MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Şok zamanı ilk yardım göstərilməsinin şərtləri həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilməsidir.
Diqqət! DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq. Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin. Yardım göstərərkən xilasedici DRCABD alqoritmini ardıcıl olaraq mərhələ-mərhələ yerinə yetirməlidir: “Diqqət təhlükə!”; “Reaksiya (huşu qiymətləndirmək, huş itibsə köməyə çağırmaq)”, “Canlandırma – qan dövranı-nın bərpası”, “Açıq tənəffüs yolları”, “Birbaşa nəfəs vermək” və “Defibrilyasiya” mərhələsi.
Kütləvi hadisələrdə təcili tibbi yardım briqadası gələnə qədər, bütün zərərçəkənlərin vəziyyəti qiymətləndi-rilməli, xarici baxış keçirilməli və ilk yardım göstərilməlidir.
Şokun təsirini azaltmaq məqsədi ilə həyat üçün təhlükəli halları araşdırıb, aradan qaldırmaq lazımdır. Xarici qanaxma olduqda bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qorunmaq lazımdır.
İlk yardım şokun səbəbini nəzərə almadan universal aparılmalıdır.
Şokun əlamətlərini müəyyən etdikdə aşağıdakı tədbirləri yerinə yetirin.
» Təcili tibbi yardım xidmətini aktivləşdirin.
» Qanaxmanı dayandırın.
» Tənəffüsə nəzarəti tənəffüsün tezləşməsi (taxipnoe) zamanı aparın. Taxipnoe zamanı tənəffüs aktında iştirak edən əzələlərin intensiv çalışması nəticəsində süd turşusunun miqdarının artması baş verir ki, bu da maddələr mübadiləsinə öz təsirini göstərir. İdarə olunan süni ventilyasiya və zərərçəkənə emosional rahatlığın yaranması tənəffüs aktında iştirak edən əzələlərin işini azaldır və sağ qalma ehtimalını artırır.
» Zərərçəkənə mümkün qədər tez bir zamanda balon vasitəsilə oksigen verin.
» Huşuna nəzarət edin. Huşunu itirmiş zərərçəkənlərə sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin.
» Zərərçəkəni uzadın. Beyinin qan dövranını yaxşılaşdırmaq məqsədi ilə zərərçəkənə Trendelenburq vəziyyəti vermək lazımdır (baş aşağı, ayaqlar yuxarı olmalıdır). Ayaqları təxminən 30 sm yuxarı qaldırın.
» Zərərçəkəndə ürəkbulanma, tənəffüsün çətinləşməsi, baş, boyun və bel zədələnmələri, oma və ayaqlarda sümük sınmasına şübhə olduqda və ya hərəkət zamanı ağrılar artırsa ayaqları qaldırmayın. Zərərçəkənin vəziyyəti müəyyənləşdirilməyibsə və hərəkət zamanı ağrılar olarsa, onu olduğu vəziyyətdə saxlayın.
» Əsas zədələnmələrə diqqət yetirin. Lazım olduqda şin və sarğı qoyun.
» Zərərçəkənə su və qida verməyin. Zərərçəkəndə yanğı hissi olmasına baxmayaraq, ona yeməyə və içməyə heç nə verməyin. Onun vəziyyəti elə ciddi ola bilər ki, cərrahiyyə əməliyyatı tələb olunsun. Belə halda mədə-bağırsaq sisteminin boş olması məqsədəuyğundur.
» Zərərçəkənə xəsarət yetirə biləcək heç nə etməyin.
» Şok vəziyyətində olan bütün zərərçəkənləri xəstəxanaya yerləşdirin.
Şok vəziyyəti təkcə ilk yardım vasitəsilə effektiv olaraq aradan qaldırıla bilməz. Şok vəziyyətində olan zərərçəkənə mümkün qədər tez, hərtərəfli həkim yardımı göstərilməlidir.
- Tibb işçiləri üçün qısa yaddaş
Səbəbindən asılı olmayaraq şokun ilkin mərhələsində zərərçəkənə yanaşmada ümumi prinsiplər tətbiq edilir. Vaxtında görülən profilaktik tədbirlər şokun qarşısını alır, yaxud onun yüngül keçməsinə təminat verir. Bura zərər-çəkənə vaxtında ilk yardım göstərilməsi, düzgün daşınması, şokun səbəbindən asılı olaraq müvafiq ilkin tədbirlərin görülməsi, qanaxmanın qarşısının alınması, erkən itirilən qanın həcminin bərpa edilməsi və bundan sonra ağrısız-laşdırma, sınıqlar və yumşaq toxumaların geniş zədələnmələrində ətrafların hərəkətsizləşdirilməsi (immobilizasi-ya), bədənin soyumasının, əks göstəriş olmadıqda susuzluğun qarşısının alınması tədbirləri aiddir. Habelə, zərər-çəkənə sakitliyin verilməsi, əldən düşmüş zərərçəkənin yuxusunun təmin edilməsi, soyuq mövsümdə onun isidil-məsi də əsas şərtlərdən biridir.
