UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Uşaqlarda piylənməyə dair epidnəzarət üzrə ÜST-nin Avropa təşəbbüsü COSI (Childhood obesity surveillance initiative)

2022-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Uşaqlarda piylənməyə dair epidemioloji nəzarət üzrə ÜST-nin COSI (Childhood obesity surveillance initiative) təşəbbüsünü çərçivəsində Azərbaycanda ilk tədqiqat aparmışdır.

COSI təxminən 15 ildir ki, ibtidai sinif şagirdləri arasında artıq bədən çəkisi və piylənmənin yaranması meyllərini təhlil etməyə kömək edir. COSI hər üç ildən bir ÜST-nin Avropa Regionunda 300 000-dən çox uşaqda bədən çəkisi və boy ölçmək üçün standartlaşdırılmış üsullardan istifadə etməklə epidnəzarət aparır. Azərbaycan da iştirak etdiyi məlumatların toplanmasının 6-cı raundunda 30-dan çox ölkə iştirak edib.

2023-cü ilin tədqiqatında:

128 məktəb

2827 şagird

2398 valideyn

12 regionda hədəf qrupu olaraq 8 yaşlı uşaqlar arasında keçirildi.