaqədardır. Daha isti atmosfer daha çox su saxlayır və daha isti okeanlar daha güclü tufanlara səbəb olur. Yağış normalarının dəyişməsi həm quraqlığı, həm də daşqını artırır. Bütün bu şərtlərdə uşaqlar ölüm və yaralanma riski ilə üzləşirlər, çünki onlar qorunmaq və təhlükəli vəziyyətlərdən çıxmaq qabiliyyətinə malik deyil və fiziki cəhətdən böyüklərdən asılıdırlar. Yenidoğulmuşlar (0-28 günlük), körpələr (1-11 aylıq) və erkən uşaqlar (1-4 yaş) ən yüksək risk altında olanlardılar.
Daha isti və az sabit iqlimdə bu hadisələr şiddətli, və tez-tez baş verdikdə, daha çox uşaq təhlükə və zərərlə üzləşəcəkdir. 2013-cü ildə UNICEF-in Böyük Britaniya hesabatı göstərir ki, dünyanın ən yoxsul uşaqlarının iqlimlə bağlı fəlakətlərdən əziyyət çəkmə ehtimalı varlı uşaqlara nisbətən 10 dəfə çoxdur.
Şiddətli hava hadisələri uşaqların sağlamlığına bir çox təsir göstərir. Qadınlar və azyaşlı uşaqlar təbii fəlakətlərin və aclığın kəskin təsirlərinə daha həssasdırlar; onların fəlakətdə ölmə ehtimalı kişilərə nisbətən 14 dəfə çoxdur. Daşqınlar uşaqların yaralanmasına və boğularaq ölümünə, həmçinin təmiz su təchizatının pozulmasın və ishal epidemiyalarına səbəb olur.
Hava fəlakətləri evləri yararsız hala salır, ictimai sağlamlığı zəif olan qaçqın icmalarını əmələ gətirir. Su, meşələr və digər təbii sərvətlər də daxil olmaqla, həyatın əsas təminat sistemləri də iqlim dəyişikliyi nəticəsində zədələnə bilər. Qida istehsalı və mövcudluğu quraqlıq və daşqınlar nəticəsində pozulur. Uşaqlar həyat tərzində və sosial şəbəkələrdə qəfil dəyişikliklər nəticəsində yaranan emosional travmaya xüsusilə həssasdırlar. Hava fəlakətləri nəticəsində yaranan sosial pozulmalar, iqtisadi zərər və əhalinin köçməsi uşaqların psixoloji və sosial inkişafına zərər verə bilər.
Nəyə görə uşaqlar daha ağır dərəcədə təsirlənirlər?
Birbaşa təsirlər
Fərqli və unikal məruz qalmalar
- İstiliyə həddən artıq məruz qalmış və “təhlükəsiz yerlərdə” (maşın və s.) buraxılmış körpələr
Dinamik inkişaf fiziologiyası
- Körpələrdə yetişməmiş termorequlyasiya sistemləri
- Yüksək metabolizm dərəcəsi susuzlaşdırmaya qarşı həssaslığı artırır
Daha uzun ömür gözləntisi
- Təhsilin dayandırılması (təhsilin erkən və uzunmüddətli dayandırılması iqlim dəyişikliyi ilə bağlı hadisələr və ya xəstəlik səbəbindən, gələcəkdə işsizlik və uğura təsir edə bilər)
- Travma və travmadan sonrası stress pozuntusu (psixi sağlamlıq problemləri)
Böyüklərdən asılılıq
- Körpələr istidən kənara yerdəyişmə edə bilməzlər
- Fəlakətə qarşı tədbirlərin planlaşdırılması zamanı bu faktor nəzərə alınmalıdır
- Yeniyetmələr təhlükəni dərk edə bilməzlər