Şokda dövriyyədə olan qanın ümumi həcmi azalır, mikrosirkulyasiya böhranı yaranır və maddələr mübadilə-si pozulur. İlkin müalicə şokun səbəbi nəzərə alınmadan universal aparılmalıdır:
- damarlarda dövr edən qanın həcmini bərpa etmək;
- mikrosirkulyasiya böhranını aradan qaldırmaq;
- maddələr mübadiləsini normal vəziyyətə gətirmək;
- toxumaların oksigenlə təchizatını bərpa etmək (tənzimləmək).
Buna görə DRCABD alqoritmini yerinə yetirərkən azalmış qanın həcmini bərpa etmək lazımdır (qanaxmanı dayandırmaq, maye köçürmək). Müalicənin məqsədi beyin və ürək qan dövranını oksigenlə təchiz etməkdən ibarət-dir. Köçürülən maye və zərərçəkənə verilən oksigen qan dövranını, mikrosirkulyasiyanı və maddələr mübadiləsini tənzimləyəcək.
Diqqət! Uşaqlar ürəyin azalmış dəqiqəlik həcmini kompensasiya etmək qabiliyyətinə malikdirlər. Buna görə uşaq qanının 30–40%-ni itirdikdə belə, qan təzyiqini normal saxlaya bilir. Pediatriyada şokun qiymətləndirilməsi qan təzyiqinə və nəbzin tezliyinə görə deyil, kapilyarların təkrar dolmasına əsaslanır.
* Tibb işçiləri tərəfindən görülən tədbirlərin qısa xülasəsi.
» İntensiv maye köçürtməklə reanimasiya tədbirləri şokun başlanğıcında aparılmalıdır. Qanəvəzedicilərin kö-çürülməsi vacibdir. Adekvat venadaxili müalicə ilə qan dövranı stabilləşməyə başlayır. Şok vəziyyətində olan zərərçəkənlərin çoxunda maye həcminin ya mütləq, ya da nisbi defisiti qeyd edilir (ağciyər ödemi ilə kardiogen şok istisnalıq təşkil edir). Mayelərin damcı üsulu ilə köçürülməsi sürətlə – bir dəfəyə 500–1000 ml-dən az olmamalı, hər maye köçürülməsindən sonra, zərərçəkənin vəziyyəti qiymətləndirilməlidir. Maye həcminin orta dərəcəli defisiti zamanı 20 ml/kq həcmində, dərin maye defisiti zamanı isə daha çox həcmdə izotonik kristalloid məhlul yeridilməsi tələb oluna bilər. Diaqnozun düzgün qoyulmaması və yardımın plansız şəkildə aparılması toxumaların oksigenlə təchizatının pozulmasına və bütün orqan (poliorqan) və sistemlərin çatışmazlığına gətirib çıxara bilər.
» Zərərçəkənə mümkün qədər tez bir zamanda balon vasitəsilə oksigen verin. Bütün zərərçəkənlərə əlavə oksigen verilməlidir.
» Şok vəziyyətində bütün zərərçəkənlər xəstəxanada yerləşdirilməlidir.
Müalicənin son nəticəsi: hemodinamik göstəricilərin (A/T və nəbz) normallaşması və diurezin (sidik ifrazı) mövcudluğudur.
* Şokda damardaraldıcı dərman preparatların (vazopressorların) istifadəsinə yanaşma
Diqqət! Vazopressorlardan (dofamin, noradrenalin) ancaq və ancaq sübut olunmuş kardiogen, anafilaktik, maye yeri-dilməsinə davamlı olan şoklarda və maye yeridilməsinə əks göstəriş olduqda istifadə edilir (dofamin 5–20 mkq/kq/dəq və ya noradrenalin 2–8 mkq/dəq yalnız 5 %-li qlükozada həll edilmiş halda).
- HİPOVOLEMİK ŞOK
Qanaxma adətən travma nəticəsində baş verir. Bunun üçün belə hallarda baş vermiş şoka hipovolemik, bəzi ədəbiyyatlarda travmatik şok deyilir. Qanaxma – travmadan sonra ölümə səbəb olan və müalicəyə tez tabe olan bir haldır. Qanaxmanın ağırlıq dərəcəsi qanaxmanın az və ya çox olmasından asılıdır. Ağır qanaxmalar şok və ölümlə nəticələnir. Xarici qanaxma, orqanizmin başqa zədələnmələrindən fərqli olaraq, gözlə görünür, çox qorxulu həyə-can yaradır. Həmişə DRCABD alqoritminə istinad etmək lazımdır. Belə zədələnmələrdə bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qorunmaq lazımdır.
İstənilən travma almış zərərçəkənə soyuqdursa (o, üşüyür) və onun nəbzi tezləşib onda şokdur, qeyrisi sübut edilənə qədər. Travmadan sonra müşahidə olunan qan təzyiqinin aşağı olması (hipotenziya), səbəbi aydınlaşana qədər hipovolemiya kimi qiymətləndirilir. Huşun səviyyəsi və nəbzin tezləşməsi qan dövranın qiymətləndirmək üçün əsas sayılır.
Daxili qanaxmanın əlamətləri xarici qanaxmanın əlamətləri ilə eynidir. Fərq xarici qan axmanın gözlə görün-məsidir.
Şok halında mərkəzi sinir sistemi zədələnmiş nahiyədən daxil olan hissiyyat qıcıqlarını qəbul etmədiyinə
görə zərərçəkən ağrı hiss etmir, qışqırmır, köməyə çağırmır. Belə hallarda zərərçəkənə narkotik ağrıkəsicilər vurul-ması əks göstərişdir. Narkotik preparat qan təzyiqini kəskin aşağı salır və tənəffüsü məhdudlaşdırır. Qanaxmada isə qan təzyiqi onsuz da aşağı olur. Bütün şoklarda olduğu kimi burada da ilk növbədə maye köçürülür. Qan dövra-nı bərpa olan kimi mərkəzi sinir sistemi ağrı qıcıqlarını qəbul edir və zərərçəkən ağrını hiss edib, narahatlığını bil-dirir. Bu zaman ona ağrıkəsici vurmaq lazımdır.
Zərərçəkən ağrıdan qışqırırsa, deməli, onda hələ şok əmələ gəlməyib, ona ilk növbədə ağrıkəsici tətbiq edib, daha sonra ilk yardımın digər mərhələlərinə keçmək lazımdır. Ciddi xəsarət alan zərərçəkən qışqırmırsa, deməli, onda şokdur. Belə vəziyyətdə zərərçəkənə yardımı maye köçürməkdən başlamaq lazımdır.
Bütün əzələ-sümük zədələnmələrində – bağların gərilməsində, burxulmada (bağların cırılmasında), dərin qançırlarda (hematomalarda) zədələnmiş nahiyəni hərəkətsizləşdirib, rahat vəziyyət verin, soyuq (buz və ya kompres) tətbiq edin, zədələnmiş nahiyəyə sarğı qoyub sıxın, zədələnmiş nahiyə ətraf olduqda onu qaldırın. (bax: “Əzələ və ətraf sümüklərin zədələnməsi”)
» Hipertermiya (həddindən artıq qızdırma). Hipertermiyada bədənin həddindən artıq qızmasından tər ilə su, duz itkisi və eyni zamanda maye qəbulunun azalması hesabına dövr edən qanın həcmi kəskin azalır. Hipertermiya elə bir təxirəsalınmaz vəziyyətdir ki, hər itirilən dəqiqə ölümü daha da tezləşdirir.
» Qusma və ishal. Böyüklərdən fərqli olaraq, uşaqlarda qan dövranının pozulmasının əsasında qusma və ishal nəticəsində baş verən hipovolemik şok durur. 1–2 gün ərzində mütəmadi öyüyüb qusan və ya ishalı olan uşaq diqqət tələb edir. Uşaqlarda qusma və ishal zamanı itirilmiş maye su qəbulu ilə əvəz edilməlidir. Uşaqda güclü qusma və ishal olduqda dərhal təcili tibbi yardım xidmətini aktivləşdirin (zəng edin).
» Yanıqlarda şok. Yanıq zamanı bədənin yanmış sahəsindən külli miqdarda maye itirilir və bu dövr edən qanın həcmini kəskin azaldıb, hipovolemiyaya (hipovolemik şoka) gətirib çıxarır. Bu, bədən səthinin 25% artıq sahəsinin yanması nəticəsində bаş vеrir. Bəzi ədəbiyyatda yanıqlar zamanı hipovolemiyadan yaranan şoka yanıq şoku deyilir (bax: “Termiki yanıqlar”).
Yanıq şokun müalicəsi. Tibb işçiləri üçün qısa yaddaş.
Küllü miqdаrdа mаyе itkisi tez bir zamanda bərpa olunmalıdır. Yаnıqdan baş vermiş şоkun əsаs müаlicəsi vеnаdахili məhlulun yeri-dilməsidır. Bütün venalar, o cümlədən yаnıq nаhiyəsində yerləşən, venadaxili maye yeridilməsi üçün yararlıdır. Bütün kаtеtеrlər hər 48–72 sааtdаn bir dəyişdirilməlidir. Venadaxilinə yeritmək üçün ən əlvеrişli məhlul Ringer Laktatdır.
24 sааt ərzində tələb оlunаn mаyеnin miqdаrını təyin еtmək üçün аşаğıdаkı düstur məsləhət görülür:
Mаyеnin miqdаrı = bədən çəkisi * yаnıq sаhəsinin % * 4 ml